Dövlət qurumu, Publik Hüquqi Şəxs
Hüquqşünas (Bərdə)
Son tarix 21 dek 2024 - [email protected]
İş yeri: Bərdə şəhəri
Vəzifə öhdəlikləri:
- normativ hüquqi aktların layihələrinin müəyyən olunmuş müddətlər daxilində hüquqi ekspertizasını həyata keçirmək və aidiyyəti üzrə münasibət bildirmək;
- məhkəmə proseslərində və dövlət qurumlarında idarəni təmsil etmək, hüquq və mənafelərini müdafiə etmək;
- idarənin cəlb edildiyi məhkəmə prosesləri ilə əlaqədar prosessual sənədlər (iddia ərizələri, iddia ərizələrinə dair etirazlar, apellyasiya, kassasiya və əlavə kassasiya şikayətləri və s.) hazırlamaq;
- idarənin fəaliyyəti ilə bağlı imzalanan müqavilələrin layihələrinin ekspertizasını həyata keçirmək və s.
Namizədə tələblər:
- Hüquq sahəsində ali təhsil;
- Mülki Məcəllə; Mülki Prosessual Məcəllə; İnzibati Prosessual Məcəllə; Əmək Məcəlləsi; Şəhərsalma və Tikinti Məcəlləsi; İnzibati Xətalar Məcəlləsi üzrə biliklər;
- Hüquq sahəsi üzrə 2 ildən az olmayaraq iş təcrübəsi;
- Azərbaycan dili səlis;
- Ofis proqramları üzrə biliklər.
İş şəraiti:
- İş yeri: Bərdə şəhəri;
- İş vaxtı: həftənin 5 günü, saat 09:00-18:00;
- İstirahət günləri: şənbə və bazar
- Əmək haqqı 1200 manat (gross).
Tələblərə uyğun namizədlər mövzu yerində “Hüquqşünas-Bərdə” yazaraq CV formasını elektron poçt ünvanına göndərməklə müraciət edə bilərlər.