Dövlət qurumu
Mühəndis energetik
Son tarix 17 okt 2024 - [email protected]
Əmək haqqı və əlavə olaraq bir neçə dəfə il ərzində mükafat almaq imkanı.
İş Yeri: Bakı
iş şəraiti: Standart
iş rejimi: 5 günlük 09:00-18:00
Namızədə tələblər:
Təhsil : Müvafiq sahə üzrə ali təhsil;
MS Office (Word, Excel), Autocad proqramı
İş təcrübəsi : Müvafiq sahə üzrə minimum 3 il təcrübə;
Xüsusi biliklər:
- Elektrik avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyəti, iş rejimi və onların istismar qaydaları üzrə biliklər;
- Enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədlər üzrə biliklər;
- 1000V dan aşağı və 1000V dan yuxarı Elektrik lahiyə sxemləri üzrə biliklər;
- Enerji təsərrüfatının təşkili, onun texniki istismarının qaydaları və təmir aparılmasının texnologiyası üzrə biliklər;
- Enerji avadanlıqlarının istehsal gücü, texniki göstəriciləri, iş rejimi və onların istismar qaydaları üzrə biliklər.
İşin qısa təsviri
- Filiallarda elektrik sahəsində görülən işlərə nəzarət etmək və həftəlik,aylıq ,illik hesabatları tərtib etmək;
- Elektrik avadanlıqlarının təkmilləşdirilməsinə dair səmərələşdirici təklifləri vermək və qəbul edilmiş təkliflərin tətbiqini təşkil etmək;
- Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları TIQ və EQQQ biliklərinə sahib olmaq;
- Enerji avadanlığının istismarı üçün tələb olunan avadanlıq, material və ehtiyat hissələri üçün sifarişləri vaxtı-vaxtında tərtib etmək və onların yerinə yetirilməsinə nəzarət etmək.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Mühəndis energetik” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.