Əmanətlərin Sığortalanması Fondu
Risklərin idarə edilməsi / Təhlil və investisiya departamenti / Böyük mütəxəssis
Son tarix 06 dek 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şirkət üzrə mövcud olan, potensial risklərin araşdırılması və vaxtında müəyyən edilməsi;
- Risk insidentləri üzrə səbəb təhlillərinin aparılması və uyğun nəzarət mexanizmlərinin müəyyənləşdirilməsi;
- Şirkətə aid bütün növ risklərin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsinə nəzarət;
- Proseslərdə, layihələrdə, nəzarət mexanizmlərində və onların icrasında mövcud boşluq və pozuntuları aşkar etmək;
- Proseslərə nəzarət mexanizimlərinin qurulması, monitorinq zamanı aşkar edilmiş nöqsan və pozuntuların aradan qaldırılması üzrə tövsiyələr vermək və onların yerinə yetirilməsinə nəzarət etmək;
- İş prosesində keyfiyyətin idarə edilməsi üzrə işlərin və uyğunsuzluqların uçotunun aparılması və hesabatların tərtib olunması;
- Risk İştahası Bəyannaməsinin hazırlanmasında iştirak etmək, göstəricilərin hədəf səviyyəsində qalmasına nəzarət etmək;
Tələblər:
- İqtisadiyyat, Maliyyə üzrə bakalavr və magistr dərəcəsi
- İngilis dil biliyi (rus dili arzu olunan)
- Bank sektorunda risklərin idarə edilməsi üzrə 3-5 il təcrübə
- FRM və ya CFA sertifikatı
- Tövsiyə Məktubu
İş şəraiti:
- İş saatı 09:00-dan 18:00-dək;
- İstirahət günləri: şənbə və bazar günləri
- Əmək haqqı: 2000