İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bir neçə vakansiya üzrə işçi qəbulu elan edib.
FED.az xəbər veri ki, bunlar aşağıdakılardır,
Front-End Developer
Son tarix 02 mar 2022 - [email protected]
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı.
Görəcəyiniz işlər:
- Agentliyin siyasətinə və prioritetlərinə uyğun olaraq proqram təminatı üzrə işləri müəyyən edərək inkişaf fəaliyyətlərinin planlaşdırılmasında iştirak etmək;
- Şöbə üzrə proqram təminatı istiqamətində müvafiq prosedurların və siyasətlərin hazırlanmasında iştirak etmək;
- Agentliyin müəyyənləşdirilmiş proseslərinin tələbləri üzrə proqram təminatının yazılmasında iştirak etmək;
- Yeni məhsulların yaradılmasında iştirak və onların tətbiqi metodlarının seçilməsi;
- Təşkilati inkişaf baxımından proqram təminatı üzrə yeni yazılacaq və ya alınacaq proqram təminatının kod səviyyəsində mənimsənilməsində birbaşa iştirak;
- Digər əməkdaşların sahəsi üzrə təkmilləşməsi və proqram təminatını mənimsənilməsi tədris prosesində iştirak;
- Agentliyin istifadəsində olacaq proqram təminatı üzrə digər proqramçılara dəstək və təlim komandasını formalaşdırılmasında iştirak;
- Agentliyin istifadəsində olacaq proqram təminatı üzrə kod versiyalarının jurnallarının tərtib edilməsi və manual şəklində saxlanması;
- Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə rəhbərlik tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
- Agentliyin inkişafı baxımından proqram təminatı üzrə yeni yazılacaq və ya alınacaq proqram təminatının kod səviyyəsində mənimsənilməsində birbaşa iştirak;
- Agentliyin mövcud olan proqram təminatının yeni məhsullara uyğun yazılması və digər tələb olunan proqramlara inteqrasiyası üsullarının texniki yazılması;
- Şöbənin fəaliyyət nəticələrinə dair hesabatların hazırlanmasında iştirak.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil (Texniki sahə üzrə təhsil arzuolunandır);
- Kompüter Elmlərinin Əsasları (Alqoritm and Data Strukturlar) haqqında biliklər;
- HTML, CSS (SASS, LESS, CSS precompilers), CSS Framework-ləri mükəmməl bilmək;
- React.js-i və onun əsas prinsiplərini yaxşı başa düşmək;
- Typescript ilə iş təcrübəsi;
- NPM, Webpack, Babel kimi frontend alətləri ilə işləmə bacarığı;
- GİT-lə işləmə təcrübəsi (yaranan konfliktləri problemsiz şəkildə həll etmək);
- REST API üzrə əsas biliklər;
- Cross-browser işləmə bacarığı;
- Figma ilə işləmə bacarığı;
- Səmərəli, səliqəli, sürətli, təhlükəsiz, anlaşılan və genişlənə bilən kod yazmaq bacarığı;
- Analitik düşüncə, yeni texnologiyalardan öyrənib tətbiq etmək bacarığı;
- Texniki sənədləri oxumaq, anlamaq, yazmaq bacarığı.
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 02.03.2022-ci il;
- CV-lər qeyd olunan e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Database Administrator
Son tarix 02 mar 2022 - [email protected]
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı.
