Dövlət Məşğulluq Agentliyi
Sənədlərlə iş və inzibati şöbənin baş mütəxəssisi
Bu şirkətlər işçi yığır: əmək haqqı 300-600-800-1000-1500 MANAT - 18 VAKANSİYA
Bakıdakı ABŞ səfirliyi işçi axtarır - VAKANSİYA
Son tarix 22 fev 2022 - [email protected]
Vəzifə funksiyaları:
- Vətəndaşların qəbulunun müvafiq normativ hüquqi aktların tələblərinə uyğun təşkil edilməsi;
- Fəaliyyətlə bağlı daxil olan müraciətlərə qanunla müəyyən edilmiş qaydada və müddətdə baxılması üçün müvafiq tədbirlər görülməsi;
- Kargüzarlıq, sənəd dövriyyəsi və arxiv işinin təşkil edilməsi;
- Mərkəzə daxil olan sənədlərin qəbul edilməsi, elektron informasiya sistemində qeydiyyata alınması, sənədlərin surətlərinin çıxarılması və aidiyyəti struktur bölmələrə təhvil verilməsi;
- Mərkəzin maddi-texniki təchizat və maddi resurslardan istifadə ilə bağlı məsələlərinin tənzimlənməsi;
- Mərkəzdə əməyin mühafizəsi və texniki təhlükəsizlik normalarının tələblərinə riayət edilməsinin təşkil edilməsi;
- Mərkəzin maddi-texniki təminatı üzrə müvafiq hesabatların hazırlanması;
- Mərkəzin balansında olan əsas vəsaitlərin dövri olaraq inventarizasiyasının aparılmasının təşkil edilməsi.
Bilməlidir:
- “Təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarını;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
- “Dövlət satınalmaları haqqında” qanunu;
- “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına” dair təlimatı;
- “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanunu;
- Əmək qanunvericiliyini.
Vəzifənin tutulmasına dair tələblər:
- Təhsil tələbi: Ali (İqtisadiyyat, İdarəetmə, Sosial elmlər və ya oxşar sahələr);
- İş stajı: müvafiq sahədə ən az 3 il iş təcrübəsi ;
- Dil bilikləri: dövlət dili (sərbəst), rus və ingilis dili (arzuolunandır);
- Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə).
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- Məsuliyyətlilik;
- Etibarlılıq, dürüstlük;
- İnkişaf yönümlü və innovativlik;
- Operativlik, çeviklik;
- Təşəbbüskarlıq;
- Nəticəyə hədəfli;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Sənədlərlə iş və inzibati şöbənin baş mütəxəssisi” qeyd etməklə göndərmələri xahiş olunur.
Həmçinin CV-lərinizi https://www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz.
Təlim-tədris şöbəsinin baş mütəxəssisi
Son tarix 22 fev 2022 - [email protected]
Vəzifə funksiyaları:
- Həftəlik, aylıq və illik tədris proqramlarının hazırlanması, tələbə/müdavimlərin tədris planına uyğun dərslərinin keçirilməsinə nəzarət edilməsi;
- Təlim – tədris cədvəllərinin, auditor və laborator təlimlərin (nəzəri və praktiki) təşkili cədvəllərinin hazırlanması;
- Tədris prosesinin təşkili ilə bağlı öhdəliklərin, təhsil alan və təhsil verənlər ilə tədris cədvəllərinin hazırlanması, müvafiq zamanların uyğunlaşdırılması prosesinin təşkil olunması;
- Əmək bazarını araşdıraraq ehtiyac duyulan fəaliyyət sahələri üzrə təlim proqramlarının hazırlanmasına dair təkliflər verilməsi;
- Tədrisə cəlb olunan tələbələrin müasir qiymətləndirmə üsullarından istifadə edilərək qiymətləndirilməsi;
- Tədris prosesində təlimə olan tələbatın müəyyən edilməsi, təlim plan və proqramlarının hazırlanması;
- Mərkəzdə tədris prosesinin təşkil olunması və prosesə nəzarət edilməsi;
- Peşə ixtisas sahələrinə uyğun təlim üsullarının təhlili və inkişaf etdirilməsi;
- Peşə hazırlığı və məsləhət xidmətlərinin təşkilinin aparılması.
Bilməlidir:
- “Təhsil haqqında”, “Məşğulluq haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarını;
- Təhsil və elm sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını;
- Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini;
- Yaşlıların təhsili və ömür boyu təhsilin (Lifelong learning) tələblərini;
- Təhsil müəssisəsinin profilinə uyğun istehsal sahələrini, qabaqcıl ölkələrdə fəhlə kadrlarının hazırlanması sahəsindəki təcrübəni;
- Əmək qanunvericiliyini;
Vəzifənin tutulmasına dair tələblər:
- Təhsil tələbi: Ali (İqtisadiyyat, İdarəetmə, Sosial elmlər və ya oxşar sahələr);
- İş stajı: müvafiq sahədə ən az 3 il iş təcrübəsi ;
- Dil bilikləri: dövlət dili (sərbəst), rus və ingilis dili (arzuolunandır);
- Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə).
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- Məsuliyyətlilik;
- Etibarlılıq, dürüstlük;
- İnkişaf yönümlü və innovativlik;
- Operativlik, çeviklik;
- Təşəbbüskarlıq;
- Nəticəyə hədəfli;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Təlim-tədris şöbəsinin baş mütəxəssisi” qeyd etməklə göndərmələri xahiş olunur.
Həmçinin CV-lərinizi https://www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz.
Mühasibat uçotu və hesabatlıq üzrə baş mütəxəssis
Son tarix 22 fev 2022
Vəzifə funksiyaları:
- Agentliyin yerli qurumlarının büdcə və smeta modellərini hazırlamaq və həyata keçirmək;
- Müvafiq struktur bölmələr tərəfindən smetaya uyğun xərclərin həyata keçirilməsinə nəzarət etmək;
- Agentliyə, müvafiq dövlət orqanlarına aylıq, rüblük və illik hesabatların müvafiq qaydada haazırlanaraq zamanında təqdim olunmasını təmin etmək;
- Ay ərzində faktiki xərclər barədə ətraflı hesabatlar hazırlamaq və lazımi orqanlara təqdim etmək;
- Ay ərzində işlənmiş bütün xərc və gəlirləri əvvəlki aylarla müqayisə etmək, fərqləri araşdırmaq və müvafiq hesabatlar hazırlamaq;
- Smetadan kənarlaşmalara yol verilməməsi məqsədilə xərclərin smetaya uyğun olaraq həyata keçirilməsini təmin və nəzarət etmək;
- Xərclərin səmərəliliyinin təhlilini aparmaq və səmərəliliyinin artırılması üçün təkliflər vermək.
Vəzifənin tutulmasına dair tələblər:
- Təhsil tələbi: Ali (İqtisadiyyat, Maliyyə );
- İş stajı: Xərclərə nəzarət və ya Maliyyə analizi sahəsində 1-3 il iş təcrübəsi;
- Zəruri biliklər: Mühasibatlıq və vergi, maliyyə analizi və hesabatlar sahəsində dərin biliklərə sahib olmaq;
- Dil bilikləri: dövlət dili (sərbəst), rus və ingilis dili (arzuolunandır);
- Kompüter bilikləri: “Microsoft Office” proqramları (yaxşı səviyyədə) (1C arzuolunandır)
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- Məsuliyyətlilik;
- Problem həlletmə bacarığı;
- İnkişaf yönümlü və innovativlik;
- Operativlik, çeviklik;
- Təşəbbüskarlıq;
- Nəticəyə hədəfli;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mühasibat uçotu və hesabatlıq üzrə baş mütəxəssis” qeyd etməklə göndərmələri xahiş olunur.
Həmçinin CV-lərinizi https://www.cvyarat.az/ platformasında da yaradaraq göstərilən vakansiyaya müraciət edə bilərsiniz.