Dövlət qurumu
İnformasiya Texnologiyaları Direktoru
Son tarix 16 noy 2023 [email protected]
İş yeri: Bakı şəhəri
Əmək funksiyası:
- Məlumat bazası və onlara giriş mexanizmlər strukturunun layihələndirilməsinə, mövcud sistemlərlə işlərin reqlamentinin hazırlanması və təmin etmək
- İnformasiya-analitik sistemlərinin funksionallaşdırılmasını təmin etmək üçün mümkün məlumat mənbələrinin tədqiqi
- İnformasiya təhlükəsizliyinin təmin olunması konsepsiyasına uyğun olaraq, müdafiə sisteminin təmin olunmasının planlaşdırılması üzrə rəhbərliyi həyata keçirmək
- Şirkətin sabit IT infrastrukturunun, korporativ təhlükəsizlik standartlarının hazırlanması və icrasına nəzarət etmək
- Şirkətin İT tələblərini və ehtiyaclarını analiz etmək və müəyyənləşdirmək
- Layihələrin dəyərləndirməsi (tələblərin müəyyənləşdirilməsi, icra müddətinin dəyərləndirilməsi, texniki tələblərin hazırlanması)
- Korporativ strategiyalarına uyğun olan effektiv İT həllərini və siyasətlərini hazırlamaq və qurmaq
- Şirkətin büdcəsinə uyğun olan İT sistemlərinin və işçilərinin səmərəli fəaliyyətini təmin etmək
- Biznes hədəflərini praktik və texniki həllərə çevirmək
- İT üçün strateji istiqamətin və məqsədlərin müəyyən etmək
Vəzifə tələbləri:
- Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
- Təhsil ixtisası: Texniki ixtisaslar üzrə arzuolunnadır
- İş təcrübəsi (minimum): İT sahəsində ən azı 10 illik iş təcrübəsi. İT rəhbər vəzifəsində ən azı 5 illik təcrübə
- Dil bilikləri : Azərbaycan və Rus (İngilis dili arzuolunandır)
- Digər zəruri tələblər:
- Windows Server əməliyyat sistemlərinin təhlükəsizliyi üzrə biliklər
- İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq standartların tələbləri üzrə biliklər
- Active Directory, DNS, DHCP, Group Policies, File Server, Exchange Server, Korporativ Antivirus sistemlərinin təhlükəsizliyi üzrə bilik və iş təçrübəsi
- TCP/IP, 802.1Q, OSPF, NAT, PAT, OSI, VPN. bilirkləri
- Microsoft Windows Server 2012R2-2016
Vəzifənin tələb etdiyi səriştəliliklər:
- Nizam-intizam
- Planlama və təşkil etmə
- Etik davranış
- Detallara diqqət
- Məsuliyyət
- Biznes yönümlülük
- Peşəkarlıq
- Dürüstlük
- Problem analiz etmə
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “İnformasiya Texnologiyaları Direktoru” qeyd etməyiniz xahiş olunur
Büdcə və planlaşdırma üzrə baş mütəxəssis
Son tarix 16 noy 2023 [email protected]
İş yeri: Bakı şəhəri
Əmək funksiyası:
- Təşkilatın gələcək plan və məqsədlərinə, eyni zamanda əvvəlki dövrlərin məlumatlarına əsasən qısa, orta ve uzunmüddətli proqnozların hazırlanması
- Keçmiş maliyyə məlumatları, bazar tendensiyaları və gələcək biznes planları əsasında maliyyə proqnozlarını hazırlamaq
- Maliyyə modellərinin hazırlanması və mütəmadi olaraq yenilənməsi
- Plan/fakt analizlərin aparılması və fərqlərin araşdırılması
- Təsdiq edilmiş büdcəyə uyğunluğunu təmin etmək üçün xərclərin monitorinqi və nəzarəti
- Səmərəliliyin və dəqiqliyin artırılması üçün büdcələşdirmə proseslərinə və alətlərinə yeniliklərin təklif edilməsi
- ƏSG göstəricilərinin yenilənməsi, modelləşdirilməsi və göstəriciləri təkmilləşdirmək üçün təkliflərin verilməsi.
- Biznesin maliyyə və əməliyyat data bazasını dəvamcıl və daha sürətli etmək üçün müəyyən departamentlərlə birlikdə proseslərin idarə edilməsində iştirak etmək
- Rəhbərliyi və xarici qurumları məlumatlandırmaq məqsədilə maliyyə və əməliyyat göstəricilərin təhlilini özündə ehtiva edən təqdimatların hazırlanması.
Vəzifə tələbləri:
- Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
- Təhsil ixtisası:Maliyyə, İqtisadiyyat
- İş təcrübəsi (minimum):Müvafiq sahə üzrə ən az 2 il (istehsalat, real sektor sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
- Dil bilikləri:Azərbaycan dili, Ingilis dili (Rus dili arzuolunandır)
- Kompüter bilikləri:Peşəkar səviyyədə Microsoft office proqramları(əsasən Excel), Power BI (arzuolunandır)
- Digər zəruri tələblər:
- Maliyyə üzrə beynalxalq sertifikatların mövcudluğu (ACCA,CFA və s.)
- Maliyyə hesabatları, büdcələşdirmə prosesləri, proqnozlaşdırma üsulları və maliyyə göstəriciləri üzrə biliklər
Vəzifənin tələb etdiyi səriştəliliklər:
- Problem həll etmə bacarıqları
- Təqdim etmə bacarığı
- Detallara diqqət
- Komandada işləmək bacarığı
- Analitik düşünmə bacarığı
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Büdcə və planlaşdırma üzrə baş mütəxəssis” qeyd etməyiniz xahiş olunur
Memar
Son tarix 16 noy 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Müxtəlif obyektər üçün kompleks layihələrinin memarlıq hissəsinin (bölməsinin) işləyib hazırlamaq;
- Layihələndirmə layihə təkliflərinin və şəhər, müəssisə, bina və qurğuların baş planlarının işləyib hazırlamaq, müvafiq orqanlarla, nəzərdə tutulmuş layihə həlli və tikintinin yerinə yetirmə şərtlərini razılaşdırmaq;
- Layihə işlərinin müəyyən edilmiş vaxtda icrasını, keyfiyyət və qənaət etmənin yüksəldilməsinin, habelə qəbul edilmiş layihə həllinin, layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ materialla uyğun olmasını təmin etmək;
- Lazımi texniki-iqtisadi əsaslandırma və tikini-quraşdırma işlərinin həcmi üzrə hesablamanı tərtib etmək, tikintinin smeta dəyərinin, lazımi tərkibdə və sayda avadanlıq məmulat və materiallarını müəyyən etmək;
- Layihə- axtarış işlərinin aparılması üzrə sifarişçi və subpodrat təşkilatlarla müqavilə bağlanması üçün materialları hazırlamaq;
- Subpodrat təşkilatlara texniki tapşırıqları işləyib hazırlamaq və tapşırılmış işin icrası üçün, onları lazımi məlumatlarla təmin etmək;
- Layihələndirilən obyektlərin tikintisində müəllif nəzarətini yerinə yetirmək, tikintidə istifadə edilən inşaat materialları, konstruksiya, məmulatların təsdiq olunmuş layihə, standart və texniki şərtlərə uyğun olmasına nəzarət etmək;
Namizədə dair tələblər:
- Sahə üzrə ən azı 3 il iş təcrübəsi
- Memarlıq sahəsi üzrə ali təhsil
- Microsoft Office, AutoCad proqramlarında səlis işləmə bacarığı;
Əmək şəraiti:
- İş rejimi: 5 gün, 09:00 – 18:00
- Əmək haqqı: 1960 AZN (net) və ildə 3 dəfə əmək haqqı miqdarında mükafat.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur.
İnvestisiya və xəzinədarlıq üzrə baş mütəxəssis
Son tarix 16 noy 2023 [email protected]
İş yeri: Bakı şəhəri
Əmək funksiyası:
- Dövri olaraq mədaxil və məxaric dövriyyəsini təhlil edərək nağd pul axını proqnozu tərtib etmək və plan/fakt təhlili həyata keçirmək.
- Biznesin likvidlik və borclanma riskini qiymətləndirmək və qısa və uzunmüddətli proqnozlar vermək
- Pul qalığının məzənnələr üzrə yerləşdirmə portfelini optimallaşdırmaq və dövri olaraq yeniləmək.
- Qiymətli kağızların investisiya portfelini qiymətləndirmək və təkmilləşmə sahələrini müəyyən edərək əsaslandırılmış təkliflər vermək.
- Dövri olaraq investisiya şirkətləri ilə əlaqə yaratmaq, şirkətin qiymətli kağızlara investisiya siyasətinə uyğun ticarət həyata keçirmək.
