Dövlət qurumu
Baş mühasib (Şirvan)
Son tarix 16 iyn 2024 - [email protected]
Əmək funksiyası:
- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
- Debitor və kreditor borcların uçotunun aparılması;
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
- Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
- Gəlir və xərclərin uçotunun aparılması;
- Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək;
- Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi (Vahid bəyannamə,ÖMV,ƏDV)
Vəzifə tələbləri:
Təhsil pilləsi (minimum)
- Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
Təhsil ixtisası
- Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə
İş təcrübəsi (minimum)
- Müvafiq sahə üzrə ən az 2 il (istehsalat, real sektor sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
Dil bilikləri
- Azərbaycan dili, İngilis dili (Rus dili arzuolunandır)
Kompüter bilikləri
- Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel) və 1C 8.3
Digər zəruri tələblər
- Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların mövcudluğu (ACCA F3,F7 və s.)
- Peşəkar mühasib sertifikatının (PMS MHBS) olması mütləqdir.
Vəzifənin tələb etdiyi səriştəliliklər:
- Problem həll etmə bacarıqları
- Təqdim etmə bacarığı
- Detallara diqqət
- Komandada işləmək bacarığı
- Analitik düşünmə bacarığı.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Baş Mühasib - Şirvan” qeyd etməyiniz xahiş olunur
Baş mühasib (Gəncə)
Son tarix 16 iyn 2024 [email protected]

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Baş Mühasib - Gəncə” qeyd etməyiniz xahiş olunur.
Baş Mühasib (Bakı)
Son tarix 16 iyn 2024 -[email protected]
Əmək funksiyası:
- “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını bilməli;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin etmək;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin icra edilməsinə nəzarət sisteminin qurulması;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
- Debitor və kreditor borcların uçotunun aparılması;
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
- Əmək haqqı, məzuniyyət və ezamiyyənin hesablanması;
- Gəlir və xərclərin uçotunun aparılması;
- Vergi risklərinə nəzarət olunması və bununla bağlı müvafiq tədbirlərin görülməsini təmin etmək;
- Vergi orqanına hesabatların hazırlanması və təqdim edilməsi (Vahid bəyannamə,ÖMV,ƏDV)
Vəzifə tələbləri:
Təhsil pilləsi (minimum)
- Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
Təhsil ixtisası
- Mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə
İş təcrübəsi (minimum)
- Müvafiq sahə üzrə ən az 2 il (istehsalat, real sektor sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
Dil bilikləri
- Azərbaycan dili, İngilis dili (Rus dili arzuolunandır)
Kompüter bilikləri
- Peşəkar səviyyədə Microsoft office proqramları (əsasən Excel) və 1C 8.3
Digər zəruri tələblər
- Mühasibat uçotu üzrə beynəlxalq sertifikatların mövcudluğu (ACCA F3,F7 və s.)
- Peşəkar mühasib sertifikatının (PMS MHBS) olması mütləqdir.
Vəzifənin tələb etdiyi səriştəliliklər:
- Problem həll etmə bacarıqları
- Təqdim etmə bacarığı
- Detallara diqqət
- Komandada işləmək bacarığı
- Analitik düşünmə bacarığı.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Baş Mühasib - Bakı” qeyd etməyiniz xahiş olunur.
Planlama şöbəsinin müdiri
Son tarix 16 iyn 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Qurumun tikinti üzrə layihələrinin müvafiq norma və qaydalarına əsasən işlənib hazırlanmasına rəhbərlik etmək;
- Layihə sənədlərinə əsasən layihənin icrasına uyğun olaraq Baş plan, makro plan və mikro plan (Layihənin başlanğıcından bitmə müddətinədək, aylıq və ya həftəlik, günlük) planlamaların hazırlanmasına nəzarət etmək;
- Layihə rəhbərləri və struktur bölmə rəhbərləri ilə plan hazırlığında birgə çalışmaq;
- Podratçılar ilə müqavilə bağlanmazdan öncə Qurum tərəfindən plan analizlərini aparmaq, görüləcək işlərin icra qrafikinə uyğunluğunu yoxlamaq;
- Layihənin bütün mərhələlərində Layihə rəhbərləri və mühəndislərlə birlikdə fəaliyyət göstərərək qarşıya çıxan problemləri həll etmək üçün addımlar atmaq;
- Layihədə verilmiş qeydlərin və tövsiyələrin icrasına dair nəticələrin yoxlanılmasına nəzarət etmək;
- Layihədə işlərin icrasının gedişatı, vəziyyətinin və yerinə yetirilmiş işlərin həcmləri haqqında müvafiq hesabatın tərtib olunmasına nəzarəti həyata keçirmək;
- Podratçıların apardığı işlərin plan üzrə görülməsinə nəzarəti aparmaq;
- Layihədə baş verən gecikmələrin qarşısının alınması üçün monitorinq keçirmək, mütəmadi olaraq layihənin effektivliyini izləmək və təhlil etmək.
Namizədə dair tələblər:
- Ali təhsil (İnşaat mühəndisliyi);
- Planlama Mühəndisi olaraq inşaat sahəsində ən az 3-5 il iş təcrübəsi;
- MS Office, Primavera P6, MS Project 2010;
- Problem həll etmə, analitik düşünmə qabiliyyəti;
- İşgüzar ünsiyyət bacarığı;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, səliqəli, diqqətli, müstəqil və qrup daxilində işləmək bacarığı..
Əmək şəraiti:
- İş rejimi: 5 gün;
- İş yeri: Bakı və Qarabağ ərazisi.
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan e-mail ünvanına mövzu hissəsində “Planlama şöbəsinin müdiri” qeyd etməklə göndərmələri xahiş olunur.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Elektrik mühəndisi
Son tarix 16 iyn 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğun olaraq, mexanika, elektrik, zəif-axın sistemlərinin uyğunluğu barədə rəhbərliyə hesabat təqdim etmək,
- Layihələndirilən cizgilərin elektrik sistemləri bölmələrini estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və Layihəçiləri bu tələblərə istiqamətləndirmək;
- Layihələrin Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək,
- Elektrik sistemləri üzrə ilkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək;
- Layihələndirmə prosesinə daxil olan tərəflərlə yaxın əməkdaşlıq etmək;
- Layihələndirmə müddətlərinin elektrik hissələri üçün təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq;
- Layihənin müvafiq olaraq elektrik sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək;
- Layihəçi şirkətlər tərəfindən tamamlanmış elektrik sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin edilməsini təmin etmək;
- Layihələrin elektrik hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təmin etmək;
- Tikintinin elektrik sistemləri üzrə sınaq və inspeksiyalarında ehtiyac olduğu təqdirdə iştirak etmək və tikintinin təhvil-təslim prosesini təşkil etmək;
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
- Layihə elektrik sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək.
Namizədə dair tələblər:
- Elektrik mühəndisliyi üzrə Ali təhsil;
- Müvafiq sahə üzrə sifarişçi olaraq 2 il işləməklə minimum 5 il (tikinti və ofis) iş təcrübəsi;
- Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, İEC, SNIP, IEC, BS, NFPA;
- Kompüter bilikləri: MS Office, AutoCAD;
- Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
Əmək şəraiti:
- İş yeri: Bakı və Qarabağ ərazisi
- İş rejimi: 5 gün.
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan e-mail ünvanına mövzu hissəsində “Elektrik mühəndisi” yazmaqla göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Bərpa departamentinin müdir müavini
Son tarix 16 iyn 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- Bərpa və yenidənqurma işləri üzrə tapşırıqların yerinə yetirilməsində iştirak etmək;
- Yerinə yetirilən tikinti-quraşdırma işlərinin həcminin, dəyərinin və keyfiyyətinin layihə-smeta sənədlərinə, texniki şərtlərə uyğun olunmasına nəzarət etmək;
- Tikinti və yenidənqurma işləri üzrə illik və perspektiv planlarının işlənib hazırlanmasında iştirak etmək;
- Obyektlərin tikintisinə texniki nəzarəti, bütün göstəriş və tövsiyələrin vaxtı-vaxtında yerinə yetirilməsini yoxlamaq;
- Layihələndirmə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsini nəzarətdə saxlamaq, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılmasını, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunu yoxlamaq;
- Tabeliyində olan digər struktur bölmələrin fəaliyyətini koordinasiya etmək.
Namizədə dair tələblər:
- Sahə üzrə minimum 6 il iş təcrübəsi;
- İnşaat mühəndisliyi ixtisası üzrə tam ali təhsil (bakalavr və magistr);
- Yüksək səviyyədə ünsiyyət, tələbkarlılıq, idarəetmə, və rəhbərlik etmə bacarığı;
- Məsuliyyətlilik, detallara nəzarət, operativlik;
- Qrup və fərdlər qarşısında təqdimat bacarıqları və təcrübəsi;
- Komandada və fərdi şəkildə işləmə bacarığı;
- Sistematik işləmək bacarığı, nizam intizam, və vaxtın düzgün idarə edilməsi;
- Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması;
- Tikinti obyektlərinin layihələndirmə məsələlərinə aid tikinti istehsalatının texnologiyası iqtisadiyyatın və eləcə də istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməli;
- Kompüter bacarıqları: MS Office, Autocad.
Əmək şəraiti:
- İş rejimi: 5 gün;
- İş yeri: Bakı və Qarabağ ərazisi.
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan e-mail ünvanına mövzu hissəsində “Bərpa departamentinin müdir müavini” yazmaqla göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Konstruktor
Son tarix 16 iyn 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- Toplantılar keçirmək, hesabatlar tərtib etmək, sənədlər hazırlamaq və müqavilə çərçivəsində sahibkar, konstruktor və subpodratçılar ilə danışıqlar aparmaqda layihə menecerinə köməklik göstərilməsi;
- İş həcminə nəzarət edilməsi, dəyişiklik edilmiş sənədlərin hazırlanmasına yardım etmək və daxili təsirlərin təhlil edilməsi;
- Layihənin təhlilinə və hesabatların hazırlanmasına köməklik edilməsi, layihə ilə əlaqədar bütün suallara aydınlıq gətirilməsi;
- İşlərin, hazırlanacaq konstruksiyaların texniki tapşırıqlara, standartlara, texniki təhlükəsizlik normalarına, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun cavab verməsinin, eləcə də onların standartlaşmış vahid şəklə salınmış hissə və yığım vahidlərindən istifadəsinin təmin edilməsi;
- Layihə olunacaq məhsulun texniki göstəricilərinin səviyyəsini təmin etmək;
- Sxem və eskiz layihələri əsasında kinematik sxemləri, ümumi yığımın, konstruksiyanın ayrı-ayrı elementlərinin nəzəri bağlılığının tərtib edilməsi;
- İşçi layihələrinin yoxlanması və çertyojların, işin ixtisas və ya profil üzrə nəzarətinin keçirilməsi, mürəkkəb hissələrin naturadan eskizini çıxarılması;
- Layihə üzrə texniki hesablamaların aparılması və layihə olunacaq konstruksiyanın effektivliyinin təhlil edilməsi, konstruksiyaların istismarı üçün təlimat, onu aydınlaşdırıcı yazı, texniki səviyyə xəritəsi, pasport (o cümlədən patent və lisenziya), sınaq üçün proqramlar, texniki şərtlər və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyişiklik haqqında bildiriş vərəqələrinin və başqa texniki sənədlərin tərtib edilməsi;
- Başqa müəssisə və təşkilatlardan gələn konstruktor sənədlərinin onlardan gələcəkdə layihələşdirmə və konstruksiya işində istifadə etmək məqsədi ilə öyrənilməsi və təhlil edilməsi;
- İşlənib hazırlanmış layihələri müəssisə, idarə və təşkilatların başqa bölmələri, sifarişçi və nəzarət orqanları nümayəndələri ilə razılaşdırılması, işlənib hazırlanmış konstruksiyanı iqtisadi cəhətdən əsaslandırılması.
- Layihəçi təşkilatçılar tərəfindən göndərilən layihələrin СНП ГОСТ AzDTN normalarına uyğunluğunun yoxlanılması.
Namizədə dair tələblər:
- Layihələndirmə (yaxud əlaqədar sahədə) üzrə təhsil, yalnız inşaatçı mühəndis;
- Eyni anda bir neçə tapşırıq və problemin həll edilməsi bacarığı və əla ünsiyyət bacarıqları;
- Ümumi mühəndis hazırlığı;
- Nəzarətçi vəzifəsini yerinə yetirmək sahəsində bacarıq;
- Kompyuter bacarıgları: AutoCad, Lira 9.6.
- Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
Əmək şəraiti:
- İş yeri: Bakı və Qarabağ ərazisi
- İş rejimi: 5 gün.
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan e-mail ünvanına mövzu hissəsində “Konstruktor” yazmaqla göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Layihələrin (inşaat) idarə edilməsi şöbəsinin Müdiri
Son tarix 16 iyn 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- Tikinti layihələrini Xidmətin daxili prosedur və qaydalarına, qüvvədə olan müvafiq qanunvericilik aktlarına və digər qanuni və ya tənzimləyici normalarına uyğun idarə etmək;
- Layihələndirmə işlərinin razılaşdırılmış müddətə və tələb olunan keyfiyyətdə həyata keçirilməsini təmin etmək;
- Layihələr üzrə cizgiləri, iş həcmlərini, spesifikasiya sənədlərini yoxlamaq təsdiqləmək və icrasına nəzarət etmək;
- Layihələrin icra statusu barədə mütəmadi olaraq hesabatları hazırlamaq və bütün maraqlı tərəfləri məlumatlandırmaq;
- Layihələr üzrə həcmlərin cədvəllərinin tərtibatına rəhbərlik etmək;
- Layihələndirmə üzrə əlaqələndirmə işlərini həyata keçirmək, o cümlədən - Xidmət daxili, layihəçi komandası, podratçı şirkətlər, dövlət qurumları və digər maraqlı tərəflərlə mütəmadi koordinasiya və kommunikasiya işlərini təşkil etmək;
- Tenderlərin əsas şərtlər toplusunun hazırlanmasında iştirak etmək və texniki tələbləri müəyyən etmək;
- Müqavilələrin xüsusi şərtlərinin hazırlanmasında iştirak etmək və tələbləri müəyyən etmək;
- Layihə üzrə risklərin müəyyən edilməsi, təhlil edilməsi, tədbirlər planının hazırlanması, icrası və monitorinqi işlərini həyata keçirmək;
- Tabeçiliyində olan komandanın səmərəli idarəedilməsi, qiymətləndirilməsi və inkişafı ilə bağlı tövsiyələr vermək.
Namizədə dair tələblər:
- Layihələrin idarəedilməsi sahəsində azı 6 il iş təcrübəsi;
- İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil;
- Yüksək səviyyədə idarəetmə, və rəhbərlik etmə bacarığı;
- Tikinti obyektlərinin layihələndirmə məsələlərinə aid tikinti istehsalatının texnologiyası iqtisadiyyatın və eləcə də istehsalatın, əməyin və idarəetmənin təşkilinin əsaslarını bilməli;
- Komputer bacarıqları: MS Office, Autocad.
Əmək şəraiti:
- İş yeri: Bakı və Qarabağ ərazisi;
- İş rejimi: 5 gün.
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan e-mail ünvanına mövzu hissəsində “Layihələrin idarə edilməsi şöbəsinin müdiri” yazmaqla göndərə bilərlər.
Mexanika mühəndisi
Son tarix 16 iyn 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğun olaraq, mexanik sistemlərinin uyğunluğu barədə rəhbərliyə hesabat təqdim etmək;
- Layihələndirilən cizgilərin mexanik sistemləri bölmələrini estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və Layihəçiləri bu tələblərə istiqamətləndirmək;
- Layihələrin Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
- Mexanik sistemləri üzrə ilkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək;
- Layihələndirmə prosesinə daxil olan tərəflərlə yaxın əməkdaşlıq etmək;
- Layihələndirmə müddətlərinin mexanik hissələri üçün təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq;
- Layihənin müvafiq olaraq, mexanik sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək;
- Layihəçi şirkətlər tərəfindən tamamlanmış mexanik sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin edilməsini təmin etmək;
- Layihələrin mexanika hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təmin etmək;
- Tikintinin mexanik sistemləri üzrə sınaq və inspeksiyalarında ehtiyac olduğu təqdirdə iştirak etmək və tikintinin təhvil-təslim prosesini təşkil etmək;
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində mexanik sistemləri üzrə sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
- Layihə mexanik sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək.
Namizədə dair tələblər:
- Müvafiq sahə üzrə ali təhsil;
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
- Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, İEC, SNIP, IEC, BS, NFPA;
- Kompüter bilikləri: MS Office, AutoCAD;
- Uzun müddətli ezamiyyələrə hazırlıqlı olması.
Əmək şəraiti:
- İş yeri: Bakı və Qarabağ ərazisi
- İş rejimi: 5 gün.
Yuxarıda göstərilən tələblərə cavab verən şəxslər azərbaycan dilində olan CV-lərini qeyd olunan e-mail ünvanına mövzu hissəsində “Mexanika mühəndisi” yazmaqla göndərə bilərlər.
Qeyd: Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.