Dövlət qurumu, Publik Hüquqi Şəxs
Kadr işləri üzrə mütəxəssis (Səngəçalda)
Son tarix 04 apr 2025 - [email protected]
İş şəraiti:
- Əməkhaqqı 750 AZN (net), əlavə olaraq il ərzində mükafat almaq imkanı.
- İş Yeri: Səngəçal qəsəbəsi (Nahar şirkət tərəfindən təmin olunur)
- İş yerinə çatdırılma: Şirkət tərəfindən təmin olunur (20 yanvar m/s)
- İş Şəraiti: Standart- ofis
- İş Rejimi: 5 günlük 09:00-18:00
- Sığorta: İcbari
Namizədə tələblər:
- Təhsil: Ali təhsil;
- Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 1 il təcrübə;
- Dil biliyi: Azərbaycan dili sərbəst
Digər tələblər:
- Komandada işləmək bacarığı;
- Səliqəli görünüşlü və ünsiyyətcil;
- MS Office proqramları üzrə biliklər;
Vəzifə öhdəlikləri:
- Təyin olunduğu struktur bölməsində kadrların sənəd dövriyyəsi işini aparmaq;
- Gündəlik olaraq işçilərin davamiyyətinə nəzarət etmək və məlumatı birbaşa rəhbərinə ötürmək;
- Əmək qanunvericiliyinə, nizamnaməyə, təlimatlara və rəhbərliyin əmrlərinə uyğun işçilərin qəbulu, köçürülməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələri və s. proseslərində iştirak etmək;
- Əmək qanunvericiliyinə, əsasnamə və təlimatlara əsasən işçilərin işə qəbul üzrə sənədləşmə işlərini yerinə yetirmək;
- Məzuniyyət uçotunu, həmçinin əlavə məzuniyyət günləri üzrə uçotu aparmaq;
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Kadr işləri üzrə mütəxəssis” qeyd etməklə elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.