Dövlət Məşğulluq Agentliyi
Mütəxəssis (Qida sahəsi üzrə laborant)
Son tarix 11 apr 2022 - [email protected]
Strukturun Adı: Bakı Peşə Hazırlığı Mərkəzi
Vakant vəzifə: Mütəxəssis (Qida sahəsi üzrə laborant)
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Vəzifə funksiyaları:
- Qida preparatlarının, bitki qulluq və mühafizə vasitələrinin (pestisidlər və gübrələr), eyni zamanda qida məhsulları ilə təmasda olan maddə və materialların, qida məhsullarının, bioloji fəallığa malik olan qida əlavələrinin, həmçinin qida qatqılarının tərkib, keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinələr aparmaq;
- Bitki, heyvan, mineral mənşəli xammaldan əldə edilmiş və ya kimyəvi yolla alınmış bioaktiv maddələr və onların komplekslərinin farmaseptik formada hazırlanan bioloji fəallığa malik olan qida əlavələri (BFMQƏ) ilə işləməyi bacarmaq;
- Bioloji fəallığa malik olan qida əlavələri və qida qatqı maddələrində tələb olunan mikrobioloji, toksikoloji, fiziki-kimyəvi göstəricilər və tərkib təyini üzrə sınaqlar həyata keçirmək;
- Qablaşdırma maddə və materialları bölməsində məhsulların tərkib analizi, müasir spektrofotometrik (FT-IR, EDX), miqrasiya analizləri kütlə-spektrometr, ultrabənövşəyi və alov-ionlaşdırıcı detektorlu (MS, UV, FID) qaz və maye xromatoqrafları, Atom Absorbsion Spektrofotometr (AAS) cihazları ilə işləmək.
Bilməlidir:
- Sağlamlıq və Əməyin Təhlükəsizliyi qaydalarını;
- EN ISO 17025 Test laboratoriya standartları və tətbiqinı;
- GMP (Good Manufacturing Practice)- Yaxşı İstehsalat Tətbiqlərini;
- GHP (Good Hygiene Practices) - Yaxşı Gigiyena Tətbiqlərini;
- BRC (British Retail Consortium)- Qlobal Qida Standartını;
Vəzifənin tutulmasına dair tələblər:
- Təhsil tələbi: Ali;
- İş stajı: Müvafiq sahədə ən az 1 il iş təcrübəsi;
- Dil bilikləri: dövlət dili (sərbəst), rus və ingilis dili (arzuolunandır);
- Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə).
Vəzi̇fəyə Dai̇r Tələb Edi̇lən Şəxsi̇ Keyfi̇yyətlər Və Bacariqlar:
- Məsuliyyətlilik;
- Etibarlılıq, dürüstlük;
- Operativlik, çeviklik;
- Təşəbbüskarlıq;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Qida sahəsi üzrə laborant” qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur.
Həmçinin CV-lərinizi https://www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz.
Mütəxəssis (İnşaat və ya sənaye sahəsi üzrə laborant)
Son tarix 11 apr 2022 - [email protected]
Strukturun Adı: Bakı Peşə Hazırlığı Mərkəzi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Vəzifə funksiyaları:
- Standartlarda, texniki şərtlərdə, istehsalın texnoloji reqlamentlərində nəzərdə tutulmuş təhlilləri həyata keçirmək;
- Laboratoriyalarda sınaq avadanlıqlarının, ölçmə vasitələrinin yaxşı vəziyyətdə olmasına nəzarət etmək və nasazlıqların aradan qaldırılması üçün tədbirlər görmək, laboratoriya rəhbərinə məlumat vermək;
- Müəyyən edilmiş formada laboratoriya jurnallarında sınaq nəticələrinin qeydiyyatını, zəruri hesablamaları və qeydləri aparmaq;
- Məhsulların hazırlanması üzrə işləri vaxtında və səmərəli şəkildə həyata keçirmək;
- Laboratoriya rəhbərinin göstərişi ilə plandankənar analizlər aparmaq;
- İş yerinin təmizliyinə, laboratoriya şüşə qablarının təhlükəsizliyinə, analiz üçün lazımi məhlulların və reagentlərin mövcudluğuna nəzarət etmək;
- Təhlükəsizlik qaydalarına, yanğından mühafizə, ekoloji təhlükəsizlik və daxili əmək qaydalarına riayət etmək.
Bilməlidir:
- Sağlamlıq və Əməyin Təhlükəsizliyi qaydalarını;
- Əmək qanunvericiliyinin əsaslarını;
- Milli keyfiyyət qaydalarının texniki standartlarını;
- İstehsaldan qaynaqlanan ekoloji riskləri;
- Dağıdıcı və qeyri-dağıdıcı üsul ilə aparılan sınaqları;
Vəzifənin tutulmasına dair tələblər:
- Təhsil tələbi: Ali;
- İş stajı: Müvafiq sahədə ən az 1 il iş təcrübəsi;
- Dil bilikləri: dövlət dili (sərbəst), rus və ingilis dili (arzuolunandır);
- Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə).
Vəzi̇fəyə Dai̇r Tələb Edi̇lən Şəxsi̇ Keyfi̇yyətlər Və Bacarıqlar:
- Məsuliyyətlilik;
- Etibarlılıq, dürüstlük;
- Operativlik, çeviklik;
- Təşəbbüskarlıq;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnşaat və ya sənaye sahəsi üzrə laborant” qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur.
Həmçinin CV-lərinizi https://www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz.