Nardaran İnvest
Optik şəbəkələr mühəndisi (qaynaq və layihələndirmə)
Son tarix 21 fev 2025 - [email protected]
Vəzifələr:
- Müasir avadanlıqlardan istifadə edərək optik liflərin qaynağı və birləşdirilməsi.
- Optik şəbəkələrin topologiyasının (FTTH, GPON və s.) hazırlanması və layihələndirilməsi.
- Optik siqnalların bölünməsi, analizi və tənzimlənməsi, muftalar və splitterlərlə iş.
- Optik şəbəkələrdə nasazlıqların diaqnostikası və aradan qaldırılması.
- Reflektometr (OTDR) və digər alətlərdən istifadə edərək testlər və ölçmələr aparılması.
- Yerinə yetirilən işlər üzrə sənədləşmə işlərinin aparılması.
Tələblər:
- Optik liflərlə iş təcrübəsi (qaynaq, montaj, tənzimləmə).
- Şəbəkə rabitə topologiyalarının qurulması üzrə biliklər (optika, GPON və s.).
- Reflektometr, güc ölçən cihazlar və digər alətlərlə işləmə bacarığı.
- Optik siqnalların bölünməsi prinsipləri üzrə biliklər (splitterlər, muftalar).
- Şəbəkə protokolları və texnologiyalar üzrə əsas biliklər (Ethernet, IP).
- Montaj qaydaları və optik rabitə xətlərinin standartları haqqında biliklər.
- Magistral və yerli rabitə xətlərinin çəkilişi üzrə təcrübə.
- GPON və ya bənzər texnologiyalar üzrə şəbəkələrin qurulmasında iştirak təcrübəsi.
- Server otağında qayda və nizam-intizama cavabdehlik, kabel idarəetmə (Cable Management) bacarığı.
- Məsuliyyətli, diqqətli və komanda ilə işləmə bacarığı.
Üstünlüklər:
- Rabitə, İT və ya elektronika sahəsində ali və ya orta ixtisas təhsili.
- Müvafiq sahədə minimum 2 illik iş təcrübəsi.
- B kateqoriyalı sürücülük vəsiqəsinin olması
Maaş 1000-1200 azn
Cv-ləri elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.