Dövlət qurumu
Əməyin mühafizəsi üzrə mühəndis
Son tarix 04 iyn 2022
Vəzifə öhdəlikləri:
- Müəssisədə əməyin mühafizəsi üzrə işlərin əlaqələndirilməsini təmin etmək, struktur bölmələrdə və obyektlərdə yanğın təhlükəsizliyi və əməyin mühafizəsi üzrə qanunvericilik və normativ hüquqi aktlara riayət olunmasına nəzarəti təşkil etmək;
- Əməyin mühafizəsi təlimatlarının, müəssisə standartlarının vaxtında işlənib hazırlanmasını və onlara yenidən baxılmasını təmin etmək;
- Giriş təlimatlarının keçirilməsini təmin etmək, iş yerində ilkin və təkrar təlimatlarının keçirilməsinə nəzarət etmək;
- Baş vermiş iş qəzaları və bədbəxt hadisələrin səbəblərini araşdırmaq və qarşısının alınması üçün tədbirlər hazırlamaq;
- Qanunvericilik və beynalxalq standartların tələb və normalarının pozulması ilə əlaqədar sahələrdə aşkar olunmuş halların hesabatını aparmaq;
- İşçilər tərəfindən əməyin mühafizəsi qaydalarına əməl edilməsinə nəzarət etmək;
- Əmək xəsarəti almış işçilərə dəymiş zərərin müəyyənləşdirilməsi və ödənilməsi üçün sənədlərin hazırlanmasında iştirak etmək;
- İş şəraitində riskləri qiymətləndirmək və müvafiq tədbirlərin görülməsində iştirak etmək.
Tələblər:
- Texniki sahə üzrə ali təhsil;
- Əməyin mühafizəsi sahəsində minimum 2 il iş təcrübəsi;
- Əməyin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərini bilmək;
- İSO 14001, İSO 45001/OHSAS 18001 standartlarının əsas prinsiplərini bilmək;
- Hündürlükdə iş, ilk yardım, yanğın təhlükəsizliyi, elektrik təhlükəsizliyi, riskin qiymətləndirilməsi sahəsində sertifikatlar;
- FHN-nin yanğınla mübarizə ilə bağlı qayda və prosedurları;
- Mükəmməl səviyyədə Azərbaycan dili, ingilis və rus dili bilikləri üstünlükdür;
- Əməyin mühafizəsinə dair beynəlxalq sertifikatlar (İOSH, NEBOSH və diglərləri) üstünlükdür;
- Planlama və təşkil etmə bacarığı
- Operativlik
- Zamanın idarəolunması bacarığı
- Ünsiyyət və təqdimetmə bacarığı
Digər:
- İş qrafiki: Həftəiçi 5 gün, 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00
- İstirahət günləri: Şənbə və bazar günləri
- Vakansiya üzrə müraciətin son tarixi: 03.06.2022
Vakant vəzifə ilə maraqlanan şəxslər buradan daxil olaraq vakansiya mürüaciət bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Əməyin mühafizəsi üzrə mühəndis) qeyd edin.
Dövlət qurumu
Protokol şöbəsinin böyük mütəxəssisi
Son tarix 04 iyn 2022
Vəzifə öhdəlikləri:
- İdarə heyətinin sədri tərəfindən keçirilən müşavirələri, iclasları, görüşləri və rəsmi qəbulları protokol qaydalarına, habelə qəbul olunmuş beynəlxalq təcrübəyə və milli adət-ənənələrə əsaslanaraq təşkil etmək;
- İdarə heyətinin sədrinin iştirak etdiyi tədbirlərə və getdiyi səfərlərə hazırlıq işlərinin görülməsini təmin etmək və zərurət yarandıqda həmin səfərlərdə protokol xidmətini həyata keçirmək;
- Qonaqların qarşılanmasını, müşayiət olunmasını, yola salınmasını, qonaqların əyləşməsi və masa düzülüşünü ümumi qəbul olunmuş protokol qaydalarına uyğun olaraq həyata keçirmək;
- Qurumun fəaliyyət istiqamətləri üzrə beynəlxalq tərəfdaşlarla görüşlər, seminarlar, konfranslar və digər tədbirlərin keçirilməsi məqsədilə təşkilati məsələləri həll etmək;
- Qurumun adından protokol yazışmalarının layihələrini hazırlamaq və digər protokol-təşkilati məsələlərin həllini təmin etmək;
- Şöbəyə daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada müraciətləri cavablandırmaq.
Tələblər:
- Beynəlxalq münasibətlər, beynəlxalq hüquq, hüquq, iqtisadiyyat və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
- Səlis Azərbaycan dili, mükəmməl səviyyədə ingilis və ya rus dili biliyi
- Mükəmməl səviyyədə MS office proqramlarından istifadə bacarığı
- İşgüzar yazışmaların aparılması bacarığı
- Planlama və təşkiletmə bacarığı
- Təqdimetmə bacarığı
- Ünsiyyət bacarığı
- Problem həll etmə bacarığı
Digər:
- İş qrafiki: Həftəiçi 5 gün, 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00
- İstirahət günləri: Şənbə və bazar günləri
- Vakansiya üzrə müraciətin son tarixi: 03.06.2022
Vakant vəzifə ilə maraqlanan şəxslər buradan daxil olaraq vakansiya mürüaciət bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Protokol şöbəsinin böyük mütəxəssisi) qeyd edin.