Drone Technology Services MMC
Dron (PUA) baş pilotu
Son tarix 24 okt 2025 - [email protected]
Vəzifələr:
- Müxtəlif növ pilotsuz uçuş aparatlarının ( Dron, PUA) idarə olunması (aerofotoçəkiliş, monitorinq, texniki baxış və s. məqsədlərlə);
- Uçuş öncəsi hazırlıq, planlama, icra və eniş proseslərinin təşkili və koordinasiyası;
- Standart əməliyyat prosedurlarının hazırlanması və tətbiqi;
- Yeni pilotların təlimi, təcrübə paylaşımı və keyfiyyətə nəzarət;
- Avadanlığın texniki baxışı və təhlükəsiz istifadəsinin təmin olunması;
- Uçuşlar, texniki yoxlamalar və hadisələrlə bağlı hesabatların hazırlanması;
- Texniki və layihə komandası ilə sıx əməkdaşlıq.
Tələblər:
- PUA sahəsində minimum 3 il təsdiqlənmiş iş təcrübəsi (kommersiya və ya sənaye layihələrində üstünlük verilir);
- İngilis dilini sərbəst səviyyədə bilmə (texniki sənədlərlə işləmək və beynəlxalq standartlara uyğunluq üçün);
- Aerodinamika, naviqasiya və uçuş təhlükəsizliyi prinsiplərinə dair biliklər;
- Pilotların idarə və təlim prosesində təcrübə;
- Uçuş planlama və məlumat analizi proqramları ilə işləmə bacarığı (məsələn: DJI Ground Station, Pix4D, DroneDeploy və s.);
- Məsuliyyətlilik, diqqətlilik və operativ qərarvermə bacarığı.
Biz nə təklif edirik:
- Rəqabətqabiliyyətli əməkhaqqı — 2500 AZN;
- Peşəkar inkişaf və innovativ layihələrdə iştirak imkanı;
- Peşəkar və dostluq mühitində iş;
- Müasir avadanlıq və proqram təminatı;
- Təlim və ixtisasartırma imkanları (şirkət hesabına).
Maraqlanan namizədlər CV və motivasiya məktubunu Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilər.
Mövzu hissəsində: Baş dron pilotu yazmağınız xahiş olunur.