Azerbaijan Energy Regulatory Agency
Audit (böyük mütəxəssis)
Son tarix 16 sen 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- İllik Audit Planına uyğun olaraq audit layihələrinə rəhbərlik;
- Audit layihələri üzrə iş proqramlarının hazırlanmasında iştirak və müəyyən edilmiş audit prosedurlarının həyata keçirilməsi;
- Risklərin idarəedilməsi medotologiyasının tətbiqinin və effektivliyinin təhlili və qiymətləndirilməsi;
- Daxili nəzarət sistemlərinin effektivliyinin və adekvatlığının yoxlanılması və qiymətləndirilməsi;
- Daxili siyasət və prosedurların həyata keçirilməsini, qanunvericiliyə riayət olunmasını təmin edən sistemlərin təhlili və qiymətləndirilməsi;
- Normativ-hüquqi sənədlərlə tələb olunan hesabatların etibarlılığının və vaxtlı-vaxtında hazırlanmasının yoxlanılması;
- Mühasibat yazılarının və maliyyə hesabatlarının dəqiqliyinin və etibarlılığının yoxlanılması;
- Fəaliyyətlərin səmərəliyinin və xərclərin effektivliyinin qiymətləndirilməsi;
- Agentliyin aktivlərin qorunması vasitələrinin təhlili və qiymətləndirilməsi;
- İdarə Heyətinin tapşırığı ilə xüsusi tədqiqatların həyata keçirilməsi.
Tələblər:
- Ali təhsil (audit, hüquq və iqtisadiyyat ixtisasları üzrə);
- Audit, daxili nəzarət, risk idarəçiliyi sahələrində azı 3 il iş stajı;
- Daxili Audit Standartları haqqında son biliklər və təcrübədə tətbiq etmək bacarığı;
- Risk idarəçiliyi və daxili nəzarət sistemlərinin təhlili və qiymətləndirilməsində yüksək səviyyəli səriştə;
- Korporativ İdarəetmə və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları haqqında biliklər;
- Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
- Daxili Audit Standartlarına uyğun hesabatların hazırlanması və təqdim etmə bacarığı;
- CIA, FRM, CRMP, ERP, CFE üzrə sertifikatlara malik olmaq və ya mərhələ keçmək üstünlükdür;
- Ofis proqramlarında işləmə bacarığı;
- Azərbaycan və ingilis dillərində sərbəst danışıq və yazı qabiliyyəti.
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
- İstirahət günləri: şənbə və bazar;
- İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, “Çinar Plaza” Biznes Mərkəzi.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Audit – böyük mütəxəssis ) qeyd edin.
Vakansiya üzrə müraciətin son tarixi: 15 sentyabr 2022-ci il.
Audit (mütəxəssis)
Son tarix 16 sen 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şöbənin fəaliyyət istiqaməti üzrə audit planının hazırlanmasında iştirak;
- Auditi zamanı aşkar edilən məsələlərin müzakirə edilməsində iştirak və müvafiq qaydada həll yollarına dair təkliflərin verilməsi;
- Audit olunmalı sahədə audit testlərinin həyata keçirilməsi, məruzə olunmalı məsələlərin müəyyən edilməsi və risk səviyyələrinin təyin edilməsi;
- Agentliyin struktur bölmələrində səlahiyyətləri çərçivəsində audit yoxlamalarının müəyyən olunmuş vaxt çərçivəsində həyata keçirilməsi;
- Riskyönümlü audit proqramlarının tərtib edilməsi və müvafiq qaydada şöbə müdirinə təqdim edilməsi;
- Audit yoxlamalarının həyata keçirilməsi zamanı tapılmış nöqsanların sənədləşdirilməsi;
- Audit sahəsində beynəlxalq təcrübənin araşdırılması və Agentliyin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflərin verilməsi;
- Şöbə müdirinin tapşırığı ilə hesabatların, arayışların və məlumatların hazırlanması;
- Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil (audit, hüquq və iqtisadiyyat ixtisasları üzrə);
- Audit, daxili nəzarət, risk idarəçiliyi sahələrində azı 1 il iş stajı;
- Daxili Audit Standartları haqqında biliklər və onları təcrübədə tətbiq etmək bacarığı;
- Risk idarəçiliyi və daxili nəzarət sistemlərinin təhlili və qiymətləndirilməsi bacarığı;
- Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
- CIA, FRM, CRMP, ERP, CFE üzrə sertifikatlara malik olmaq və ya mərhələ keçmək üstünlükdür;
- Ofis proqramlarında işləmə bacarığı;
- Azərbaycan dilində səlis danışıq və yazı qabiliyyəti, ingilis dilini orta səviyyədə bilməsi.
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
- İstirahət günləri: şənbə və bazar;
- İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, “Çinar Plaza” Biznes Mərkəzi.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Audit – mütəxəssis ) qeyd edin.
Vakansiya üzrə müraciətin son tarixi: 15 sentyabr 2022-ci il.