Dövlət qurumu
Hüquqşünas
Son tarix 22 avq 2024 - [email protected]
İş yeri: Dövlət qurumu
İş saatları : 09:00-18:00
İş yeri : Bakı şəhəri, Nəsimi rayonu
Vəzifə öhdəlikləri:
- Qurumun aiddiyyəti şöbələrinin və tabeliyindəki qurumların hüquqi sorğularına peşəkar şifahi və yazılı cavab vermək;
- Normativ hüquqi akt layihələrinin, təşkilat-sərəncamverici sənədlərin hazırlanmasında iştirak etmək, hazırlanmış sənədlərə dair peşəkar rəy vermək;
- Hüquq şöbəsi tərəfindən hazırlanmış müqavilə, protokol və digər sənədləri sistemləşdirmək, onların elektron daşıyıcıda arxivləşdirilməsini təmin etmək və nəzarət etmək;
- Yerli və xarici şirkətlərlə olan satınalma, əməkdaşlıq, sponsorluq müqavilələrinin və memorandumların hazırlanmasında iştirak etmək;
- Qurumun adından digər dövlət qurumlarına və şirkətlərə göndərilən məktubların tərtib olunmasını, tərtib olunmuş məktubların yoxlanılmasını təmin etmək;
- İnzibati, mülki və digər məhkəmə işləri üzrə hüquqi sənədlərinin hazırlanmasında şöbə müdirinə kömək etmək, qurumun məhkəmə işlərinin elektron izlənilməsini təmin etmək və lazım gəldikdə məhkəmədə nümayəndə kimi çıxış etmək;
- Qurum adından digər dövlət və özəl qurumlarda təmsilçilik;
- Qurumdaxili və digər qurumlardan daxil olmuş hüquqi sənədlərin ekspertizasını həyata keçirmək və hüquqi rəylər vermək.
Namizədə tələblər:
- Hüquq sahəsində ali təhsil;
- Azərbaycan və ingilis dillərini əla bilmək (Rus dili arzuolunandır);
- Xarici müqavilələrlə işləmək bacarığı;
- Dövlət qurumlarında 2 ildən az olmayaraq iş təcrübəsi;
- Dövlət hüququ sahəsində biliklər;
- Microsoft Office proqramları üzrə mükəmməl biliklər;
- Hüquqi nitq və peşəkar yazışma qabiliyyəti;
- E-mehkeme.gov.az, e-qanun.az portallarından istifadə etmək üzrə yüksək bacarıqlar;
- Məsuliyyət, dəqiqlik, məntiqi təhlil etmək və detallara fikir vermək qabiliyyəti;
- Ünsiyyətqurma və komandada işləmək bacarığı;
- Normayaratma fəaliyyəti sahəsində təcrübəsi olan şəxslərə üstünlük verilir.
Elektron poçt ünvanına CV göndərərkən, mövzu yerində müraciət etdiyiniz vəzifənin adını qeyd etməyiniz xahiş olunur. Əmək haqqı ştat cədvəlinə uyğun olaraq müəyyən ediləcək.
Departament müdiri - İş yerlərinin attestasiyası, sertifikatlaşdırma və standartlaşdırma departamenti
Son tarix 22 avq 2024 [email protected]
Vəzifə öhdəlikləri:
- Departamentin cari fəaliyyətinə rəhbərlik etmək və fəaliyyətini təşkil etmək, işçilər arasında iş bölgüsünü aparmaq, işçilərin işə davamiyyətinə və əmək intizamına nəzarət etmək;
- Təşkilati-sərəncamverici sənədlərlə verilmiş tapşırıqların vaxtında, tam və mahiyyəti üzrə icra olunmasına nəzarət etmək;
- Nazirlik, Xidmət və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə keçirilən yerli və beynəlxalq tədbirlərdə Mərkəzi təmsil etmək;
- İş yerlərinin attestasiyasının keçirilməsinə hazırlıqla bağlı məsləhət xidmətləri və metodiki dəstək göstərilməsini təmin etmək;
- İş yerlərində təhlükəli və zərərli istehsalat amillərinin faktiki göstəricilərini müəyyən edilməsinə nəzarət etmək;
- İş yerlərinin zədə təhlükəsizliyini qiymətləndirilməsinə nəzarət etmək;
- Işçilərin fərdi mühafizə vasitəsi ilə təmin edilmələrinin qiymətləndirilməsinə nəzarət etmək;
- İş yerlərində iş şəraitinin faktiki vəziyyətinin qiymətləndirilməsinə nəzarət etmək;
- Təhlükəli və zərərli istehsal amillərinin parametrlərinin ölçülməsi, əmək prosseslərinin ağırlıq və gərginlik göstəricilərinin müəyyən olunması məqsədi ilə laboratoriya xidmətləri göstərilməsini təmin etmək;
- Fərdi və kollektiv mühafizə vasitələrinin sınaqlarının keçirilməsi və sertifikatlaşdırma sahəsində xidmətlərin göstərilməsini təmin etmək;
- Müvafiq labaratoyayaların yaradılmasını və fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
- Sertifikatlaşdırma və sınaq prosesləri üçün strategiya hazırlanmasını təmin etmək;
- Sahə üzrə standartların hazırlanması və qeydiyyatı üçün müvafiq tədbirlər görmək
- Müvafiq sahə üzrə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər vermək;
- Müvafiq sahə üzrə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, fəaliyyət istiqamətlərinə uyğun sahələrdə elmi-texniki nailiyyətlərinin tətbiq edilməsinə dair təkliflər vermək;
- Daxil olmuş müraciətlərə qanuna uyğun baxmaq, qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək, işəgötürənləri, onların nümayəndələrini və vətəndaşları qəbul etmək;
- Şöbənin fəaliyyət istiqaməti üzrə hesabat vermək;
- Şöbənin fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək;
- Qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.
Namizədə dair tələblər:
- Təhsil: müvafiq sahə üzrə ali təhsil
- İş stajı: 5 il müvafiq sahə üzrə iş stajı (rəhbər vəzifələrdə 2 il)
- Kompüter bilikləri: MS WINDOWS, MS OFFICE, INTERNET və s (yüksək səviyyədə);
- Xarici dil bilikləri: ingilis-dili B2, rus-dili B2
- Üstünlük: müvafiq sahə üzrə sertifikat
- Fərdi keyfiyyət: komanda qurmaq, təhlil aparmaq, problem həll etmək, qərar vermək, peşə biliyi, yazılı və şifahi nitq bacarığı
Hüquqşünas
Son tarix 01 avq 2024 [email protected]
İş yeri: Dövlət qurumunun tabeliyində publik hüquqi şəxs
İş saatları : 09:00-18:00
İş yeri : Bakı şəhəri, Nəsimi rayonu
Əmək funksiyaları:
- Qurumun fəaliyyət istiqamətləri üzrə bütün növ müqavilələrin (bunlarla məhdudlaşmayaraq: xarici və yerli şirkətlərlə olan satınalma, beynəlxalq təşkilatlara üzvlük müqavilələri, memorandumlar və s.) tərtibi, mövcud müqavilələrin hüquqi ekspertizadan keçirilməsi və hüquqi rəyin verilməsi;
- Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə sertifikatlaşdırıması prosesinə hüquqi dəstəyin göstərilməsi (müqavilələrin tərtibi, müqavilələrə dəyişikliklərin edilməsi, proseduların və digər hüquqi sənədlərin hazırlanması);
- Daxili sənədlərin (əmr, qərar, akt, protokol, məktub və s.) hazırlanması, mövcud sənədlərin hüquqi ekspertizadan keçirilməsi və uyğunluq barədə rəylərin verilməsi;
- Normativ hüquqi akt layihələrinin tərtib edilməsində iştirak;
- Təşkilatdaxili və sənaye subyektlərindən gələn hüquqi sorğuların araşdırılması və cavablandırılması;
- Daxili struktur bölmələrinə və filiallara hüquqi dəstəyin verilməsi;
- Məhkəmələrdə və dövlət qurumlarında təşkilatın təmsil edilməsi;
- İdarə Heyəti sədrinin və bilavasitə müdirinin göstərişi ilə səlahiyyətlərinə aid olan digər vəzifələri yerinə yetirmək.
Vəzifə tələbləri:
- Hüquqşünaslıq ixtisası üzrə ali təhsil.
- İş təcrübəsi: 3 ildən az olmayaraq (publik hüquqi şəxslərdə iş təcrübəsi arzuolunandır).
- Kompüter bilikləri: MS Windows sistemi, Microsoft office proqramları
- Dil bilikləri: İngilis dili (yüksək səviyyədə - B2-C1 səviyyədə), rus dili arzuolunandır.
Əmək haqqı:
- Əmək haqqı: 1500-2000 AZN (müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.).
- Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini email-in mövzu hissəsində “hüquqşünas” qeyd etməklə 01.08.2024-cü il tarixinədək elektron poçt ünvanına göndərmələri xahiş olunur.
- Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır