Dövlət qurumu
Baş məsləhətçi / məsləhətçi
Son tarix 24 dek 2022 - [email protected]
İş vaxtı: 09:00-18:00
Vakansiyanın aktiv olduğu regionlar:
- Quba-Xaçmaz (Xaçmaz, Quba, Qusar,Siyəzən və Şabran rayonları);
- Şirvan-Salyan (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları);
- Dağlıq Şirvan (Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları).
Əmək funksiyaları:
- Öz səlahiyyətləri daxilində fəaliyyət istiqamətlərinə uyğun olaraq qurum adından qurumun struktur bölmələri, yerli orqanları və tabeliyində olan qurumlarına onların maarifləndirilməsi məqsədilə qanunvericiliyinin tətbiqi barədə əməli və metodiki köməklik göstərmək;
- Qurumun fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, təşkilati-sərəncamverici və digər sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
- Qurumun strukturları tərəfindən hazırlanmış normativ sənədlərin qanunvericiliyə uyğunluğuna dair rəylər vermək;
- Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxmaq;
- Əmək mübahisələri və digər məsələrlə bağlı məhkəmələrdə iddia qaldırmaq;
- Məhkəmə qərarlarından yuxarı instansiya məhkəmələrinə əsaslandırlmış şikayətlər hazırlamaq;
- Qurumun mənafeyinin qorunması üçün qanunvericilikdə nəzərdə tutulmuş qanuni üsullardan istifadə etmək;
- Məhkəmə proseslərində iştirak etmək;
- Fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq;
Tələblər:
- Ali təhsil (Hüquqşünaslıq)
- Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi;
- Dövlət qulluğunda BB3/BB4 sertifikatı üstünlükdür
Vakansiyaya müraciət etmək istəyən namizədlər mövzu hissəsində müraciət etmək istədikləri vəzifəni göstərməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər.
Məsləhətçi / Baş məsləhətçi
Son tarix 24 dek 2022 - [email protected]
İş vaxtı: 09:00-18:00
Vakansiyanın aktiv olduğu regionlar:
- Qazax-Tovuz (Ağstafa, Gədəbəy,Qazax, Şəmkir və Tovuz rayonları)
- Lənkəran-Astara (Astara,Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları)
- Mərkəzi Aran (Mingəçevir şəhəri,Ağdaş,Göyçay,Kürdəmir,Ucar,Yevlax və Zərdab rayonları)
- Qarabağ (Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları)
- Quba-Xaçmaz (Xaçmaz, Quba, Qusar,Siyəzən, və Şabran rayonları)
- Mil-Muğan (Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları)
Əmək funksiyaları:
- Qanunvericiliklə müəyyən olunmuş məsələlərdə işəgötürənlər, işçilər yaxud həmkarlar təşkilatları arasında qarşılıqlı əməkdaşlığa kömək göstərmək;
- Müəssisələrdə əməyin təhlükəsizliyi tələblərinə uyğun gəlməyən və işçilərin sağlamlığı, yaxud həyatı üçün təhlükə törədən işi və ya istehsal vasitələrinin istismarını əməyin təhlükəsizliyi tələblərinə uyğunlaşdırmaq;
- Vətəndaşların qəbulunu təşkil etmək, ərizə, təklif və şikayətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə baxmaq;
- Fəaliyyətinə aid olan məsələlər üzrə hesabat vermək;
Tələblər:
- Ali təhsil (İqtisadiyyat və idarəetmə ixtisasları qrupu, sosiologiya, beynəlxalq münasibətlər, hüquqşünaslıq, sosial iş ixtisasları üzrə );
- Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi;
- Dövlət qulluğunda BB3 / BB4 sertifikatı üstünlükdür
Vakansiyaya müraciət etmək istəyən namizədlər mövzu hissəsində müraciət etmək istədikləri vəzifəni göstərməkə CV-lərini e-mail ünvanına göndərə bilərlər.