Ölkənin tanınmış qeyri-bank kredit təşkilatlarından olan “Finoko BOKT” ASC Bakı və regionda yerləşən filiallar, o cümlədən “Ekspress Yasamal” filialı (Bakı), “Ekspress Gəncə” filialı və “Ekspress Xaçmaz” filialı üçün kredit mütəxəsisi vəzifəsinə işçi qəbulu elan edir.
FED.az xəbər verir ki, vakansiyalar üzrə əsas vəzifələr aşağıdakılardır:
- Aktiv satış təbliğatının aparılması və potensial müştərilərin axtarışı;
 - Keyfiyyətli kredit portfeli formalaşdırmaq, portfeli idarə etmək və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
 - Müştəri müraciətlərini qəbul etmək, təhlil etmək, kredit komitəsinə çıxarmaq və qanunvericiliyə uyğun rəsmiləşdirmək;
 - Yeni kredit məhsulları və satış metodları təklifləri ilə bağlı təşəbbüskarlıq göstərmək;-
 - Müştərilərin uzun müddətli əməkdaşlığını təmin etmək məqsədi ilə operativ xidmət göstərmək, daxil olmuş tələb və şikayətləri yerində araşdırmaq;
 - Daxil olan kredit analiz müraciətlərinin vaxtında icra olunmasını və Kreditləşdirmə üçün lazımi sənədlərin tərtibatını təmin etmək.
 - Bankdaxili prosedurlara uyğun olaraq kredit müraciətlərinin kameral və səyyar monitorinqinin aparılması;
 
Namizədə olan tələblər:
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
 - Ali təhsil/ natamam ali təhsil;
 - Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
 - Cins: kişi və qadın
 - Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir
 - Analitik zəkaya malik olma, yüksək ünsiyyət qurma və müştərilərlə işləmək qabiliyyəti;
 - Məsuliyyətlilik və dəqiqlik.
 - Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
 - İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 18:00,
 
Göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini “Kredit üzrə mütəxəssis” başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