Görəcəyiniz işlər:
- Agentliyin siyasətinə və prioritetlərinə uyğun olaraq Məlumat Bazaları üçün prosedur və təlimatları tərtib və tətbiq etmək, mütəmadi yeniləmək;
- Agentliyin müəyyənləşdirilmiş Məlumat bazaları üzrə sxem, arxitektur sənədlərini, təlimatları tərtib etmək;
- Məlumat bazalarının idarəedilməsi üzrə proses və vasitələri (tools) müəyyən etmək, qurmaq və idarə etmək;
- Məlumat bazalarını şirkətin mövcud təhlükəsizlik siyasətlərinə əsasən qurmaq və sazlamaq;
- Məlumatların səmərəli istifadəsini təkmilləşdirmək, müvafiq resursları planlaşdırmaq;
- Gündəlik sazlama, quraşdırma, nəzarət və təkmilləşdirmə fəaliyyətini icra etmək;
- Məlumat bazaları ilə əlaqədar insident və problemlərin həlli üzrə təkliflər vermək, onları tətbiq etmək;
- Agentliyin istifadəsində olacaq məlumat bazaları üzrə digər mütəxəssislərə dəstək və təlim komandasını formalaşdırılmasında iştirak;
- Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə rəhbərlik tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
- Şöbənin fəaliyyət nəticələrinə dair hesabatların hazırlanmasında iştirak.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil (texniki sahə üzrə təhsil arzuolunandır);
- Məlumat Bazalarının idarə olunması sahəsi üzrə minimum 2 il iş təcrübəsi;
- RDBMS (PostgreSQL, MySQL və s.) məlumat bazaları üzrə dərin biliklər;
- SQL sorğularının yazılması üzrə biliklər;
- Ehtiyat nüsxələrinin (backup) strategiyalarının hazırlanması;
- Məlumat bazalarında High Availability (HA), Disaster Recovery (DR) üzrə dərin biliklər;
- Sənədləri tərtib etmə və işləmə qabiliyyəti;
- Proqram təminatı və avadanlıqda nöqsanların aşkarlanması və aradan qaldırılması üzrə bacarıq;
- İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi üzrə bacarıq;
- Analitik düşüncə, yeni texnologiyalardan öyrənib tətbiq etmək bacarığı;
- Texniki sənədləri oxumaq, anlamaq, yazmaq bacarığı;
- Komanda şəklində işləmə bacarığı;
- Müvafiq sahə üzrə sertifikatların olması arzu olunandır.
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 02.03.2022-ci il;
- CV-lər qeyd olunan e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
SQL Developer
Son tarix 02 mar 2022 - [email protected]
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı.
Görəcəyiniz işlər:
- Agentliyin siyasətinə və prioritetlərinə uyğun olaraq Məlumat Bazaları üçün prosedur və təlimatları tərtib və tətbiq etmək, mütəmadi yeniləmək;
- Agentliyin müəyyənləşdirilmiş Məlumat bazaları üzrə sxem, arxitektur sənədlərini, təlimatları tərtib etmək;
- Təşkilati inkişaf baxımından proqram təminatı üzrə yeni yazılacaq və ya alınacaq proqram təminatının kod səviyyəsində mənimsənilməsində birbaşa iştirak;
- Agentliyin istifadəsində olacaq proqram təminatı üzrə kod versiyalarının jurnallarının tərtib edilməsi və manual şəklində saxlanılması;
- Məlumat bazalarının idarəedilməsi üzrə proses və vasitələri (tools) müəyyən etmək, qurmaq və idarə etmək;
- Məlumat bazalarını şirkətin mövcud təhlükəsizlik siyasətlərinə əsasən qurmaq və sazlamaq;
- Məlumatların səmərəli istifadəsini təkmilləşdirmək, müvafiq resursları planlaşdırmaq;
- Gündəlik sazlama, quraşdırma, nəzarət və təkmilləşdirmə fəaliyyətini icra etmək;
- Məlumat bazaları ilə əlaqədar insident və problemlərin həlli üzrə təkliflər vermək, onları tətbiq etmək;
- Agentliyin istifadəsində olacaq məlumat bazaları üzrə digər mütəxəssislərə dəstək və təlim komandasını formalaşdırılmasında iştirak;
- Əmək funksiyalarının icrasını təmin etmək məqsədi ilə rəhbərlik tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
- Şöbənin fəaliyyət nəticələrinə dair hesabatların hazırlanmasında iştirak.
Bizim üçün uyğun namizəd:
- Ali təhsil (Texniki sahə üzrə təhsil arzuolunandır);
- SQL sorğuların yazılması üzrə minimum 2 il iş təcrübəsi;
- DBMS (PostgreSQL, MySQL və s.) məlumat bazaları üzrə dərin biliklər;
- SQL/PL-SQL/T-SQL/PgSQL üzrə biliklər;
- SQL sorğuların optimallaşdırılması üzrə biliklər;
- Proqram təminatı nöqsanların aşkarlanması və aradan qaldırılması üzrə bacarıq;
- İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi üzrə bacarıq;
- Sənədləri tərtib etmə və işləmə qabiliyyəti;
- Komanda şəklində işləmə bacarığı;
- Analitik düşüncə, yeni texnologiyalardan öyrənib tətbiq etmək bacarığı;
- Müvafiq sahə üzrə sertifikatların olması arzu olunandır;
- Texniki sənədləri oxumaq, anlamaq, yazmaq bacarığı.
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 02.03.2022-ci il;
- CV-lər qeyd edilən e-mail ünvanına göndərilməlidir;