Nardaran İnvest
Layihəçi memar
Son tarix 30 noy 2023 [email protected]
Əmək haqqı: 2000-2500 AZN.
Vəzifə öhdəlikləri:
- Qəbul olunmuş texniki tapşırıqlar əsasında memarlıq işçi layihələrinin tərtib edilməsi və tikinti üzrə qüvvədə olan normativ sənədlərə uyğunluğunun təmin edilməsi;
- Layihələrin dövlət ekspertizasında müdafiə edilməsi, layihələndirilən obyektlərin tikintisinə müəllif nəzarətinin təmin edilməsi;
- Layihə işlərinin müəyyən edilmiş vaxtda icrasını, keyfiyyət və qənaət etmənin yüksəldilməsinin, habelə qəbul edilmiş layihə həllinin, layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ materialla uyğun olmasını təmin etmək;
- Lazımi texniki-iqtisadi əsaslandırma və tikini-quraşdırma işlərinin həcmi üzrə hesablamanı tərtib etmək, tikintinin smeta dəyərinin, lazımi tərkibdə və sayda avadanlıq məmulat və materiallarını müəyyən etmək;
- Layihələndirilən obyektlərin tikintisində müəllif nəzarətini yerinə yetirmək, tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə, standart və texniki şərtlərə uyğun olmasına nəzarət etmək.
Namizədə tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 3 il təcrübə;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- İşində ciddi, diqqətli və məsuliyyətli;
İş yeri:
- Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
İş vaxtı: I-V günlər, 09:00-18:00.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər:
Layihəçi konstruktor
Son tarix 30 noy 2023 [email protected]
Əmək haqqı: 2000-2500 AZN.
Vəzifə öhdəlikləri:
- Qəbul olunmuş texniki tapşırıqlar əsasında konstruktiv işçi layihələrin tərtib edilməsi və layihə hesabatlarının (Lira, Sap 2000) hazırlanması;
- Tərtib edilmiş layihələrin dövlət ekspertizasında müdafiə edilməsi, layihələndirilən obyektlərin tikintisinə texniki nəzarətinin təmin edilməsi;
- İşləri, hazırlanacaq konstruksiyaları texniki tapşırıqlara, standartlara, texniki təhlükəsizlik normalarına, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun cavab verməsini, eləcə də onların standartlaşmış vahid şəkilə salınmış hissə və yığım vahidlərindən istifadəsinin təmin edilməsi;
- Layihə olunacaq məhsulun texniki göstəricilərinin səviyyəsini təmin edilməsi.
- Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığını tərtib edir;
- İşçi layihələrini yoxlayır və layihələrin, işin ixtisas va ya profili üzrə nəzarətini həyata keçirir, mürəkkəb hissələrin naturadan eskizini çıxarır;
- Texniki şərtlər və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyişiklik haqqında bildiriş vərəqələrini və başqa texniki sənədləri tərtib edir;
- Tikinti işlərinə müəllif nəzarətinin həyata keçirilməsə nəzarət edir;
- Konstruktiv işçi layihəni sifarişə əsasən və AR-da qüvvədə olan inşaat norma və qaydalarına riayət etməklə aparılmasıgigienik sanitar normalar, yanğın normaları, təxliyyə planını nəzərə alınması.
Namizədə tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 3 il təcrübə;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- İşində ciddi, diqqətli və məsuliyyətli;
İş yeri:
- Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
İş vaxtı: I-V günlər, 09:00-18:00.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər.