Azərbaycan Enerji Məsələlərini Tənzimləmə Agentliyi vakansiyalar edlan edib.
PR – baş mütəxəssis
Son tarix 22 yan 2022
Vəzifə öhdəlikləri:
-
İclaslar, vebinarlar, konfranslar və s. də daxil olmaqla tədbirlərə dair press-relizlərin ilkin variantının hazırlanması və mətnlərin redaktə edilməsi;
-
Broşürlər və digər nəşrlər üçün kontentlərin yazılması və mətnlərin redaktə edilməsi;
-
Sosial media hesablarının idarə olunması və orada Agentliyin fəaliyyətinə, enerji sahəsinə aid mətnlərin yazılması və paylaşılması;
-
Şöbələrarası effektiv kommunikasiya və iş birlyinin qurulması, rüblük daxili xəbər bülleteni üçün məlumatların vaxtında toplanması və bülleten şəklində ilkin variantının hazırlanması;
-
Mütəmadi olaraq mətbuatın monitorinqinin aparılması və aylıq hesabatların hazırlanması;
-
Enerji tənzimləmə sahəsində araşdırmaların aparılması, məlumatların sistemli şəkildə toplanması;
-
Vebsayt üçün kontentin Azərbaycan dilindən ingilis dilinə və ingilis dilindən Azərbaycan dilinə tərcümə edilməsi;
-
Bütün kommunikasiya materiallarının vahid korporativ kommunikasiya qaydalarına uyğun olmasını təmin edilməsi, əməkdaşlar arasında brend məlumatlılığını artırılması, təqdimatlar edilməsi;
-
Agentliyin PR fəaliyyətinə dair sektor müdiri tərəfindən verilmiş təlimatlar və tapşırıqların icrası.
Tələblər:
-
Ali təhsil (Jurnalistika, filologiya, marketinq, biznesin idarə edilməsi);
-
Yaş həddi 27-40 aralığı;
-
İxtisası üzrə azı 3 il iş stajı;
-
Microsoft Office və dizayn proqramlarında işləmə bacarığı;
-
Rus və ingilis dillərini səlis bilməsi arzuolunandır;
-
Operativlik, dəqiqlik və yüksək icraçı bacarığı;
-
Səlis və aydın nitqə sahib olmalı, fikrini düzgün ifadə etməyi bacarmalı;
-
Analitik təhlil və proqnozlaşdırma, reklam və PR sahəsində ilkin bilirlərə sahib olmalı;
-
Sosial şəbəkələr haqqında geniş məlumatlı olmalı, iş prinsiplərini bilməli.
Digər:
-
Əmək haqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
-
İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
-
İstirahət günləri: şənbə və bazar günləri;
-
Vakansiya üzrə müraciətin son müddəti: 07 yanvar 2022-ci il
-
İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (PR – baş mütəxəssis) qeyd edin ([email protected]).
HR Manager
Son tarix 22 yan 2022
Vəzifə öhdəlikləri:
-
Agentlikdə insan resurslarının idarəedilməsi üzrə uzunmüddətli inkişaf strategiyasını hazırlamaq və icrasına nəzarət etmək;
-
Agentlikdə mövcud qiymətləndirmə sisteminin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək;
-
təlim ehtiyaclarını öyrənmək məqsədi ilə müvafiq sorğular təşkil etmək, təlimlərin təşkili üçün büdcə təklifini formalaşdırmaq və onu Agentliyin müvafiq struktur bölməsinə təqdim etmək, təşkil olunmuş təlimlərlə bağlı hesabatları hazırlamaq;
-
İnsan resurslarının idarə edilməsi sahəsində ölkədaxili və beynəlxalq təcrübəni öyrənərək ümumiləşdirmək və tətbiq edilməsi istiqamətində təkliflər vermək;
-
İnsan resurslarının idarəedilməsi ilə bağlı müxtəlif mövzularda təlimat və reqlamentlər hazırlamaq;
-
İşçi axınını təhlil etmək və potensial ehtiyat işçi bazasının yaradılmasına nəzarət etmək
-
şöbənin fəaliyyətini təşkil edir, ona rəhbərlik edir və şöbə adından sənədləri imzalayır;
-
tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
-
şöbəyə daxil olan məktub və müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir və kargüzarlıq işlərinin aparılmasını təmin edir.
Tələblər:
-
Ali təhsil (Hüquqşünaslıq, beynəlxalq münasibətlər, iqtisadiyyat, idarəetmə və s. aidiyyəti ixtisasları üzrə);
-
Yaş həddi 30-45 aralığı;
-
Müvafiq sahədə azı 6 il iş stajı (2 ilini rəhbər vəzifədə olmaqla);
-
MS Office proqramlarını mükəmməl səviyyədə bilməli;
-
1C (8.3 UPP) proqramını bilməsi arzuolunandır;
-
Rus və ya ingilis dilini səlis bilməsi arzuolunandır.
Digər:
-
Əmək haqqı müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
-
İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
-
İstirahət günləri: şənbə və bazar günləri;
-
Vakansiya üzrə müraciətin son müddəti: 30 dekabr 2022-ci il
-
İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (HR MANAGER) qeyd edin.