- Rəhbərliyi və xarici qurumları məlumatlandırmaq məqsədilə investisiya fəaliyyətinin təhlilini özündə ehtiva edən təqdimatların hazırlanması.
- Biznesin texnoloji inkşafını, maliyyə dayanıqlılığını və satış göstəricilərini təkmilləşdirmək üçün mövcud və yeni məhsullar üzrə bazar araşdırması etmək, yeni gəlir sahələri təklif etmək və əsaslandırılmasını həyata keçirmək.
- Layihələrin qiymətləndirilməsi, gəlirlilik və rəhbərliyin qərər vermə prosesinə təsir edəcək maliyyə modellərin hazırlanması
Vəzifə tələbləri:
- Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
- Təhsil ixtisası: Maliyyə, İqtisadiyyat
- İş təcrübəsi (minimum): Müvafiq sahə üzrə ən az 2 il (istehsalat, real sektor sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
- Dil bilikləri: Azərbaycan dili, Ingilis dili (Rus dili arzuolunandır)
- Kompüter bilikləri: Peşəkar səviyyədə Microsoft office proqramları(əsasən Excel), Power BI (arzuolunandır)
- Digər zəruri tələblər:
- Maliyyə və risklərin idarə edilməsi üzrə beynəlxalq sertifikatların mövcudluğu (CFA,FRM və s.)
- Maliyyə hesabatları, proqnozlaşdırma üsulları, İnvestisiya dəyərləndirmə metodları və risklərin idarə edilməsi üzrə biliklər
Vəzifənin tələb etdiyi səriştəliliklər:
- Problem həll etmə bacarıqları
- Təqdim etmə bacarığı
- Detallara diqqət
- Komandada işləmək bacarığı
- Analitik düşünmə bacarığı
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “İnvestisiya və xəzinədarlıq üzrə baş mütəxəssis” qeyd etməyiniz xahiş olunur
Mexanika mühəndisi
Son tarix 16 noy 2023 [email protected]
İş yeri: Bakı şəhəri
Əmək funksiyası:
- İstismarda olan avadanlıqların texniki sazlığını təmin etmək;
- Avadanlıq və qurğuların texniki vəziyyətinə uyğun təmir planlarının hazırlanması , tətbiqinin təşkili və nəzarəti işinin icrası;
- Avadanlıqlar üzrə ehtiyyat hissə stokunun yaradılmasında birbaşa iştirak etmək;
- Zəruri texniki sənədlərin hazırlanmasında iştirak etmək;
- Yeni qurğuların qurulması , montajı və istismara buraxılması işinin təşkili , layihənin mexaniki hissəsi üzrə cavabdehlik ;
- Mexaniki emal avadanlıqlarının ( CNC torna , frez əsas olaraq götürülməklə ) təmiri və texniki xidmətinin təşkili , avadanlıqların fasiləsiz iş rejiminin təmin edilməsi;
- Ştamplama presslərinin təmiri və texniki xidmətinin təşkili;
- Qaldırıcı ( körpülü kranlar əsas götürülməklə ) mexanizmlərin təmiri və texniki xidmətinin , mütəmadi testlərinin təşkili işinin icrası ;
- Mexaniki sahə üzrə texniki sənədləşmə , layihələndirmə , arxivləmə işinin icrası;
- Müəssisə üzrə texniki xidmət heyyətinin formalaşdırılması , bilik və bacarıqlarının artırılması işinin icrası.
Vəzifə tələbləri:
- Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
- Təhsil ixtisası: Mexanika mühəndisi ixtisası üzrə
- İş təcrübəsi (minimum): Müvafiq sahə üzrə 5 il təcrübə (İstehsalat sahəsində minumum 3 illik iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili, Rus dili (Ingilis dili arzuolunandır)
- Kompüter bilikləri: Peşəkar səviyyədə Microsoft office proqramları, Autocad
- Digər zəruri tələblər:
- Materialları və onların xassələrini, tədqiqat metodlarını bilməli
- Texniki sənədlərin tərtibi və rəsmiləşdirilməsi üzrə qüvvədə olan standartları, texniki şərtləri, əsasnamə və təlimatları bilməli
- Layihə və texniki sənədləri oxunmasını bilməli;
- Avadanlıqların layihə və standartlara uyğun montajı, demontajı və yer dəyişdirilmə qaydalarını bilməli;
- CNC avadanlıqları , ştamplama və ağır metallurgiya sahəsi avadanlıqlarına xidmət üzrə mütəxəssislərə üstünlük verilir.
