Azərbaycanın aktiv və aparıcı qeyri-bank kredit təşkilatlarından olan “Finoko BOKT” ASC Gəncə şəhərində yerləşən Ekspress Gəncə filialı üçün filial müdirinin müavini vəzifəsinə işçi axtarışı elan edir.
FED.az xəbər verir ki, vəzifəyə olan tələblər aşağıdakılardır:
- Ali təhsil (iqtisadi və ya biznes üzrə);
- Bank və ya BOKT sektorunda müvafiq vəzifə üzrə ən azı 3 il filial direktorunun müavini və ya şöbə müdiri vəzifəsi üzrə idarəetmə tərcübəsi;
- Müştəriləri cəlb etmə və müştəri portfelini idarəetmə bacarığı;
- Liderlik ,rəhbərlik etmə və komanda ilə işləmək bacarığı;
- İşçi resurslarını idarə etmək bacarığı;
- Problemləri yerində həll etmə bacarığı;
- Analitik düşüncə qabiliyyəti;
- Microsoft Office proqramında işləmək bacarığı;
- İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı.
- Məsuliyyət,dəqiqlik,düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
İş haqqında məlumat:
- Filialın əsasnaməsindən və daxili qaydalardan irəli gələn bütün vəzifələrin icrasını təmin edir;
- Filialda kredit işçilərinin fəaliyyətinə, həmçinin onlar üçün nəzərdə tutulan və ya vermiş olduqları kreditlərə nəzarət edir;
- Filialın müştəri bazasının artırılmasında, yüksək səviyyəli xidmətin göstərilməsinin təmin olunmasında iştirak edir;
- Biznes planın işçilər arasında bölüşdürülməsi və icra etməsi üçün həvəsləndirmək;
- Filialın mənfəətliliyini təmin etmək;
- Problemli kreditlərlə işləmək;
- Filialın işçi heyəti və Baş Ofis arasında keyfiyyətli əməkdaşlıq qurulmasını təmin etmək;
- Filial əməkdaşlarının peşəkarlıq, bilik səviyyəsinin yüksəldilməsi və kollektivinə peşəkar işçilərin cəlbinə dəstək vermək;
- Öz səlahiyyətləri daxilində kredit vermə prosesinin təkmilləşdirilməsi üçün təkliflər vermək.
Anketlərinizi info@finoko.com ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Filial müdirinin müavini” yazmağı unutmayın.