Dövlət qurumu
Yol mühəndisi
Son tarix 18 noy 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Layihə hesabatlarına baxış keçirir və təsdiq edir;
- Təklif olunan layihənin həm problemlərini, həm də potensial risklərini qiymətləndirir;
- İşçi cizgilərinin hazırlanması, konstruktiv təhlilin aparılmasını həyata keçirir;
- Layihənin idarə olunmasını həyata keçirir;
- Layihənin yüksək texniki-iqtisadi səviyyəsinin və layihə-smeta sənədlərinin keyfiyyətinin təmin edilməsini, şəhərsalma və memarlıq-planlaşdırma həllərinin keyfiyyətinin yaxşılaşdırılmasını təmin edir;
- Layihə işlərinin yerinə yetirilməsinin kompleks təqvim-planlarını hazırlayır;
- Layihə-axtarış işlərinin yerinə yetirilməsinə sifarişçi ilə müqavilənin bağlanması üçün ilkin məlumatları hazırlayır. Tikintiyə müəllif nəzarətinin həyata keçirilməsini təmin edir;
- Qüvvədə olan norma və tələblərə uyğun layihələndirilən avtomobil yolunun, yol geyimi hesabatlarının aparılmasını, texniki əsaslandırmaları təmin edir. Plan, profilin, en kəsiklərinin işlənib hazırlanması, yol nişanlarının layihələndirilməsi və digər işləri həyata keçirir.
Namizədə dair tələblər:
- Yol mühəndisliyi ixtisası üzrə ali təhsil;
- Aidiyyəti sahə üzrə minimum 4 il iş təcrübəsi;
- AutoCad, Autodesk Civil 3d proqramlarında səlis işləmə bacarığı.
Əmək şəraiti:
- İş rejimi: 5 gün, 09:00 – 18:00;
- Əmək haqqı: 2026 AZN (net) və ildə 3 dəfə əmək haqqı miqdarında mükafat;
- İş yeri: Bakı və Qarabağ ərazisi.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur.
İnsan resursları üzrə mütəxəssis (Sosial məzuniyyət yerinə)
Son tarix 26 okt 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Əmək müqavilələrinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı əməliyyatları icra etmək;
- Əməkdaşların şəxsi işlərində tələb olunan sənədlərin təmin olunmasını həyata keçirmək;
- İşçilərin gündəlik davamiyyətlərinə nəzarət etmək və zəruri tapşırıqları icra etmək;
- Rəhbərliyin tələb etdiyi işlərin icrasını təmin etmək.
Xüsusi tələblər:
- Ali təhsil;
- Minimum 1-2 il rəsmi iş təcrübəsi (Kadr kargüzarlığı, insan resursları əməliyyatları üzrə təcrübənin olması mütləqdir);
- Əmək qanunvericiliyi üzrə biliklər;
- ƏMAS portalından sərbəst istifadə etmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu hissəsinə “İnsan resursları üzrə mütəxəssis” yazaraq e-mail ünvanına göndərə bilərlər.
Son müraciət tarixi: 25.10.2023
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
SƏTƏMM üzrə mütəxəssis (Gəncə)
Son tarix 17 noy 2023 [email protected]
İş şəraiti: Standart- ofis
İş rejimi: 5 günlük 09:00-18:00
Sığorta: İcbari
Vəzifə öhdəlikləri:
- SƏTƏMM üzrə təlimatları işləyib hazırlamaq və mütəmadi olaraq işçilərə çatdırmaq;
- Yeni işçilərə SƏTƏMM üzrə giriş təlimatını vermək;
- Əməyin təhlükəsizliyi ilə bağlı ortaya çıxan məsələlərin aradan qaldırılmasında işçilərə köməklik göstərmək;
- Sahədə bədbəxt hadisələrin aradan qaldırılmasında və araşdırılmasında iştirak etmək;
- İşçilərin sağlamlığına təhlükə yarada bilən fəaliyyət növlərini dayandırmaq;
- Potensial təhlükə mənbəyi olan iş metodları, proseslər və ya materiallar üzrə işçilərin mühafizəsinə yönəldilmiş tədbirlər görmək;
- İş şəraitinin və avadanlıqların təhlükəsizlik standartlarına və dövlət tələblərinə uyğunluğunu təmin etmək;
- Sahədə zədələnmə səbəblərinin analizini aparmaq və başa verə biləcək hadisənin qarşısını almaq üçün qabaqlayıcı tədbirlər haızrlamaq;
- Əməyin mühafizəsinin yaxşılaşdırılmasına yönələn kompleks planlar hazırlamaq;
Namizədə tələblər:
- Təhsil: Ali təhsil.
- Tələb olunan iş təcrübəsi: Müvafiq sahəsində minimum 2 il iş təcrübəsi.
Digər tələblər:
- SƏTƏMM üzrə sertifikatların olması üstünlükdür
Müraciət qaydası: Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Gəncə SƏTƏMM üzrə mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.