Vəzifənin tələb etdiyi səriştəliliklər:
- Analitik düşünmə
- Problem analiz etmə
- Detallara diqqət
- Nizam-intizam
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Mexanika mühəndisi” qeyd etməyiniz xahiş olunur
Arxivçi
Son tarix 16 noy 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Arxiv mühafizəxanasının yaradılmasını, sənədlərin mühafizəsi, qeydiyyatı və səmərəli yerləşdirilməsi işinin təmin edilməsi;
- Dövlət mühafizəsinə vermək üçün seçilən sənədlərin keyfiyyətinə nəzarət edilməsi;
- Qurumda mühafizə olunan sənədlərin vəziyyəti və həcmi barədə hesabatın tərtib edilməsi;
- Arxiv şöbəsinə təhvil verilməli olan qovluq və bağlamaların müvafiq prosedurun tələblərinə əsasən yoxlanılaraq təhvil – təslim aktı əsasənda qəbul edilməsi;
- Qəbul edilmiş qovluq və bağlamaların uyğun xronoloji ardıcıllıq üzrə rəflərə yığılması;
- Ehtiyac yarandıqda sənədlərin tarix və aidiyyəti üzrə qruplaşdırılması, qovluqlara yerləşdirilməsi və reyestrinin tərtib edilməsi;
- Bəzi arxiv sənədlərinin elektron məlumat daşıyıcılarında (scan formada) əks etdirilməsi və sorğu verən struktur bölməyə və/və ya vəzifəli şəxsə elektron sistem vasitəsi ilə göndərilməsi;
- Saxlanma müddəti başa çatmış sənədlərin ayırılması və bu barədə müvafiq aktın tərtib edilməsi;
Tələblər:
- Ali təhsil;
- Arxiv sahəsi üzrə minimum 5 il iş təcrübəsinə malik olmaq.
Əmək şəraiti:
- İş rejimi: 5 gün/ 09:00 – 18:00;
- Əmək haqqı 1240 azn (net).
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur.
SƏTƏM rəhbəri
Son tarix 16 noy 2023 [email protected]
İş yeri: Bakı şəhəri
Əmək funksiyası:
- İstehsalat zədələnmə və xəstəliklərin vəziyyətinin təhlili və onların qarşısını almaq üçün tədbirləri hazırlayıb həyata keçirimək.
- Müvafiq struktur bölmələrinin nümayəndələrilə birlikdə maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və ventilyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunu yoxlamaq.
- SƏTƏM idarəetmə sisteminin tətbiqi üçün sənədlərin hazırlanması
- SƏTƏM statistikasını saxlamaq, hərəkətləri, qeydləri izləmək üçün sistemin hazırlanmasına və yoxlanılmasına cavabdehdir.
- Hökumətin tələblərini təhlil etmək və onun düzgün yerinə yetirilməsi barədə məsləhət vermək
- Şirkətin Milli və Beynəlxalq standart və tələblərinə əsaslanan SƏTƏM sənədlərinin hazırlanması
- Təxliyə planının hazırlanmasında iştirak etmək və işçiləri məlumatlandırmaq
- İstehsalat ərazisində istifadə olunan elektrik əl alətləri, yükqaldırma aksesuarları, yanğın söndürmə balonlarının vəziyyətini nəzarətdə saxlamaq, yanğınsöndürmə ləvazimatlarının işlək vəziyyətdə olmasını təşkil etmək
- Zədələnmə və iş yerində xəstəliklərin qarşısını almaq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsi şəraitinin yaxşılaşdırılması üçün digər struktur bölmələrlə birlikdə fəaliyyət plan və proqramın hazırlanması və həyata keçirimək.
- İşçiləri tibbi müayinəyə göndərilməsini təşkil etmək.
