Dövlət qurumu
Aktuar hesablamalar üzrə baş mütəxəssis
Son tarix 25 iyn 2022
Vəzifə öhdəlikləri:
- Aktuar hesablamalar üçün lazım olan məlumatların dəqiq və müntəzəm toplanmasına və saxlanmasına nəzarət etmək;
- Toplanmış məlumatların vaxtaşırı təhlilini, zərurət yarandıqda təkmilləşdirilməsini təmin etmək;
- Sığorta öhdəliklərinin hesablanması və onlara uyğun maliyyə təminatlarının adekvatlığına nəzarət etmək;
- Statistik məlumatlar əsasında risklərin qiymətləndirilməsini həyata keçirmək;
- Aparılmış təhlillərin yekunu olaraq gələcək dövr üçün demoqrafik və iqtisadi göstəricilərlə bağlı hesabat və təqdimatlar hazırlamaq;
- Qurumun gələcək dövrdə öhdəliklərini, həmçinin bu öhdəliklərin illər üzrə paylanmasını qiymətləndirmək məqsədi ilə hesabat formalarını hazırlamaq;
- Hesabatların müvafiq tezlikdə və dəqiqliklə proqram təminatı vasitəsi ilə hazırlanmasını həyata keçirmək.
Tələblər:
- İqtisadiyyat, riyaziyyat, maliyyə və ya statistika ixtisasları üzrə ali təhsil
- Strateji təhlil, maliyyə və ya müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- “Microsoft Office” proqramları (yüksək səviyyədə), Eviews, R, Python, SPSS və digər müvafiq proqram təminatlarından istifadə bacarıqları;
- Aktuar riyaziyyatı üzrə nəzəri biliklər;
- Həyat sığortasının riyaziyyatına dair biliklər;
- Yüksək təqdimat bacarıqları;
- İngilis və rus dili bilikləri üstünlükdür;
- Səlis danışıq bacarığı;
- Operativlik;
- Problem həll etmə bacarığı;
- Analitik düşünmə bacarığı;
- Planlama və zamanın idarəolunması.
Digər:
- Əmək haqqı: 1700 – 2000 AZN
- İş qrafiki: Həftəiçi 5 gün, 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00
- İstirahət günləri: Şənbə və bazar günləri
Vakansiya üzrə müraciətin son tarixi: 24.06.2022
Vakant vəzifə ilə maraqlanan şəxslər buradan daxil olaraq vakansiya mürüaciət bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Aktuar hesablamalar üzrə baş mütəxəssis) qeyd edin.
İqtisadi təhlil üzrə mütəxəssis
Son tarix 25 iyn 2022
Vəzifə öhdəlikləri:
- Sığorta haqları üzrə aylıq, rüblük və illik proqnozların hazırlanması;
- Sığorta haqları üzrə aktuar hesablamaların aparılması;
- Statistik məlumatların düzgünlüyünü yoxlanılması, sistemləşdirilməsi və hesabatların hazırlanması;
- Müvafiq məlumatlar əsasında analitik və statistik təhlillərin aparılması;
- Sığorta hadisələrinin qeydiyyatının aparılması, sənədlərin yoxlanılması, təyinat sənədlərinin hazırlanması;
- Sığorta ödənişləri ödənilən şəxslərin müraciəti əsasında onlara müvafiq arayışların hazırlanması;
- Sığorta aktlarının və imtina məktublarının tərtib edilməsi;
- Qurumlardan daxil olan hesabat əsasında sığorta haqlarının uçotunun aparılması.
Tələblər:
- Maliyyə və ya iqtisadiyyat üzrə ali təhsil;
- Maliyyə, audit və ya müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
- “Vətəndaş müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu və digər müvafiq normativ-hüququ aktlar üzrə biliklər;
- Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə biliklər;
- Yaxşı səviyyədə MS Office proqramlarından istifadə bacarığı;
- İşgüzar yazışmalar aparma bacarığı;
- Səlis danışıq bacarığı;
- Operativlik;
- Problem həll etmə bacarığı;
- Analitik düşünmə bacarığı;
- Planlama və zamanın idarəolunması.
Digər:
- Əmək haqqı: 1700 – 2000 AZN
- İş qrafiki: Həftəiçi 5 gün, 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00
- İstirahət günləri: Şənbə və bazar günləri
Vakansiya üzrə müraciətin son tarixi: 24.06.2022
Vakant vəzifə ilə maraqlanan şəxslər buradan daxil olaraq vakansiya mürüaciət bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İqtisadi təhlil üzrə mütəxəssis) qeyd edin.
Direktorun köməkçisi
Son tarix 25 iyn 2022
Vəzifə öhdəlikləri:
- Direktor tərəfindən keçirilən müşavirələri, iclasları, görüşləri və rəsmi qəbulları protokol qaydalarına, habelə qəbul olunmuş beynəlxalq təcrübəyə və milli adət-ənənələrə əsaslanaraq təşkil etmək;
- Direktorun iştirak etdiyi tədbirlərə və getdiyi səfərlərə hazırlıq işlərinin görülməsini təmin etmək və zərurət yarandıqda həmin səfərlərdə protokol xidmətini həyata keçirmək;
- Qonaqların qarşılanmasını, müşayiət olunmasını, yola salınmasını, qonaqların əyləşməsi və masa düzülüşünü ümumi qəbul olunmuş protokol qaydalarına uyğun olaraq həyata keçirmək;
- Qurumun adından protokol yazışmalarının layihələrini hazırlamaq və digər protokol-təşkilati məsələlərin həllini təmin etmək;
- Şöbəyə daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada müraciətləri cavablandırmaq.
Tələblər:
- Beynəlxalq münasibətlər, beynəlxalq hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi (Dövlət qurumlarında iş təcrübəsi olan bəy namizədlərə üstünlük verilir);
- Səlis Azərbaycan dili, mükəmməl səviyyədə ingilis və ya rus dili biliyi;
- Mükəmməl səviyyədə MS office proqramlarından istifadə bacarığı;
- İşgüzar yazışmaların aparılması bacarığı;
- Planlama və təşkiletmə bacarığı;
- Təqdimetmə bacarığı;
- Ünsiyyət bacarığı;
- Problem həll etmə bacarığı.
Digər:
- İş qrafiki: Həftəiçi 5 gün, 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00
- İstirahət günləri: Şənbə və bazar günləri
Vakansiya üzrə müraciətin son tarixi: 24.06.2022
Vakant vəzifə ilə maraqlanan şəxslər buradan daxil olaraq vakansiya mürüaciət bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Direktorun köməkçisi) qeyd edin.