Azerbaijan Energy Regulatory Agency
Daxili audit və nəzarət şöbəsinə böyük mütəxəssis
Son tarix 06 apr 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- İllik Audit Planına uyğun olaraq audit layihələrinə rəhbərliyin edilməsi;
- Audit layihələri üzrə iş proqramlarının hazırlanmasında iştirak və müəyyən edilmiş audit prosedurlarının həyata keçirilməsi;
- Risklərin idarəedilməsi medotologiyasının tətbiqinin və effektivliyinin təhlili və qiymətləndirilməsi;
- Daxili nəzarət sistemlərinin effektivliyinin və adekvatlığının yoxlanılması və qiymətləndirilməsi;
- Daxili siyasət və prosedurların həyata keçirilməsini, qanunvericiliyə riayət olunmasını təmin edən sistemlərin təhlili və qiymətləndirilməsi;
- Normativ-hüquqi sənədlərlə tələb olunan hesabatların etibarlılığının və vaxtlı-vaxtında hazırlanmasının yoxlanılması;
- Mühasibat yazılarının və maliyyə hesabatlarının dəqiqliyinin və etibarlılığının yoxlanılması;
- Fəaliyyətlərin səmərəliyinin və xərclərin effektivliyinin qiymətləndirilməsi;
- Agentliyin aktivlərin qorunması vasitələrinin təhlili və qiymətləndirilməsi;
- İdarə Heyətinin tapşırığı ilə xüsusi tədqiqatların həyata keçirilməsi.
Tələblər:
- Ali təhsil (audit, hüquq və iqtisadiyyat ixtisasları üzrə);
- Audit, daxili nəzarət, risk idarəçiliyi sahələrində azı 3 il iş stajı;
- Daxili Audit Standartları haqqında son biliklər və təcrübədə tətbiq etmək bacarığı;
- Risk idarəçiliyi və daxili nəzarət sistemlərinin təhlili və qiymətləndirilməsində yüksək səviyyəli səriştə;
- Korporativ İdarəetmə və Maliyyə Hesabatlarının Beynəlxalq Standartları haqqında biliklər;
- Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı;
- Daxili Audit Standartlarına uyğun hesabatların hazırlanması və təqdim etmə bacarığı;
- CIA, FRM, CRMP, ERP, CFE üzrə sertifikatlara malik olmaq və ya mərhələ keçmək üstünlükdür;
- Ofis proqramlarında işləmə bacarığı;
- Azərbaycan və ingilis dillərini səlis bilməsi.
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
- İstirahət günləri: şənbə və bazar günləri;
- Vakansiya üzrə müraciətin son müddəti: 05 Aprel 2022-ci il;
- İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Audit – böyük mütəxəssis) qeyd edin.
Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi - köməkçi mütəxəssis
Son tarix 01 apr 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Agentliyin fəaliyyət istiqamətləri üzrə beynəlxalq tərəfdaşlarla görüşlər, seminarlar, konfranslar və digər tədbirlərin keçirilməsi məqsədilə təşkilati məsələləri həll etmək;
- Agentlik tərəfindən təşkil olunan beynəlxalq tədbirlərin gündəlik, proqram və digər işçi sənədlərin layihələrinin hazırlanmasını təmin etmək;
- Beynəlxalq təşkilatlar və xarici dövlətlərin aidiyyəti qurumları ilə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılmasında iştirak etmək;
- Agentliyin rəsmi internet səhifəsi üçün kontentin, press-relizlərin Azərbaycan dilindən ingilis dilinə və ingilis dilindən Azərbaycan dilinə tərcümə etmək;
- Gündəlik olaraq tənzimlənən sahəyə dair mətbuatda yayımlanan məlumatların monitorinqini aparmaq,
- Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin etmək;
- Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
- Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Ali təhsil (Beynəlxalq münasibətlər, beynəlxalq hüquq, filologiya ixtisasları üzrə);
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- Problemlərin həlli üzrə razılığın əldə olunması bacarığı;
- Ofis proqramlarında işləmə bacarığı;
- Dil bilikləri: Azərbaycan dili - səlis, ədəbi, ingilis dili - yüksək, rus dili – orta səviyyə.
İş şərtləri:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
- İstirahət günləri: şənbə və bazar günləri;
- İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza.
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər.
Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsi – köməkçi mütəxəssis) qeyd edin.
Vakansiya üzrə müraciətin son müddəti: 31 Mart 2022-ci il.