Nardaran İnvest
Smeta mühəndisi
Son tarix 26 yan 2025 - [email protected]
Vakansiyanın tələblərinə uyğun başlıca vəzifə öhdəlikləri və məsuliyyətlər:
- Tikinti və təmir layihələrinin iş həcminə uyğun smeta sənədlərinin hazırlanması.
- Layihə işlərinə uyğun xərclərin hesablanması (materiallar, işçi qüvvəsi, avadanlıqlar və s.).
- Smeta dəyərlərinin tikinti normativlərinə uyğunluğunun yoxlanılması.
- Planlaşdırılmış və faktiki xərclərin müqayisəsi, uyğunsuzluqların müəyyən edilməsi.
- Mövcud SNiP, GOST və digər normativ sənədlərin tətbiqi.
- Layihə smeta sənədlərinin dövlət və ya korporativ tələblərə uyğun tərtibatı.
- Tenderlər üçün smeta qiymətləndirilməsi və təqdimatların hazırlanması.
- Rəqib təkliflərinin maliyyə analizi və qiymətləndirilməsi.
- Tikinti işlərinin smeta büdcəsinə uyğun aparılmasına nəzarət.
- Smeta üzrə dəyişikliklər və əlavə işlər üçün təkliflərin hazırlanması.
- Layihə menecerləri və texniki mütəxəssislərlə işin koordinasiyası.
- Smeta ilə bağlı işçi qrupuna məsləhətlərin verilməsi.
Vakansiyanın tələblərinə uyğun başlıca tələblər (təhsil, sertifikat, iş təcrübəsi, əcnəbi dil bilikləri və s.):
- Sahə üzrə minimum 3 il təcrübə;
- Smeta proqramlarından (məsələn, 1C, AutoCad, və ya xüsusi smeta proqramları) istifadə bacarığı.
- Maliyyə təhlili və tikinti bazarı üzrə aktual məlumatlara sahib olmaq.
- Detallı və dəqiq hesablama bacarığı.
Namizədlərdən CV-lərini “Smeta mühəndisi” mövzusu ilə qeyd edilmiş elektron poçt ünvanına göndərmək xahiş olunur. Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.