Nardaran İnvest
IT mütəxəssis
Son tarix 11 yan 2024 [email protected]
Əmək haqqı: 1200-1300 AZN.
Öhdəliklər:
- Gündəlik kompüter istifadəçilərindən gələn sorğuları qəbul edib onlara prioritetə uyğun olaraq texniki dəstək göstərmək;
- Kompüter istifadəçilərində yaranan avadanlıq və ya proqram səviyyəsində problemləri aşkar edib, aradan qaldırmaq;
- Əməliyyat sistemləri və yaxud şəbəkədə yaranmış xırda nasazalıqları aradan qaldırmaq;
- Printer və skaner qurğularında yaranmış nasazlıqları proqram səviyyəsində həll etmək;
- Şöbənin sənədləşmə işlərini vaxtında yerinə yetirmək (Elektron və kağız);
- Təcrübəli və daim dinamik inkişafda olan komanda ilə işləmək;
- Fərdi bilik və bacarıqlarını artırmağa, vəzifə irəliləyişlərinə dəstək olan komanda ilə işləmək;
Namizədə tələblər:
- Xarici dil: Rus dili səlis, İngilis (əsas anlayışlar);
- Təcrübə: 1-3 il;
- Windows ailəsinə məxsus əməliyyat sistemləri ilə işləmə bacarıqları;
- Printer, skaner qurğuları ilə proqram səviyyəsində işləmə bacarığı;
- Sistem və şəbəkə texnologiyaları üzrə başlanğıc biliklər;
- MacOS "ailəsinin" əməliyyat sistemləri ilə təcrübə;
- Tətbiqi proqramlardan istifadə, istifadəçi kompüterlərinə texniki dəstək;
- Ünsiyyətçil , verilən tapşırıqların vaxtında yerinə yetirilməsi , komandada işləmək qabiliyyəti.
İş qrafiki: I-VI günlər, saat 10:00-19:00-dək
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlər aşağıdakı mail adresə CV göndərə bilərlər.
Satış meneceri-merçendayzer
Son tarix 06 yan 2024 [email protected]
“Dolcha Foods” MMC Satış meneceri-merçendayzer vakansiyasını elan edir.
Əmək haqqı: Müsahibə zamanı uğurlu namizədlərin əmək haqqı gözləntiləri nəzərə alınacaq.
Vəzifə öhdəlikləri:
- Təyin olunmuş gündəlik rut üzrə hərəkət etmək;
- Rəhbərlik tərəfindən təyin edilmiş qaydalara riayət olunub-olunmadığının qiymətləndirilməsi üçün mağazaların yoxlanılması, o cümlədən məhsulların düzülüşü, təmizliyi, qiymət kağızlarının vaxtında dəyişdirilməsinin yoxlanılması;
- Malların istehsal tarixlərinə və əmtəə görünüşə nəzarət;
- Satış nöqtələrində və mağazasında deponu məhsul çeşidlərinin kifayətliliyi ilə bağlı mütəmadi yoxlamalar aparmaq;
- Şirkətin məhsul çeşidləri haqqında məlumatlı olmaq və onları düzgün təbliğ etmək;
- Yeni təyin olunan kampaniyalar haqqında mağaza personalını məlumatlandırmaq;
- Müştərilərlə satış yönümlü danışıqların aparılması, məhsulların satışının təmin edilməsi;
- Müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması üçün yeni təkliflərin verilməsi;
- Müştəri şikayət təklif və rəylərini məsul şəxsə təqdim etmək;
- Rəhbərlik tərəfindən müəyyən edilmiş digər tapşırıqları yerinə yetirməsi.
Namizədə tələblər:
- Təhsil - Ali təhsil;
- Şəxsi nəqliyyat vasitəsi; (yanacaq xərcləri və amartizasiya xərcləri şirkət tərəfindən qarşılanacaq) ➢ Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
- Merçendayzinqin əsaslarını üzrə biliklər;
- Yaş: 25-35,
- Cins: -Qadın;
- Operativ, məsuliyyətli və işə planlı yanaşmaq;
- Səlis və aydın nitq qabiliyyəti.
İş vaxtı: I-VI günlər; 10:00-17:00.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər, növbəti elektron ünvana CV göndərə bilərlər.