Azerbaijan Energy Regulatory Agency
İdarə Heyətinin Sədrinin köməkçisi
Son tarix 09 sen 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- İdarə Heyəti sədrinin telefon əlaqələrini təşkil edir, iclas və müşavirələrinin keçirilməsini planlaşdırır
- İdarə Heyəti Sədrinin növbəti gün üçün nəzərdə tutulmuş tədbirlərin və görüşmələrin uçotunu aparır və bununla bağlı sədrə məlumat verir.
- Dövrü mətbuatda Agentliyin fəaliyyətinə dair çap olunmuş materialları toplayır, onların məzmunu barədə rəhbərə vaxtaşırı məruzələr edir.
- Müəyyən edilmiş kargüzarlıq işlərini aparır
- İdarə Heyəti Sədrinin verdiyi göstərişlərin uçotunu aparır, nəzərdə saxlayır və onların icra vəziyyəti barədə sədrə məruzə edir.
- İdarə Heyəti Sədrinin tapşırığına əsasən məktublar, sorğular və digər sənədlərin hazırlanması;
- İdarə Heyəti Sədrinin qonaqlarını qəbul etmək və yönləndirmək
- Digər aidiyyəti tapşırıqların yerinə yetirilməsi
Tələblər:
- Ali təhsil
- Yuksək analitik və problemlərin həll etmə bacarıqları;
- Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı;
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı:
- Yaxşı ünsiyyət və danışıqların aparılma bacarıqları;
- Azərbaycan dilini və rus dilini səlis və ingilis dilini orta səviyyədə bilməsi.
- MS Office proqramlarında işləmək bacarığ
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
- İstirahət günləri: şənbə və bazar günləri;
- Vakansiya üzrə müraciətin son müddəti: 09 Sentyabr 2022-ci il;
- İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İdarə Heyətinin Sədrinin köməkçisi) qeyd edin.
Azerbaijan Energy Regulatory Agency
Ofis meneceri (Kürdəmir)
Son tarix 09 sen 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Filialın kargüzarlıq işini aparmaq, bölməyə daxil olan sənədləri qəbul etmək, Agentlikdə qəbul olunmuş qaydaya uyğun olaraq onları sistemləşdirmək və bölmə rəisinə təqdim etmək;
- Filiala daxil olan sənədləri bölmə rəisinin tapşırığına əsasən iş prosesində istifadə etmək və ya cavablandırılması üçün onu icraçılara təqdim etmək və sənədin yerinə yetirilməsinin icra müddətinə nəzarət etmək;
- Filialın fəaliyyəti ilə bağlı məlumatları kompüterə daxil etmək, müvafiq çap işlərini və telefon zənglərini həyata keçirmək;
- Filialın fəaliyyətinə dair təlim, konfrans, müşavirə və seminarların keçirilməsi ilə əlaqədar hazırlıq işlərini görmək;
- Telefon zənglərinin həyata keçirilmək, danışıqlar aparılmaq, rəhbərin qəbuluna gələn vətəndaşları qarşılamaq;
- Filiala daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin etmək, hesabatlar, arayışlar və məlumatlar hazırlamaq.
- Filialın fəaliyyəti ilə əlaqədar digər texniki işləri icra etmək.
Tələblər:
- Ali təhsil;
- Yaş həddi 22-30 aralığı;
- Azı 1 il iş stajı; (dövlət qrumunda təcrübə arzu olunandı)
- Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;
- Rus dilini bilməsi arzu olunandır;
- Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti.
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
- İstirahət günləri: şənbə və bazar günləri;
- Vakansiya üzrə müraciətin son müddəti: 8 sentyabr 2022-ci il
- İş yeri: Kürdəmir şəhəri
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Kürdəmir filialı – Ofis meneceri) qeyd edin.
Azerbaijan Energy Regulatory Agency
Şəbəkə inzibatçısı (böyük mütəxəssis)
Son tarix 20 avq 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Router, Switch və Firewall və s. şəbəkə avadanlıqlarının sazlanması, quraşdırılması və idarə edilməsi;
- LAN/WAN, Data/Ehtiyat mərkəzləri şəbəkəsinin qurulması və idarə edilməsi;
- Şəbəkə avadanlıqlarının proqram təminatlarının yenilənməsi, lisenziyaların aktual saxlanılmasına nəzarət edilməsi;
- Şəbəkə avadanlıqlarının (router, switch, və s.) funksionallığını maksimum səviyyədə artırmaq, təhlükəsizlik üçün ətraflı icra planlarının hazırlanması;
- Monitorinq sisteminin quraşdırılması, infrastruktur elementlərinin konfiqurasiyası və monitorinqlərin aparılması;
- Şəbəkə problemlərinin qısa zaman ərzində müəyyən edilərək həll edilməsi;
- İT siyasət, qayda və proseduraların yazılmasında iştirak və vəzifə səlahiyyətləri çərçivəsində digər öhdəliklərin icra edilməsi.
Tələblər:
- Təhsil: Ali
- Dil bilikləri: Azərbaycan, rus, ingilis (texniki);
- Şəbəkə inzibatçısı kimi minimum 3 il iş təcrübəsi;
- CCNP səviyyəsində Cisco routing-switching həlləri biliyi və praktiki təcrübə;
- Cisco CCNA/CCNP sertifikatları mütləq olmalıdır;
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı;
- İşə planlı yanaşma bacarığı;
- Ünsiyyət yaratmaq bacarığı;
- Ölkədaxili ezamiyyətlərə getmək imkanı;
- Məsuliyyətli və operativ qərar vermə bacarığı.
Tələb olunan bacarıqlar:
- TCP/IP və OSI modeli haqqında dərin biliklər;
- LAN/WAN şəbəkəsi və İT infrastrukturunun dizaynı, quraşdırılması və yaranan problemlərin aradan qaldırılması;
- L2/L3 - LAN/WAN/SD-WAN şəbəkə texnologiyaları haqqında dərin biliklər və iş təcrübəsi;
- Router, Switch və Firewall-ların (Cisco,Palo Alto,Fortigate, HPE və s.) qurumun təhlükəsizlik standartlarına uyğun olaraq konfiqurasiya edilməsi, istismarı və dəstəklənməsi bacarığı;
- IPSec / VPN texnologiyaları (Cisco DMVPN, site-to-site vpn, remote access vpn) haqqında dərin biliklər və iş təcrübəsi;
- İP Telefoniya haqqında biliklər və iş təcrübəsi (CUCM, 3CX, Yeastar, Yelink və s.),
- Tacacs, RADİUS, ISE avtorizasiya sistemlərinin tətbiqi ilə bağlı iş təcrübəsi;
- Linux və Unix əməliyyat sistemləri iş bacarığı arzu olunandır;
- Görülən işlərin sənədləşdirilməsi bacarığı.
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
- İstirahət günləri: şənbə və bazar.
İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini e-poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İnformasiya texnologiyaları şöbəsi – Şəbəkə inzibatçısı) qeyd edin.