Nardaran İnvest
Mühasib
Son tarix 01 iyl 2023 [email protected]
Əmək haqqı: 1500 AZN.
Vəzifə öhdəlikləri:
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
- E-qaimələrin, Təhvil-təslim aktlarının hazırlanması;
- Aylıq, rüblük və illik statistika, DSMF , ÖMV hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına elektron təqdim olunmasında iştirak etmək;
- İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi;
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
- Maliyyə hesabatlarının (MVHH, MZHH) hazırlanması;
- Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
Tələblər:
- İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahədə 3 illik təcrübə;
- Komandada işləməyi bacarmalı;
- Analitik düşüncə qabiliyyəti;
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
- Rus dili biliyi.
Əlavə məlumat:
- İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur.
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər növbəti elektron ünvana CV göndərə bilərlər.
İnşaat Mühəndisi
Son tarix 01 iyl 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- İnşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək;
- Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
- Normativ sənədlərin tikinti prosesinə uyğun yazılması (Gizli aktlar, beton işləri jurnalı və s.)
- Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Vaxt qrafikini və müştərinin tələblərini müəyyən etmək;
- Tələb olunan bütün materialları, avadanlıqları yığmaq və onların müvafiq məqsədə uyğunluğunu yoxlamaq;
- İşçi briqadalarının iş bölgülərini təyin etmək onların istehsalat tapşırıqlarını vermək;
- İşlərə mühəndislik baxımından rəhbərlik etmək və s.;
Namizədə tələblər:
- Təhsil - Ali təhsil (müvafiq sahədə);
- 5-ildən artıq mühəndis vəzifəsində iş təcrübəsi;
- Kompyuter bilikləri - MS ofice, Word, Excell, AutoCad;
- Dil bilikləri - Azərbaycan, Rus;
- Komandada işləmək bacarığı;
İş yeri:
- Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
İş vaxtı: I-VI günlər
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər: