Əmanətlərin Sığortalanması Fondu
Korporativ hüquq şöbəsinin hüquqşünas
Son tarix 30 iyn 2024 [email protected]
Vəzifənin təsviri:
- Tələb olunan müqavilələrin, hüquqi məsələlərlə bağlı məktubların, arayışların, hüquqi rəylətin, ərizə və şikayətlərin, həmçinin digər hüquqi sənədlərin hazırlanması;
- Müəssisədaxili fəaliyyəti tənzimləyən Qayda, reqlament və təlimatların hazırlanması və düzəlişlərin edilməsi;
- Əmanətlərin Sığortalanması Fondu və ləğvetməsində olan Bankların xeyrinə iddia ərizələri, apellyasiya və kassasiya şikayətlərinin yazılması;
- Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktlarını, qüvvədə olan normaları bilmək;
- Rəhbərliyin hüquqi işlərlə əlaqəli vermiş olduğu təlimatların yerinə yetirilməsi.
Vəzifəyə dair tələblər:
- Hüquq üzrə ali təhsil;
- Azərbaycan Respublikasının Mülki, Mülki Prosessual, İnzibati Prosessual, Əmək Məcəllələrini yüksək səviyyədə bilmək;
- “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu, “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunu, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu , “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikası Qanunlarını yüksək səviyyədə bilmək;
- Layihə hazırlamaq, hüquqi təhlil və danışıqlar aparmaq bacarığı;
- MS Office proqramlarını (Word, Excell, Power Point) xüsusilə Word proqramını yüksək səviyyədə bilməli;
- Azərbaycan və ingilis dillərində sərbəst və səlist danışıq və yazı bacarığı;
- Rus dilində orta səviyyədə danışıq və yazı bacarığı;
- Hüquq sahəsi üzrə 1 il iş təcrübəsi olması arzuolunandır.
Bacarıq və səriştələr:
- Aktiv və məsuliyyətlilik kimi xarakterik xüsusiyyətlərə sahib olmaq;
- Komanda ilə işləmək bacarığı;
- Ünsiyyətcil olmalı;
- Problem həll etmə bacarığı;
- Verilən tapşırıqları vaxtında və lazımi qaydada icra etmək.
İş şəraiti:
- Əmək qanunvericiliyinə uyğun sənədləşdirilmə;
- İş yeri Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 16.