Dövlət qurumu
Mühasib (Junior)
Son tarix 02 mar 2024 [email protected]
Vəzifə və öhdəliklər:
- Maliyyə və mühasibatlıq üzrə biznes prosedurlarının qurulması və onların monitorinqində iştirak etmək;
- Müəssisənin əhəmiyyətli və xüsusi sahələrini, fəaliyyətlərini əhatə edən idarəetmə və normativ xarakterli sənədlərin hazırlanmasında aidiyyəti rəy və təklifin verilməsində iştirak edilməsi;
- Fəaliyyətindən yaranan sənədlərin nəzarəti ilə əlaqəli olan maliyyə və iqtisadi risklərin idarə edilməsinə yardımçı olunması;
- Şöbənin təsdiq olunmuş illik planının zamanında icra edilməsində iştirak edilməs;
- Azərbaycan və rus dillərində mükəmməl danışıq və yazı qabiliyyəti;
- Mühasibatlıq sahəsi üzrə biliklər;
- Analiz aparmaq qabiliyyətli
Tələblər:
- AR vətəndaşlığı;
- 25-32 yaş;
- Minimal iş təcrübəsi – 1-3 il;
- Hərbi mükəlləfiyyət (Bəy namizədlər üçün mütləq tələbdir!);
- Riyazi biliklər
- Komandada işləmək bacarığı və fərdi inkişafa yönəlmiş motivasiya;
- Ali təhsil;
- İngilis dili - əla səviyyədə;
- Rus dili - əla səviyyədə.
Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir. - Tələb olunan fərdi keyfiyyətlər: Keyfiyyət yönümlülük, diqqətlilik, intizamlılıq
Əmək haqqı: 900 AZN
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Mühasib” yazaraq göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.
Satınalma üzrə mütəxəssis
Son tarix 02 mar 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- Vəzifə öhdəliklərinə uyğun olaraq satınalmalar planı hazırlamaq və onun tətbiqini təmin etmək;
- Strateji və əsas biznes müqavilələri ilə bağlı satınalmalar strategiyasının formalaşdırılması məqsədilə proqnoz xarakterli məlumatlar toplamaq və tələbatla əlaqədar təhlil aparmaq üçün əməliyyat şöbəsi ilə əməkdaşlıq etmək;
- Tender iştirakçılarının ilkin siyahısını hazırlamaq. Yeni potensial tender iştirakçılarına dair tələbləri müəyyənləşdirmək;
- Görülən işlərin prosedur və təlimatlara uyğun həyata keçirilməsi;
- Müvafiq tərəflərlə Müqavilə ilə bağlı başlanğıc görüşü keçirmək;
- Satınalmanın həcmi ilə şərtlər, zəmanətlər, kompensasiya və sığorta arasındakı uyğunsuzluqları nəzərdən keçirmək;
- Bilik səviyyəsini artırmaq məqsədi ilə daimi üzərində çalışmaq;
- Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirmək;
- Təşkilatla əməkdaşlığa cəlb edildikdən sonra tədarükçülərin bitmiş işlər/layihələrdə fəaliyyətinin aidiyyəti üzrə dəyərləndirilməsini bununla bağlı müraciət daxil olduqda vaxtında həyata keçirmək və müraciət edən tərəfə dəyərləndirmə nəticələrini təqdim etmək;
Tələblər:
- AR vətəndaşlığı;
- 25-34 yaş;
- Ali təhsil;
- Minimal iş təcrübəsi – 3-5 il;
- Hərbi mükəlləfiyyət ; (Bəy namizədlər üçün mütləq tələb)
- Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti;
- Kompüter bacarıqları: MS Office (Excel proqramının yüksək səviyyədə istifadə bacarığı);
- Komandada işləmək bacarığı;
- Yaxşı analitik və peşəkar ünsiyyət bacarıqları, danışıqların aparılması bacarıqları.
- Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
- İşgüzar yazışma əsaslarını bilmək;
Əmək haqqı: 1200 AZN (Mükafat alma imkanı)
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Satınalma üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.
SƏTƏMM üzrə mütəxəssis
Son tarix 02 mar 2024 [email protected]
İş barədə məlumat:
- SƏTƏMM üzrə təlimatları işləyib hazırlamaq və mütəmadi olaraq işçilərə çatdırmaq;
- Yeni işçilərə SƏTƏMM üzrə giriş təlimatını vermək;
- Əməyin təhlükəsizliyi ilə bağlı ortaya çıxan məsələlərin aradan qaldırılmasında işçilərə köməklik göstərmək;
- Sahədə bədbəxt hadisələrin aradan qaldırılmasında və araşdırılmasında iştirak etmək;
- İşçilərin sağlamlığına təhlükə yarada bilən fəaliyyət növlərini dayandırmaq;
- Potensial təhlükə mənbəyi olan iş metodları, proseslər və ya materiallar üzrə işçilərin mühafizəsinə yönəldilmiş tədbirlər görmək;
- İş şəraitinin və avadanlıqların təhlükəsizlik standartlarına və dövlət tələblərinə uyğunluğunu təmin etmək;
- Sahədə zədələnmə səbəblərinin analizini aparmaq və başa verə biləcək hadisənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər haızrlamaq;
- Əməyin mühafizəsinin yaxşılaşdırılmasına yönələn kompleks planlar hazırlamaq;
Namizədə tələblər:
- AR vətəndaşlığı;
- Ali təhsil;
- 22-31 yaş;
- SƏTƏMM sahəsi üzrə bilik;
- Minimal iş təcrübəsi – 1-3 il;
- Hərbi mükəlləfiyyət (bəy namizədlər üçün qeyd edilən tələb mütləqdir!) ;
- Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
- Güclü kommunikasiya və təqdimat bacarığı;
- Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti;
- Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;
Qeyd: SƏTƏMM üzrə sertifikatların olması üstünlükdür
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “SƏTƏMM üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.
Əmək haqqı: 1500 AZN.