Dövlət qurumu
Büdcə nəzarəti üzrə aparıcı mütəxəssis
Son tarix 09 okt 2024 - [email protected]
Stabil Əmək haqqı və əlavə olaraq bir neçə dəfə il ərzində mükafat almaq imkanı.
İŞ YERİ: Bakı
İŞ ŞƏRAİTİ: Standart- ofis
İŞ REJİMİ: 5 günlük 09:00-18:00
İŞ BARƏDƏ QISA MƏLUMAT:
- Şirкətin mаliyyə hеsаbаtının tərtib еdilməsi və fəаliyyətinin mаliyyə göstəricilərinin hеsаblаnmаsı üçün lаzım оlаn məlumаtlаrın tоplаnmаsı və аnаlizi
NAMIZƏDƏ TƏLƏBLƏR:
- Təhsil: Maliyyə və ya İqtisadiyyat sahəsində ali təhsil;
- Tələb olunan iş təcrübəsi: Büdcə planlaşdırılması, xərclərə nəzarət, maliyyə hesabatlılığı sahəsində ən azı 2 il təcrübə.
Digər tələblər:
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi və mühasibat uçotu haqqında Azərbaycan Respublikasının qanunu və digər normativ sənədlərləri;
- Beynəlxalq Maliyyə Standartları üzrə biliklər;
- Kompyuter proqramlarında sərbəst işləmək bacarığı (Excel, 1C, SAP arzuolunandır,);
- Maliyyə sahəsi üzrə analitik biliklər;
- Mаliyyə şərаitini аnаliz еtməк qаbiliyyəti, prоblеmləri həll еtmək bаcаrığı;
- Office Proqramlarında işləmə bacarığı (Windows, Word, Excel və s.)
Müraciət qaydası: Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Büdcə nəzarəti üzrə aparıcı mütəxəssis” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Hüquqşünas (böyük mütəxəssis)
Son tarix 09 okt 2024 - [email protected]
İş Yeri: Bakı şəhəri
İş Rejimi: 5 günlük 09:00-18:00
Sığorta: İcbari
Namızədə tələblər:
- Təhsil : Bakalavr (Hüquq sahəsi, hüquqşünas)
- İş təcrübəsi : Müvafiq sahə üzrə minimum 3 il təcrübə
- Aşağıdakı tələblərə cavab verən namizədlərə üstünlük veriləcəkdir:
- Normativ hüquqi akt layihələrinin hazırlanması və hüquqi ekspertizasını həyata keçirən namizədlərə;
- “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə işləyən namizədlərə.
Xüsusi biliklər:
- Azərbaycan dilini sərbəst bilməli, rus dili orta səviyyədə, ingilis dili arzuolunandır;
- Dövlət və qeyri-dövlət müəssisləri ilə danışıqların aparılması qabiliyyəti.
Böyük mütəxəssis bacarmalıdır:
- Bütün növ müqavilələrin hazırlanması və hüquqi ekspertizası;
- Məktub, əmr, etibarnamə və digər hüquqi sənədlərin hazırlanması və hüquqi ekspertizası;
- Kənar və daxili sorğuların cavablandırılması;
- Qanunvericiliyin təhlili və təhlilin nəticələrinə dair rəyin verilməsi;
Vəzifə öhdəlikləri:
- Hüquqi sənədləri hazırlamaq və rəsmiləşdirmək;
- Sənədlərin hüquqi ekspertizasını həyata keçirmək;
- Məhkəmələrdə təmsilçilik və məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların və s.) hazırlamaq;
- Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələləri qanunvercilik çərçivəsində həll etmək;
- Məhkəmədə və digər dövlət orqanlarında müəssisənin hüquqi nümayəndəsi kimi çıxış etmək;
- İşçilər ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə, hüquqi sənədlərin tərtib edilməsində hüquqi köməklik göstərmək.
Əmək haqqı razılaşma əsasında;
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Hüquqşünas (böyük mütəxəssis)” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.