Garant Company MMC
Xarici satınalma üzrə mütəxəssis
Son tarix 28 mar 2025 Inzibati, Biznes və İdarəetmə
İş barədə məlumat
- Satınalma prosesinin vaxtında, satınalma planına və qanunvericiliyə uyğun olaraq icra edilməsi,
- Təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması)
- Bazarın təhlili, tələb olunan materialların başda Çin bazarı olmaqla (xarici bazarda) və daxili bazarda araşdırılması, texniki məlumat və müqayisəli şəkildə qiymət araşdırılmasının aparılması, təchizatçı bazasının hazırlanması və təhlili,
- Alınmış məhsul və ya xidmətin keyfiyyət və tələb olunan standartlara uyğunluğunun yoxlanılması və qeydiyyatının aparılması,
- Tədarükçülərlə müqavilələrin bağlanması,
- Ödəniş sorğuları və ödənişlərə nəzarətin həyata keçirilməsi,
- Təchizatçılarla göndəriş vaxtının razılaşdırılması,məhsulların çatdırılma periodunun düzgün kordinasiyası
- Logistika məsələlərinin həllinə dəstək göstərilməsi,
- Malların gətirilməsi və anbara təhvil verilməsi üçün tələb olunan bütün işlərin görülməsi,
- Təchizat proseslərinin gedişi haqqında həftəlik, aylıq hesabatların hazırlanması.
İş şəraiti:
- Həftə içi 5 gün Saat 08:00-dan -17:00-dək (şənbə günü saat 13:00-a qədər növbəli, bir həftədən bir)
- İş yeri – Azure Business Center, 17-ci mərtəbə, 116. (Xətayi Metro St yaxınlığı)
- Nəzərdə tutulan maaş 1200-1300 Azn
Tələblər:
- Təhsil: Ali
- İş təcrübəsi: 3 ildən 5 ilə qədər
- Yaş: 25 - 40
- Ali təhsilli (texniki ali təhsilli olan namizədlərə üstünlük verilir)
- Azərbaycan dili- səlis,
- Rus dili və ingilis dili- advance,
- MS Office proqramlarından sərbəst istifadə bacarığı,
- Sənaye məhsulları (dəmir, avadanlıq və qurğu ehtiyyat hissələri və inşaat materialları haqqında təcrübəyə sahib olmağı üstünlük təşkil edir),
- Çalışqan,işgüzar ünsiyyət bacarığı, problemləri həll etmə və məsuliyyət götürmə bacarığı,
İntizamlı və uzun müddətli kariyera axtarışında olanlar daha müsbət qiymətləndiriləcək.