Dövlət qurumu
Memar
Son tarix 19 iyn 2025 - [email protected]
İş yeri: Zəngilan, Cəbrayıl, Qubadlı
Vəzifə funksiyaları:
- Memarlıq cizgilərinin tikinti norma və qaydalarına uyğun yoxlanılması;
- Konsept layihələrdə layihələndirmə və tikinti normaları yönündən qeydlərin aparılması;
- Eskiz memarlıq həllərinin işlənilməsi;
- İşçi layihələrin təsnifat cədvəllərinin hesabatlarının yoxlanılması;
- Layihəyə uyğun layihədə istifadə ediləcək materialların təsnifatını çıxarıb təyin edilməsi;
- BOQ çıxarılması;
- Tikintidə yarana biləcək layihə üzrə düzəlişlərin edilməsi;
- Daxildə texniki müraciətlərə vaxtında cavab vermək və dəstəyi təmin etmək;
- Görülən işlərin siyahısını tərtib etmək və təhvil verdikcə qeydiyyatını aparmaq;
- Baş plan, şaquli planlaşdırma, torpaq iş həclərinin yoxlanılması;
- Layihələndirmə ilə bağlı əməkdaşlara dəstək göstərmək.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Layihədə istifadə ediləcək materiallara dair nəzəri və praktik biliklər;
- Hesabatların aparılması;
- İnşaat materiallarının rəsmi adları və tanınması;
- AutoCAD, ArchiCAD proqramında işləmə bacarığı;
- Dil bilikləri arzuolunandır.
Müraciət etmə qaydaları:
- Xahiş olunur CV-lərinizi e-poçtun mövzu (“subject”) hissəsində “Memar” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə göndərəsiniz.
- Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.
Layihələrin idarə olunması departamentinin direktoru
Son tarix 19 iyn 2025 [email protected]
Vəzifə öhdəlikləri:
- Layihə portfelinin idarə olunması – İT və Business yönümlü strateji layihələrinin planlaşdırılması, icrası, monitorinqi və yekunlaşdırılmasına ümumi nəzarət.
- Layihə metodologiyalarının tətbiqi – Agile, Scrum, PMP və s. layihə idarəetmə metodlarının uyğunluğunu təmin etmək və komandalar üçün təlim və dəstək vermək.
- Strateji və mövcud layihə portfelinin icrasının təmin edilməsi
- Komanda rəhbərliyi və inkişafı – Layihə menecerlərinin və komanda üzvlərinin fəaliyyətinə rəhbərlik etmək, performansını qiymətləndirmək və inkişaf planları hazırlamaq.
- Resursların effektiv idarə olunması – İnsan, texniki və maliyyə resurslarının optimal bölüşdürülməsi və istifadəsi.
- Risklərin idarə olunması – Layihələrlə bağlı potensial riskləri müəyyənləşdirmək, qiymətləndirmək və minimal zərərlə idarə etmək.
- Maraqlı tərəflərlə əlaqə – Daxili (İT şöbəsi, digər departamentlər) və xarici tərəfdaşlarla əməkdaşlığın effektiv qurulması.
- Layihə performansının monitorinqi – KPI-lar, vaxt cədvəli, büdcə və keyfiyyət göstəriciləri əsasında mütəmadi hesabatların hazırlanması və təqdimatı.
- Rəqəmsal transformasiya təşəbbüslərinə rəhbərlik – İT sahəsində rəqəmsallaşma və innovativ həllərin tətbiqi istiqamətində strateji qərarların verilməsi.
Vəzifə üzrə tələblər:
- Ali təhsil (İqtisadiyyat, Biznesin İdarə Olunması və.s);
- PMP, PRINCE2, Agile/Scrum sertifikatları üstünlükdür.
- Layihə idarəetməsi və rəqəmsal transformasiya üzrə müasir metod və yanaşmalar haqqında dərin biliklər.
- Layihələrin idarə olunması sahəsində minimum 5 il, o cümlədən rəhbər vəzifələrdə minimum 3 il təcrübə.
- İT layihələrinin (ERP sistemləri, mobil tətbiqlər, daxili platformalar və s.) idarəsində real iş təcrübəsi vacibdir.
- Güclü liderlik və komanda idarəetmə bacarıqları.
- Analitik düşüncə və problem həll etmə bacarığı.
- Effektiv ünsiyyət və təqdimat bacarıqları (Azərbaycan və ingilis dillərində).
- Dəyişikliklərin idarə olunması və strateji düşünmə bacarığı.
İş şəraiti
- 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə) ;
- Korporativ nömrə ilə təmin olunma ;
- Əmək haqqı razılaşma ilə.
Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində “ Layihələrin idarə olunması departamentinin direktoru” qeyd etməklə CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.