Gələn ildən etibarən Azərbaycanda hüquqi şəxs yaratmadan, yəni fiziki şəxs kimi sahibkarlıqla məşğul olanların Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödədiyi sosial sığorta ödənişlərinin məbləği dəyişəcək.
FED.az xəbər verir ki, bu 2026-cı ilin dövlət büdcəsi zərfi çərçivəsində «Sosial sığorta haqqında» qanuna nəzərdə tutulan dəyişikliklərdə əksini tapıb.
Yeniliyə əsasən, VÖEN-lə işləyən fiziki şəxslərin DMSF ödənişinin hesablanması qaydası dəyişib. Qeyd edək ki, hazırda fiziki şəxslər üzrə DSMF ödənişləri minimum əmək haqqına əsasən hesbalanır.
İndiki qayda belədir - minimum əmək haqqının 25%-i, yəni 100 manat götürülür.
Bakıda bu məbləğin 100%-i, yəni elə 100 manat, Sumqayıt və Gəncə şəhərlərində 90%, yəni 90 manat, digər şəhərlərdə 80% yəni 80 manat, rayon mərkəzləri və qəsəbələrdə 60% yəni 60 manat, kənd yerlərində isə 50%, yəni 50 manat hesablanır.
Gələn ildən isə rayon-şəhər fərqi aradan qaldır və DSMF ödənişi fiziki şəxsin gəlirinin dövriyyəsinə görə hesablanacaq – dövriyyənin 2%-i. Bu məbləğ üçün minimum və maksimum hədd qoyulub. Belə ki, aylıq DMSF ödənişi minimum əmək haqqının 15%-dən az, 100%-dən çox olmamalıdır. Yəni 60-400 manat arasında dəyişəcək.
Başqa sözlə, əgər indiyədək DSMF ödənişi minimam 50 manat idisə, indi 60 manata, maksimum ödəniş isə 100 manatdan 400 manata yüksəlir.