Nardaran İnvest
İnformasiya Texnologiyaları üzrə Şəbəkə Administratoru
Son tarix 13 may 2023 - [email protected]
Əmək haqqı: 1500-1800 AZN.
Vəzifə öhdəlikləri:
- Şəbəkə protokolları barəsində nəzəri və praktiki biliklər;
- Cisco switching, Mikrotik routing;
- Firewallar-la iş təcrübəsi (PaloAlto);
- VPN texnologiyaları ilə iş təcrübəsi (IPSec);
- ACL, NAT, QOS, işləmə prinsipini bilməli və onları sazlamağı bacarmalı;
- Cisco Catalyst, HPE, switch avadanlıqları ilə iş təcrübəsi;
- STP, SNMP, Port Security, DHCP snooping barəsində nəzəri və praktiki biliklər;
- PRTG, syslog və s. bu kimi monitoring və logging sistemlərindən istifadə təcrübəsi;
- Ubiquiti Wireless PTP, PTMP linklərinin quraşdırılması və anten üzərindən internet ötürülməsi;
- Wireless LAN Controller – simsiz şəbəkənin idarə edilməsi üzrə iş təcrübə (Aruba, Unifi). Unifi AP-lərin planlaşdırılması və konfiqurasiyası;
- Mikrotik Wireless linklərinin quraşdırılması barədə ümümi biliklər;
- GPON konfiqurasiyaları barədə ümumi anlayış;
- GPON texnologiyası üzərindən fiberoptik xəttlərin lahiyələndirilməsi;
- Mikrotik üzərindən PPPOE serverinin idarə edilməsi;
- CUCM ilə işləmə bacarığı;
Namizədə tələblər:
- Müvafiq sahə üzrə iş təcrübəsi: 1-3 il;
- Cisco (CCNA) üzrə sertifikatın olması üstünlük hesab olunur;
- Məsuliyyətlilik, planlaşdırmaq və təşkil etmək;
Əlavə məlumat:
- İş saatı: 6 günlük iş qrafiki ilə təyin olunur.
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər növbəti elektron ünvana CV göndərə bilərlər.
Mühasib
Son tarix 13 may 2023 [email protected]
Əmək haqqı: 2000 AZN.
Vəzifə öhdəlikləri:
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
- E-qaimələrin, Təhvil-təslim aktlarının hazırlanması;
- Aylıq, rüblük və illik statistika, DSMF , ÖMV hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına elektron təqdim olunmasında iştirak etmək;
- İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi;
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
- Maliyyə hesabatlarının (MVHH, MZHH) hazırlanması;
- Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
Tələblər:
- İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahədə 3 illik təcrübə;
- Komandada işləməyi bacarmalı;
- Analitik düşüncə qabiliyyəti;
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
- Rus dili biliyi.
Əlavə məlumat:
- İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur.
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər növbəti elektron ünvana CV göndərə bilərlər.
Satınalma üzrə mütəxəssis
Son tarix 18 may 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq tender və təklif sorğularının keçirilməsinin təşkil edilməsi, istehsalatdan yönələn sorğuların icra edilməsi, sistemdə mövcud olan sifarişlərin təhlili və bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılması;
- Satınalma sifarişlərinin qəbulu və təmin olunması;
- Tələb olunan mallar üzrə sifarişlərin hazırlanması;
- Şirkətin mal-material, xammal və avadanlıqlarla təmin edilməsi;
- Təchizatçı tərəflərlə işgüzar yazışma və danışıqların aparılması;
- Qiymət araşdırılması və tenderlərin həyata keçirilməsi;
- Müqavilələrin hazırlanması və nəzarətdə saxlanılması, müqavilədə-kommersiya şərtlərinin müəyyən olunmasına nəzarət olunması;
- Struktur daxili müfaviq hesabatların hazırlanması.
Tələblər:
- Müvafiq sahədə 3 illik təcrübə;
- Təchizat zəncirinin idarə edilməsi və logistika sahəsində biliklərə sahib olmalı;
- Komandada işləməyi bacarmalı;
- Analitik düşüncə qabiliyyəti;
- Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları;
- Danışıqların aparılması sahəsində bacarıqlar.;
Əlavə məlumat:
- Əmək haqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir, uğurlu namizədlərin əmək haqqı gözləntisi nəzərə alınır.
- İş saatı: 6 günlük iş qrafiki ilə təyin olunur.
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin edilir.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər növbəti elektron ünvana CV göndərə bilərlər:
Smetaçı-Mühəndis
Son tarix 25 may 2023 [email protected]
Əmək haqqı: 2000-2500 AZN
Vəzifə öhdəlikləri:
- Maliyyə-smeta sənədlərini hazırlayır;
- Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədləri, cədvəlləri analiz edir;
- Analiz əsasında tikinti işlərinin smeta dəyərini hazırlayır;
- Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlər aparır;
- Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərini yoxlayır və bu barədə arayış tərtib edir;
- Tikinti- quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak edir;
- Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak edir;
- Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırır və onların normativlərə riayət etmələrini nəzarətdə saxlayır, görülən işlər barədə aktlar hazırlayır;
- Görülən tikinti-quraşdırma və təmir işlərinin qiymətlərinin aşağı düşməsi üçün tədbirlər görür;
- Smeta sənədlərinin uçotunu aparır, smeta- maliyyə hesablamalarını sistemləşdirir;
- Smeta qiymətləri haqqında arayışlar tərtib edir;
Namizədə tələblər:
- Texniki sahədə ali təhsil;
- Sahə üzrə minimum 3 il iş təcrübəsi;
- MS Office, AutoCAD bilikləri;
- Rus dili biliyi önəmlidir.
İş yeri:
- Nardaran qəsəbəsi, Dəmiryolçular küçəsi.
- Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin olunur.
İş vaxtı: I-VI günlər
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər: