Dövlət qurumu, Publik Hüquqi Şəxs
Satınalmalar və təchizat üzrə mütəxəssis
Son tarix 03 may 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- İllik satınalma planının hazırlanması və qanunda müəyyən edilmiş müddət ərzində elektron satınalmalar portalında yerləşdirilməsi
- İdarənin mallara (işlərə və xidmətlərə) olan təlabatının müəyyənləşməsində iştirak etmək
- Ehtimal olunan qiymətin hesablanması üçün bazar araşdırılmasının aparılması və müvafiq formanın təsdiq etdirilməsi
- Elektron satınalmalar portalında satınalma proseduru ilə bağlı elanların yerləşdirilməsi
- İxtisaslaşmış malgöndərənlərin siyahısının hazırlanması və onlara dəvət məktublarının göndərilməsi
- Dövlət satınalmalar haqqında qanunun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsi
- Satınalmaların nəticəsi ilə bağlı yekun protokolun müvafiq dövlət orqanına göndərilməsi və qeydiyyata alınması ilə bağlı prosesin nəzarətdə saxlanılması
- Satınalmaların nəticəsi ilə bağlı bildirişin və müqavilə məlumatının qanunda müəyyən edilmiş müddət ərzində elektron satınalmalar portalında yerləşdirilməsinin təmin edilməsi və iddiaçı şirkətlərə bununla bağlı aksept və məlumat xarakterli məktubların göndərilməsi
- Satınalma komissiyasının işinin təşkili, iddiaçılardan daxil olan sorğuların cavablandırılması.
- Satınalma müqavilələrinin hazırlanması, təsdiq etdirilməsi, əlavə və dəyişikliklərin hazırlanması, ləğv edilməsi, icrasına nəzarət edilməsi və reyestrinin aparılması.
- Daxil olmuş hesab fakturaların, aktların müqavilə öhdəliklərinə uyğunluğunun yoxlanılması
- Dövlət satınalmaları haqqında qanunun tələbləri nəzərə alınmaqla il ərzində eyni kateqoriyadan olan malların (işlərin və xidmətlərin) ayrı-ayrı müqavilələrə bölünməməsinə nəzarət etmək
- Dövlət qurumunda həyata keçirilən satınalma prosedurları ilə bağlı rəhbərlik və digər dövlət orqanları üçün hesabatların hazırlanması
- Xərclərin azaldılması məqsədilə təkliflər vermək
- Dövlət qurumunun büdcə layihəsinin hazırlanmasında iştirak etmək
- İnventarizasiya proseslərində iştirak etmək
Vakansiyalar ilə bağlı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat);
- Sahə üzrə 4 il iş təcrübəsi, dövlət satınalmaları üzrə ən azı 2 il iş təcrübəsi;
- Dövlət satınalmaları haqqında AR qanunvericiliyini bilməli;
- etender.gov.az portalından istifadə edə bilməli;
- Azərbaycan dilini sərbəst bilməli, rus və ingilis dili arzuolunandır;
- Word, Excel və 1C proqramları ilə işləmək bacarığı olmalıdır.
İş Şərtləri:
- həftədə 5 iş günü;
- İş saatları: 09:00-18:00;
- əməkhaqqı 1000-2000 (NET);
- əmək haqqı ilə yanaşı digər təminatlar müsahibə zamanı müəyyən olunacaq.
Böyük Mühasib
Son tarix 03 may 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- Vergi (ƏDV, Mənfəət , Vahid bəyannamə), Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi və digər dövlət qurumlarına hesabatlarının hazırlanması
- Dövlət qurumlarından daxil olan məktubların (kameral) cavablandırılması ;
- Müəssisənin debitor, kreditorlarının, avans hesabatının aparılması və üzləşmə aktlarını tərtib etmək;
- Müəssisənin işçilərinin əmək haqqı və ona bərabər tutulan ödənişlərinin həyata keçirilməsini təmin etmək;
- Ödəniş və bank sənədlərinin tərtib olunması;
- Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılmasını təşkil etmək
- Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) proqram təminatı (1 C 8.3) əsasında hazırlamaq və s.
Vakansiya ilə bağlı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat);
- 2 illik analoji iş təcrübəsi;
- AR Vergi qanunvericiliyini və Beynəlxalq Maliyyə Hesabatları Standartlarını bilməli;
- PMS və Beynəlxalq dərəcəli sertifikatları (ACCA) olanlara üstünlük verilir;
- Excel və 1C 8.3 proqram təminatı üzrə yüksək işləmək bacarığı.
İş Şərtləri:
- Həftədə 5 iş günü;
- İş saatları: 09:00-18:00;
- Əməkhaqqı 1700 AZN;
- Əməkhaqqı ilə yanaşı digər təminatlar müsahibə zamanı müəyyən olunacaq.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Böyük mühasib” yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur. Yalnız uyğun namizədlərlə əlaqə yaradılacaq.