Dövlət qurumu
Layihə rəhbərinin köməkçisi
Son tarix 21 okt 2023 [email protected]
Vəzifə və öhdəliklər:
- Layihənin icrası üzrə işlərin həyata keçirilməsinin təşkili, əlaqələndirilməsi və müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və tələblərə əsasən layihənin idarə edilməsi;
- Layihələrin vaxtında, əhatə dairəsi və nəzərdə tutulmuş büdcəyə müvafiq olaraq icra edilməsinin təmin olunması;
- Tapşırıqlar üzrə araşdırma aparmaq, təhlil etmək və məlumat vermək;;
- İnkişaf və layihə gedişatını izləmək üçün tədbirlər planının hazırlanması;
- Hazırlanan hesabatlar ilə əlaqədar işin həcmini , maliyyə ehtiyacı və layihə sonu proyeksiya ehtimalları ilə layihənin hazırlanması zamanı ortaya çıxa bilən səhvləri müəyyən edərək lazımi tədbirlərin alınmasını təmin etmək;
- Xarici ölkələrdə tərəfdaş təşkilatlar tərəfindən keçiriləcək beynəlxalq tədbirlərdə iştirak edilməsi;
- Tədbirlərin təşkil edilməsi və bu istiqamətdə xarici mütəxəssislərin iştirakının təşkili;
Namizədə tələblər:
- AR vətəndaşlığı
- 25-32 yaş
- Minimal iş təcrübəsi – 1 il
- Hərbi mükəlləfiyyət
- Managment və Layihə rəhbəri sahəsi üzrə bilik
- Ali təhsil
- Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti
- Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir
İş qrafiki – stabil
Analitik və kreativ düşüncə tərzi;
Komanda şəklində işləmə bacarığı və effektiv ünsiyyət;
Nəticəyönümlülük və punktuallılıq;
Yüksək təşkilatçılıq və liderlik;
Əmək haqqı: 1800 AZN + bonus.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Layihə rəhbərinin köməkçisi” yazaraq göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.
Beynəlxalq əlaqələr üzrə koordinator
Son tarix 21 okt 2023 [email protected]
Vəzifə və öhdəliklər:
- Beynəlxalq münasibətlər üzrə tədbirlərin və bu istiqamətdə xarici mütəxəssislərin iştirakının təşkili, tədbirə dəvət olunmaları üçün sənədləşmənin aparılması;
- Beynəlxalq arenada cərəyan edən proseslərin izlənilməsi, aktual mövzuların müəyyənləşdirilməsi, qeyd olunan istiqamətdə anoloji xarici şirkətlərlə münasibətlərin inkişaf etdirilməsi;
- Xarici ölkələrdə tərəfdaş təşkilatlar tərəfindən keçiriləcək beynəlxalq tədbirlərdə iştirak etmək, beynəlxalq münasibətlər sahəsi üzrə ixtisaslaşmış şəxslər ilə əlaqələrin qurulması;
- Azərbaycan və rus dillərində hesabatların hazırlanması;
- Rəhbərliyin verdiyi tapşırıqlarını vaxtında yerinə yetirmək
- Xarici dövlətlərlə əməkdaşlıq çərçivəsində qurum tərəfindən və ya onunla birgə keçirilən beynəlxalq tədbirlərin təşkilini əlaqələndirmək;
Tələblər:
- AR vətəndaşlığı;
- Ali təhsil; (Beynəlxalq münasibətlər, regionşünaslıq, dilşünaslıq, beynəlxalq hüquq ixtisaslar istiqamətləri, beynəlxalq iqtisadi münasibətlər, xarici dil ixtisasları üzrə ali təhsil)
- 24-32 yaş;
- Beynəlxalq münasibətlər sahəsi üzrə bilik;
- Minimal iş təcrübəsi – 1-3 il;
- Hərbi mükəlləfiyyət (bəy namizədlər üçün qeyd edilən tələb mütləqdir.) ;
- Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
- Güclü kommunikasiya və təqdimat bacarığı;
- Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti;
- Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;
- Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.
Əmək haqqı: 2000 AZN.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Beynəlxalq əlaqələr üzrə koordinator” yazaraq göndərə bilərlər.
Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.
Tərcüməçi
Son tarix 21 okt 2023 [email protected]
Tərcümə komandamıza peşəkar tərcümə keyfiyyəti olan gənclər tələb edilir.
İngilis dili və Azərbaycan dilini yazılı və şifahi səviyyədə əla bilməsi vacibdir. Həmçinin əlavə dil bilikləri olan şəxslər (Alman, Fransız, Çin, Yapon, Gürcü, Fars və s.) vakansiya üzrə müraciət edə bilər.
Vəzifə və öhdəliklər:
- Tərcümə zamanı qrammatika qaydalarına dəqiqliklə riayət etmək,
- Rəhbərlik tərəfindən təqdim edilən sənədlərin tərcüməsini dəqiqliklə təmin etmək;
- Azərbaycan dilindən ingilis dilinə və əks istiqamətdə tərcümələrin yerinə yetirilməsi;
- Beynəlxalq əlaqələrin qurulması; (görüşlər, yazışmalar, zənglər, qəbullar və s.)
- Layihələrin hazırlanması və rəhbərliyə təqdim olunması;
- Tərcümə edilmiş materialların redaktəsi;
Tələblər:
- AR vətəndaşlığı;
- Ali təhsil;
- Yüksək sinxron tərcümə etmə qabiliyyəti;
- İngilis dilini və Azərbaycan dilini yazılı və şifahi səviyyədə əla bilməsi (minimum IELTS 6.5);
- Rus dili üzrə bilikləri arzuolunandır;
- Əlavə dil biliklərinə həmçinin üstünlük verilir. (Alman, Fransız və s.) ;
- Detallara diqqətli olmaq;
- 21-31 yaş;
- Minimal iş təcrübəsi – 1-3 il;
- Hərbi mükəlləfiyyət (bəy namizədlər üçün qeyd edilən tələb mütləqdir.);
- Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;
- Əla kommunikativ və analitik bacarıqlar;
- Stressə davamlılıq ;
- Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti.
Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “Tərcüməçi” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq.
Vakansiya üçün vakant yeri: 3
Əmək haqqı: 2000 AZN.