Kommunikasiya üzrə məsul şəxs
Son tarix 26 noy 2021
İş mühiti : Kommunikasiya üzrə məsul şəxs Fransa səfirliyinin kommunikasiya və mətbuat xidmətində calışacaq. O, səfirliyin kommunikasiya məsələsini həyata keçirəcək.
Vəzifələr və öhdəliklər :
Kommunikasiya / Community management:
- Səfirlik üçün kommunikasiya strategiyasının hazırlanması və həyata keçirilməsi;
- Səfirliyin kommunikasiyası üçün məzmunun yaradılması (loqotiplər, kompüter qrafiki, fotolar, video kliplər, müsahibələr və s.) ;
- Səfirliyin internet səhifəsi üçün Fransız və Azərbaycan dillərində məqalələr yazmaq ;
- Mətbuat attaşesi ilə birlikdə səfirliyin sosial şəbəkələrinin idarə olunması (Facebook, Twitter, Instagram və s.) ;
- Mətbuatda (radio-televiziya, internet mediası və s.) və sosial şəbəkələrdə xəbərlərin monitorinqi ;
- Səfirliyin ehtiyaclarına uyğun digər müxtəlif tapşırıqlar.
Tərcümə-tərcümə: Fransız - Azərbaycan
- Sənədlərin Fransız dilindən Azərbaycan dilinə və əksinə tərcüməsi (məqalələr, müsahibələr, press-relizlər, inzibati sənədlər, veb sayt və sosial şəbəkələr üçün məqalələr);
- Səfir və səfirlik işçilərinin rəsmi görüşləri zamanı Fransız dilindən Azərbaycan dilinə və əksinə tərcümə.
Siyasi təhlil (mətbuat attaşesinə dəstək) : Məsul şəxs səfirliyin mətbuat attaşesi ilə birlikdə çalışacaq. Beləliklə, onu vaxtaşırı əvəz etməli olacaq.
- Siyasi xəbərlərin monitorinqi ;
- Mətbuat xülasələrinin, təhlil sənədlərin, siyasi, iqtisadi və mədəniyyət xadimlərinin tərcümeyi-hallarının və s. hazırlanması.
Namizədə dair tələblər:
Bacarıqlar:
Texniki biliklər :
- Sosial şəbəkələr (Facebook, Twitter, Instagram, Telegram və s.) haqqında mükəmməl məlumatlı olmaq və səfirliyin veb saytının idarə olunması ;
- Kompüter qrafika proqramlarının (Illustrator, InDesign, Photoshp, Scribus, Gimp) və video montaj ustalığı (Adobe Première Pro, final Cut Pro və s.) ;
- Fotoqrafiya bacarıqları;
Arzu olunan dillər:
- azərbaycan dili (ana dili)
- fransiz dili bilikləri
- ingilis və ya rus dilini bilməsi üstünlük təşkil edir
Redaktə etmə bilikləri:
- Analitik bacarıq və redaktə etmə bacarığı ;
- Mətbuat xülasələri, təhlil sənədləri və s.
Şəxsi keyfiyyətlər:
- Yaxşı təqdimatmə bacarığı, dəqiqlik, protokol hissi ;
- Təmkinlik, etibarlılıq, məxfilik ;
- Çeviklik və asudə vaxtının olması
İş şəraiti:
İş qrafiki:
- Bazar ertəsindən cümə gününə qədər, tam iş qrafiki 9:00-13.00 və 14:30-dan 18:00-ə qədər (cümə günləri 17:30 qədər);
- Yüksək çeviklik tələb olunur (ehtiyac olduqda axşam və / və ya həftə sonları iş).
Əmək müqaviləsi:
- Yerli müqavilə : 1 illik yenilənə bilən müddətli müqavilə (Müddətsiz iş müqaviləsi mümkündür) ;
- Səfirliyin əmək haqqı çərçivəsində aylıq ümumi əməkhaqqı – 2 500 AZN (dərəcə 6) ;
- Əmək haqqı iş stajına görə və yaşayış minimumu ilə əlaqədar hər il + 0,8 % artırılır ;
İşə qəbul prosesi:
Namizədliyin irəli sürülməsinə dair qayda : Fransız dilində tərtib olunan Tərcümeyihal + Niyyət məktubu (tövsiyə məktubları qiymətləndirilir) Xanım Mathilde GIRAUDya, Səfirliyin Baş Katibliyinə, ancaq elektron poçtla göndərilməli, mövzu aşağıdakı kimi olmalıdır : « AMBFRAZ İş elanı / Kommunikasiya üzrə məsul şəxs : Soyad Ad ».