Dövlət qurumu
Layihələrin (inşaat) idarə edilməsi şöbəsinin müdiri
Son tarix 01 iyl 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
-
Tikinti layihələrini Xidmətin daxili prosedur və qaydalarına, qüvvədə olan müvafiq qanunvericilik aktlarına və digər qanuni və ya tənzimləyici normalarına uyğun idarə etmək;
-
Layihələndirmə işlərinin razılaşdırılmış müddətə və tələb olunan keyfiyyətdə həyata keçirilməsini təmin etmək;
-
Layihələr üzrə cizgiləri, iş həcmlərini, spesifikasiya sənədlərini yoxlamaq təsdiqləmək və icrasına nəzarət etmək;
-
Layihələrin icra statusu barədə mütəmadi olaraq hesabatları hazırlamaq və bütün maraqlı tərəfləri məlumatlandırmaq;
-
Layihələr üzrə həcmlərin cədvəllərinin tərtibatına rəhbərlik etmək;
-
Layihələndirmə üzrə əlaqələndirmə işlərini həyata keçirmək, o cümlədən - Xidmət daxili, layihəçi komandası, podratçı şirkətlər, dövlət qurumları və digər maraqlı tərəflərlə mütəmadi koordinasiya və kommunikasiya işlərini təşkil etmək;
-
Tenderlərin əsas şərtlər toplusunun hazırlanmasında iştirak etmək və texniki tələbləri müəyyən etmək;
-
Müqavilələrin xüsusi şərtlərinin hazırlanmasında iştirak etmək və tələbləri müəyyən etmək;
-
Layihə üzrə risklərin müəyyən edilməsi, təhlil edilməsi, tədbirlər planının hazırlanması, icrası və monitorinqi işlərini həyata keçirmək;
-
Tabeçiliyində olan komandanın səmərəli idarəedilməsi, qiymətləndirilməsi və inkişafı ilə bağlı tövsiyələr vermək.
Namizədə dair tələblər:
-
Layihələrin idarəedilməsi sahəsində ən az 5 il iş təcrübəsi;
-
İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil;
-
Yüksək səviyyədə idarəetmə, və rəhbərlik etmə bacarığı;
-
Tikinti obyektlərinin layihələndirmə məsələlərinə aid tikinti istehsalatının texnologiyası iqtisadiyyatın və eləcə də istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməli;
-
Komputer bacarıqları: MS Office, Autocad.
Əmək şəraiti:
-
İş yeri: Bakı və Qarabağ ərazisi;
-
İş rejimi: 5 gün.
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan e-mail ünvanına mövzu hissəsində “Layihələrin idarə edilməsi şöbəsinin müdiri” yazmaqla göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Layihələr üzrə koordinator
Son tarix 01 iyl 2024 [email protected]
Vəzifə öhdəlikləri:
-
Hər bir verilmiş layihənin tələb və məqsədlərinə uyğun olaraq layihə fəaliyyətlərinin əvvəldən sona qədər icra planının, cədvəlinin, və lazımi meyarların hazırlanması və rəhbəliklə razılaşdırılması;
-
Razılaşdırılmış layihə planının icrası üçün müvafiq icraçıların, təchizatçıların, və layihədə iştirak edən digər tərəflərin (şəxslərin) müvafiq tapşırıqlar üzrə təyin olunması, ətraflı şəkildə məlumatlandırılması, tapşırığın icrası boyunca hər birinin işinə nəzarət edilməsi;
-
Layihənin ümumi gedişatına mütəmadi nəzarət olunması, tapşırıqların razılaşdırılmış zaman çərçivəsində bitməsini, layihənin getişatında yaranan çətinliklərin dərhal araşdırılması və onların həll edilməsi üçün lazımı addımların atılması;
-
Baş verə biləcək problemlərin və risklərin öncədən qarşısının alınması və ya minimuma endirilməsi, müvafiq önləyici tədbirlrin görülməsi;
-
Hər bir layihə üzrə görülmüş işlərin həftəlik ətraflı hesabatının verilməsi;
-
Layihənin icrası zamanı layihə iştirakçılarının, iş icraçılarının layihənin bağlanmasını əks etdirən sənədlərin hazırlanması və təhvil-təslim prosesinin təmin edilməsi;
Namizədə dair tələblər:
-
Tikinti sahəsində layihə koordinatorluğu üzrə ən az 3 il iş təcrübəsi
-
Tələbkarlılıq, idarəetmə, və rəhbərlik etmə bacarığı;
-
Məsuliyyətlilik, detallara nəzarət, operativlik;
-
Podratçı təşkilatlar düzgün ünsiyyət qurma bacarığı və təcrübəsi;
-
Qrup və fərdlər qarşısında təqdimat bacarıqları və təcrübəsi;
-
Komandada və fərdi şəkildə işləmə bacarığı;
-
Sistematik işləmək bacarığı, nizam intizam, və vaxtın düzgün idarə edilməsi;
-
Bir neçə layihə və ya tapşırığa eyni zamanda nəzarət edə bilmə bacarığı;
-
Microsoft Office proqramlarında səlis işləmə bacarığı;
-
Cizgiləri və texniki sənədləri oxuya bilmək səviyyəsində xarici dil bilikləri;
-
Sənədləşmə işlərinin düzgün sistematik icrasını bilmək və təmin etmək bacarığı;
-
Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
Əmək şəraiti:
-
İş yeri: Bakı və Qarabağ ərazisi;
-
İş rejimi: 5 gün.
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan e-mail ünvanına mövzu hissəsində “Layihələrin idarə edilməsi şöbəsinin müdiri” yazmaqla göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Bərpa departamentinin müdir müavini
Son tarix 01 iyl 2024 [email protected]
Vəzifə öhdəlikləri:
-
Bərpa və yenidənqurma işləri üzrə tapşırıqların yerinə yetirilməsində iştirak etmək;
-
Yerinə yetirilən tikinti-quraşdırma işlərinin həcminin, dəyərinin və keyfiyyətinin layihə-smeta sənədlərinə, texniki şərtlərə uyğun olunmasına nəzarət etmək;
-
Tikinti və yenidənqurma işləri üzrə illik və perspektiv planlarının işlənib hazırlanmasında iştirak etmək;
-
Obyektlərin tikintisinə texniki nəzarəti, bütün göstəriş və tövsiyələrin vaxtı-vaxtında yerinə yetirilməsini yoxlamaq;
-
Layihələndirmə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsini nəzarətdə saxlamaq, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasını, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu yoxlamaq;
-
Tabeliyində olan digər struktur bölmələrin fəaliyyətini koordinasiya etmək.
Namizədə dair tələblər:
-
Sahə üzrə minimum 6 il iş təcrübəsi;
-
İnşaat mühəndisliyi ixtisası üzrə tam ali təhsil (bakalavr və magistr);
-
Yüksək səviyyədə ünsiyyət, tələbkarlılıq, idarəetmə, və rəhbərlik etmə bacarığı;
-
Məsuliyyətlilik, detallara nəzarət, operativlik;
-
Qrup və fərdlər qarşısında təqdimat bacarıqları və təcrübəsi;
-
Komandada və fərdi şəkildə işləmə bacarığı;
-
Sistematik işləmək bacarığı, nizam intizam, və vaxtın düzgün idarə edilməsi;
-
Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması;
-
Tikinti obyektlərinin layihələndirmə məsələlərinə aid tikinti istehsalatının texnologiyası iqtisadiyyatın və eləcə də istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməli;
-
Kompüter bacarıqları: MS Office, Autocad.
Əmək şəraiti:
-
İş rejimi: 5 gün;
-
İş yeri: Bakı və Qarabağ ərazisi.
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan e-mail ünvanına mövzu hissəsində “Bərpa departamentinin müdir müavini” yazmaqla göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.