Vəzifə tələbləri:
- Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
- Təhsil ixtisası: Hər hansı bir texniki ixtisas üzrə arzuolunnadır
- İş təcrübəsi (minimum): SƏTƏM sahəsində minimum 5-7 il təcrübə. İstehsalat üzrə 2 ildən az olmayan təcrübə
- Dil bilikləri: Azərbaycan və Rus (İngilis dili arzuolunandır)
- Kompüter bilikləri: Microsoft office proqramlarını
- Sertifikat/Vəsiqə: Sağlamlıq və Təhlükəsizlik İdarəçiliyi (NEBOSH)
- Digər zəruri tələblər: Əməyin Mühafizəsi və Ətraf Mühitlə bağlı Azərbaycan Respublikasının qanunvericiliyi, beynəlxalq təşkilatların hüquqi normativ sənədlərini və beynəlxalq standartları (İSO 45001, İSO 14001 və s)
Vəzifənin tələb etdiyi səriştəliliklər:
- Nizam-intizam
- Planlama və təşkil etmə
- Etik davranış
- Detallara diqqət
- Məsuliyyət
- Biznes yönümlülük
- Peşəkarlıq
- Dürüstlük
- Problem analiz etmə
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “SƏTƏM rəhbəri” qeyd etməyiniz xahiş olunur
Biznes proseslərin idarə edilməsi üzrə baş mütəxəssis
Son tarix 16 noy 2023 [email protected]
İş yeri: Bakı şəhəri
Əmək funksiyası:
- Müəssisə resurslarının avtomatlaşdırılması üçün tələb olunan proses və prosedurların hazırlanmasını həyata keçirmək
- Maliyyə təsərrüfat fəaliyyətinin təşkili üzrə prioritet hesab olunan proseslər üzrə prosedurların hazırlanması
- Yeni biznes proseslərinin inkişaf imkanlarını müəyyən etmək üçün təhlilin aparılması və müvafiq tələblərin müəyyənləşdirilməsi
- Biznes proseslərinin modelləşdirilməsi metodologiyasını hazırlamaq, sistemləşdirmək və optimallaşdırılmasını təmin etmək
- Biznes proseslərinin idarə edilməsi, effektivliyinin artırılması və mütəmadi təkmilləşdirilməsi üçün təkliflər planını hazırlamaq
- Biznes proseslərin optimallaşdırılması zamanı aşkarlanmış risklərin müəyyənləşdirilməsi.
Vəzifə tələbləri:
- Təhsil pilləsi (minimum): Bakalavr (magistr dərəcəsi olması arzu olunandır)
- Təhsil ixtisası: Mühasibatlıq, İqtisadiyyat
- İş təcrübəsi (minimum): Müvafiq sahə üzrə ən az 2 il
- Dil bilikləri: Azərbaycan dili, Ingilis dili (Rus dili arzuolunandır)
- Kompüter bilikləri: Peşəkar səviyyədə Microsoft office proqramları, Power BI (arzuolunandır)
- Digər zəruri tələblər:
- Maliyyə üzrə beynalxalq sertifikatların mövcudluğu (ACCA,CFA və s.)
- Biznes və texnologiyanın tələblərini anlamaq
- İş axınlarını, tapşırıqların izlənməsini və sənədləşdirməni həyata keçirmək üçün layihə idarə edilməsi alətləri ilə tanışlıq.
Vəzifənin tələb etdiyi səriştəliliklər:
- Problem həll etmə bacarıqları
- Təqdim etmə bacarığı
- Detallara diqqət
- Komandada işləmək bacarığı
- Analitik düşünmə bacarığı.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Biznes proseslərin idarə edilməsi üzrə baş mütəxəssis” qeyd etməyiniz xahiş olunur
Elektronika mühəndisi (Zəif axın sistemləri)
Son tarix 16 noy 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Layihələndirilən cizgilərin zəif-axın sistemləri bölmələrini estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və Layihəçiləri bu tələblərə istiqamətləndirmək;
- Layihələrin Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;
- Zəif-axın sistemləri üzrə ilkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək;
- Layihələndirmə müddətlərinin zəif-axın hissələri üçün təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq;
- Layihənin müvafiq olaraq, zəif-axın sistemləri üzrə satınalma strategiyasının təyin edilməsi prosesində iştirak etmək və müvafiq peşəkar rəy bildirmək, tender prosesinə texniki dəstək vermək;
- Layihəçi şirkətlər tərəfindən tamamlanmış zəif-axın sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin edilməsini təmin etmək;
- Layihələrin zəif-axın hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təmin etmək.
Namizədə dair tələblər:
- Elektronika mühəndisliyi üzrə ali təhsil
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Tikinti normativ sənədlər barədə biliklər: AzDTN, EN, İEC, SNIP, IEC, BS, NFPA
- Yanğın siqnalizasiya sisteminin layihələndirilməsi, qurulması və yanğın ssenarisinin tərtib olunması;
- Səsli həyəcan xəbərdarlıq sistemlərinin layihələndirilməsi və qurulması;
- İKT (İCT) sistemlərinin layihələndirilməsi və qurulmasına texniki nəzarət;
- Security sistemlərinin (Kamera CCTV, Access control, interkom və s.);
- Multimedia sistemlərinin layihələndirilməsi və qurulması, avtomobil park idarəetmə sisteminin və avtomatikasının layihələndirməsi və qurulması;
- BMS-in qurulması üzrə biliklər.
Əmək şəraiti:
- İş rejimi: 5 gün, 09:00 – 18:00
- Əmək haqqı: 2026 AZN (net) və ildə 3 dəfə əmək haqqı miqdarında mükafat.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur.
Baş hüquqşünas
Son tarix 16 noy 2023 [email protected]
İş yeri: Bakı şəhəri
Əmək funksiyası:
- Şirkətin fəaliyyəti ilə bağlı bütün hüquqi məsələlərə dair rəylərin, o cümlədən daxili korporativ və digər sənədlərin (nizamnamə, qərar, ərizə, məktub və s.) hazırlanmasında iştirak etmək;
- Müxtəlif növ müqavilələrin (Alqı-satqı, xidmət, satınalma və s.) hazırlanması, müqavilə layihələrinin digər struktur bölmələrlə razılaşdırmaq və onlara dair hüquqi rəyin verilməsində iştirak etmək;
- Müqavilələrin sistemləşdirilməsi;
- Rəhbərin tapşırıqlarının yerinə yetirilməsi;
- Mübahisələr üzrə məhkəməyəqədər, o cümlədən məhkəmə dövründə proseslərin icra edilməsində iştirak etmək, ərizələrin, iddia ərizələrinin, apellyasiya şikayətlərinin, etirazların, vəsatətlərin, qərardaddan şikayətlərin və s. hazırlanması;
- Bütün dövlət, məhkəmə və icra orqanlarında, o cümlədən hüquqi və fiziki şəxslər qarşısında Şirkəti təmsil etmək.
Vəzifə tələbləri:
- Təhsil pilləsi (minimum): Ali Təhsil - Hüquq, Beynəlxalq hüquq
- Təhsil ixtisası: Hüquqşunas
- İş təcrübəsi (minimum): Korporativ hüquq sahəsində ən azı 5 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili, İngilis dili, Rus dili əla səviyyədə
- Kompüter bilikləri: Microsoft Word, Excel sərbəst istifadə etmək
- Digər zəruri tələblər: Azərbaycan Respublikasının Mülki, Əmək, Mülki Prpsessual, İnzibati, İnzibati Prosessual qanunvericiliyini yaxşı səviyyədə bilməlidir.
Vəzifənin tələb etdiyi səriştəliliklər:
- Analitik düşünmə
- Problem analiz etmə
- Detallara diqqət
- Nizam-intizam
- Effektiv planlama və icra etmə
- İşgüzar və hüquqi yazışma bacarığı.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Baş hüquqşünas” qeyd etməyiniz xahiş olunur
Smeta mühəndisi
Son tarix 16 noy 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- İnşa olunan obyektlər üzrə komplektləşdirilmiş layihə-smeta sənədlərinin olmasını və onların, təyinatına əsasən, tikinti-quraşdırma işlərinin icrası üçün verilməsini təmin etmək;
- Layihə təşkilatlarından layihə sənədlərini qə4bul etmək və onlarla birlikdə, podrat tikinti təşkilatlarının iştirakı və bu sənədləri müzakirə etmək, layihə təşkilatlarının tərtib etdiyi smeta sənədlərinin düzgünlüyünü, qüvvədə olan normativ sənədlərə uyğunluğunu yoxlamaq;
- Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklər etmək;
- Layihə-smeta sənədlərini layihə təşkilatları ilə razılaşdırmaya hazırlamaq.
Namizədə dair tələblər:
- İnşaat sektorunda istifadə olunan materialların, məmulatların, konstruksiyaların, avadanlıqların xüsusiyyətlərini və təyinatlarını bilmək;
- Qiymətqoymanın Resurs metodu ilə həyata keçirilməsini bilmək;
- Mühəndislik (inşaat) üzrə ali təhsil;
- Sahə üzrə ən azı 3 il iş təcrübəsi
Əmək şəraiti:
- İş rejimi: 5 gün, 09:00 – 18:00;
- Əmək haqqı: 1950 azn (net) və ildə 3 dəfə əmək haqqı miqdarında mükafat.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslərin CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur.