Mütəxəssis (Şirvan şəhəri, Sabirabad və Ağsu rayonları üzrə)
Vəzifə öhdəlikləri
- Müvafiq sahədə icazə verilmiş hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən ödənişlərin vaxtında ödənilməsinə nəzarət etmək;
- Vaxtında ödənilməmiş ödənişlərin ödənilməsi üçün qanunvericiliyə əsasən müvafiq tədbirlər görmək;
- Müvafiq sahədə icazənin şərtlərinin yerinə yetirilmə vəziyyətinə nəzarət etmək və müvafiq icazənin şərtlərinin yerinə yetirilməsi üçün qanuna müvafiq tədbirlər görmək;
- Təhkim olunduğu ərazidə hüquqi şəxslərin və fərdi sahibkarların müvafiq sahədə fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tənzimləndiyinə nəzarət etmək;
- Müvafiq sahədə icazə olmadan fəaliyyətin qarşısının alınması üçün tədbirlər görmək;
- Şöbənin fəaliyyəti ilə bağlı dövri hesabatların tərtib edilməsində iştirak etmək;
- Şöbəyə daxil olan müraciətlərə qanunla müəyyən edilmiş müddətdə və qaydada baxılmasında iştirak etmək;
- şöbənin fəaliyyətinin təmin edilməsi məqsədi ilə rəhbərlik tərəfindən verilən tapşırıqları, həmçinin qanunvericilik aktlarında və təşkilati-sərəncam sənədlərində nəzərdə tutulmuş digər vəzifələri icra etmək.
Vakansiya ilə bağlı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat);
- 1 illik analoji iş təcrübəsi
- Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti,
- Azərbaycan dilində səlis danışmaq,yazmaq,;
- MS Office proqramları üzrə biliklər ;
Digər bacarıqlar:
- Təşkilatçılıq, koordinasiya, intensiv rejimdə və kollektiv mühitində işləmək bacarığı, fikirlərini yazılı və şifahi şəkildə dolğun çatdırmaq bacarıqları, vaxtın idarə edilməsi.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Mütəxəssis (Şirvan), Mütəxəssis (Ağsu), Mütəxəssis (Sabirabad)” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Əks təqdirdə CV-lər nəzərdən qaça bilər!