Əmanətlərin Sığortalanması Fondu
Hüquq departamenti üzrə Hüquqşünas
Son tarix 24 mar 2025 - [email protected]
İşin təsviri:
- Tələb olunan müqavilələrin, hüquqi məsələlərlə bağlı məktubların, arayışların, hüquqi rəylərin, ərizə və şikayətlərin, həmçinin digər hüquqi sənədlərin hazırlanması;
- Müəssisədaxili fəaliyyəti tənzimləyən qayda, reqlament və təlimatların hazırlanması və düzəlişlərin edilməsi;
- Əmanətlərin Sığortalanması Fondu və ləğvetməsində olan Bankların xeyrinə iddia ərizələri, apellyasiya və kassassiya şikayətlərinin yazılması;
- Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarını, qüvvədə olan normaları bilmək;
- Struktur bölmə rəhbərinin hüquqi işlərlə əlaqəli vermiş olduğu tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Hüquq fakültəsi üzrə baklavr ali təhsili;
- Azərbaycan Respublikasının Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək Məcəllələrini yüksək səviyyədə bilmək;
- “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu, “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunu, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu , “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanunlarını yüksək səviyyədə bilmək;
- Layihə hazırlamaq, hüquqi təhlil və danışıqlar aparmaq bacarığı;
- MS Office proqramlarını (Word, Excell, Power Point) xüsusilə Word proqramını yüksək səviyyədə bilməli;
- Azərbaycan, ingilis dillərində sərbəst, səlist danışıq və yazı yazmaq bacarığı;
- Hüquq sahəsi üzrə 1 il iş təcrübəsi olması arzuolunandır.
Bacarıq və səriştələr:
- Aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmaq;
- Komanda ilə işləmək bacarığı;
- Ünsiyyətcil olmalı;
- Problemləri həll etmə bacarığı;
- Verilən tapşırıqları vaxtında və lazımi qaydada icra etmək.
İş şəraiti:
- İş saatı 09:00-dan 18:00-dək;
- İstirahət günləri: şənbə və bazar günləri
- əmək haqqı: qarşılıqlı razılıq əsasında müəyyən olunacaq.
Ünvan – Xətai rayonu, Babək 16
Maraqlanan namizədlər cv-lərini elektron poçt ünvanına göndərə bilərlər.