Dövlət qurumu
Satınalma və təchizat üzrə mütəxəssis
Son tarix 11 avq 2024 [email protected]
Vəzifə funksiyaları:
- Dövlət satınalmalar haqqında qanunun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsi;
- Satınalmaların planlaşdırılması və struktur bölmələrin təlabatlarını öncədən müəyyənləşdirmək məqsədilə məlumatların tələb edilməsi;
- İllik satınalma planının hazırlanmasını və qanunda müəyyən edilmiş müddət ərzində dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsini təmin etmək;
- Ehtimal olunan qiymətin hesablanması üçün bazar araşdırılmasının aparılması və müvafiq formanın təsdiq etdirilməsi;
- Satınalma komissiyasının işinin təşkili, iddiaçılardan daxil olan sorğuların cavablandırılması;
- Satınalma müqavilələrinin hazırlanması, təsdiq etdirilməsi, əlavə və dəyişikliklərin hazırlanması, ləğv edilməsi, icrasına nəzarət edilməsi və reyestrinin aparılması;
- Daxil olmuş hesab fakturaların, aktların müqavilə öhdəliklərinə uyğunluğunun yoxlanılması;
- Müəssisədə həyata keçirilən satınalma prosedurları ilə bağlı rəhbərlik və digər dövlət orqanları üçün hesabatları hazırlamaq
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Ali təhsil ; (maliyyə, iqtisadiyyat, Satınalma üzrə );
- Dövlət satınalmaları üzrə ən azı 2 il iş təcrübəsi;
- Dövlət satınalmaları haqqında AR qanunvericiliyini bilmək;
- etender.gov.az portalından istifadə edə bilmək;
- MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.)
- Liderlik və İdarəetmə qabiliyyəti;
Müraciət etmə qaydaları:
Xahiş olunur CV-lərinizi 11 avqust 2024-cü il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “satınalma və təchizat üzrə mütəxəssis” qeyd etməklə email adresinə göndərəsiniz.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.
Nəqliyyatın idarəedilməsi şöbəsinin müdiri
Son tarix 15 avq 2024 [email protected]
Vəzifə funksiyaları:
- Nəqliyyat vasitələrinin sənədləşmə işlərini həyata keçirmək;
- Mütəmadi olaraq avtomobillərin texniki baxışdan keçməsini təmin etmək;
- Nəqliyyat vasitələrinin lazımi vəziyyətdə saxlanılmasına nəzarət etmək;
- Sürüсülər tərəfindən avtonəqliyyatın texniki istismar qaydalarına uyğun nəzarəti həyata keçirmək;
- Nəqliyyat vasitələrinin təmirinin aparılması cədvəlini hazırlamaq və təmir işlərinin keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək;
- Sürücülər tərəfindən avtomobillərin texniki istismar, yol hərəkəti, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etməsinə nəzarət etmək;
- Nəqliyyat vasitələrinə etibarnamələrin yazılması üçün aidiyyəti şöbəyə məlumat vermək;
- Sürücülərin ezamiyyəyə göndərilməsi ilə bağlı aidiyyəti şöbəyə məlumat vermək və səfər üçün uyğun nəqliyyat vasitəsini ayırmaq.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Sahə üzrə 5 ildən az olmayan iş təcrübəsi;
- Ali təhsil;
- Kompüter bilikləri: MS Office (xüsusilə, MS Excel, MS Word, MS PowerPoint)
- Səfərlərə hazırlıqlı olması.
Müraciət etmə qaydaları:
Xahiş olunur CV-lərinizi 15 Avqust 2024-cü il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Nəqliyyatın idarəedilməsi şöbəsinin müdiri” qeyd etməklə email adresinə göndərəsiniz.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.