Azerbaijan Energy Regulatory Agency
Şəbəkə inzibatçısı (böyük mütəxəssis)
Son tarix 18 iyl 2022 - [email protected]
Vəzifə öhdəlikləri:
- Router, Switch və Firewall və s. şəbəkə avadanlıqlarının sazlanması, quraşdırılması və idarə edilməsi;
- LAN/WAN, Data/Ehtiyat mərkəzləri şəbəkəsinin qurulması və idarə edilməsi;
- Şəbəkə avadanlıqlarının proqram təminatlarının yenilənməsi, lisenziyaların aktual saxlanılmasına nəzarət edilməsi;
- Şəbəkə avadanlıqlarının (router, switch, və s.) funksionallığını maksimum səviyyədə artırmaq, təhlükəsizlik üçün ətraflı icra planlarının hazırlanması;
- Monitorinq sisteminin quraşdırılması, infrastruktur elementlərinin konfiqurasiyası və monitorinqlərin aparılması;
- Şəbəkə problemlərinin qısa zaman ərzində müəyyən edilərək həll edilməsi;
- İT siyasət, qayda və proseduraların yazılmasında iştirak və vəzifə səlahiyyətləri çərçivəsində digər öhdəliklərin icra edilməsi.
Tələblər:
- Təhsil: Ali
- Dil bilikləri: Azərbaycan, rus, ingilis (texniki);
- Şəbəkə inzibatçısı kimi minimum 3 il iş təcrübəsi;
- CCNP səviyyəsində Cisco routing-switching həlləri biliyi və praktiki təcrübə;
- Cisco CCNA/CCNP sertifikatları mütləq olmalıdır;
- Yüksək ünsiyyət və komandada işləmək bacarığı;
- İşə planlı yanaşma bacarığı;
- Ünsiyyət yaratmaq bacarığı;
- Ölkədaxili ezamiyyətlərə getmək imkanı;
- Məsuliyyətli və operativ qərar vermə bacarığı.
Tələb olunan bacarıqlar:
- TCP/IP və OSI modeli haqqında dərin biliklər;
- LAN/WAN şəbəkəsi və İT infrastrukturunun dizaynı, quraşdırılması və yaranan problemlərin aradan qaldırılması;
- L2/L3 - LAN/WAN/SD-WAN şəbəkə texnologiyaları haqqında dərin biliklər və iş təcrübəsi;
- Router, Switch və Firewall-ların (Cisco,Palo Alto,Fortigate, HPE və s.) qurumun təhlükəsizlik standartlarına uyğun olaraq konfiqurasiya edilməsi, istismarı və dəstəklənməsi bacarığı;
- IPSec / VPN texnologiyaları (Cisco DMVPN, site-to-site vpn, remote access vpn) haqqında dərin biliklər və iş təcrübəsi;
- İP Telefoniya haqqında biliklər və iş təcrübəsi (CUCM, 3CX, Yeastar, Yelink və s.),
- Tacacs, RADİUS, ISE avtorizasiya sistemlərinin tətbiqi ilə bağlı iş təcrübəsi;
- Linux və Unix əməliyyat sistemləri iş bacarığı arzu olunandır;
- Görülən işlərin sənədləşdirilməsi bacarığı.
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
- İstirahət günləri: şənbə və bazar.
Vakansiya üzrə müraciətin son müddəti: 17 iyul 2022-ci il.
İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (İnformasiya texnologiyaları şöbəsi – Şəbəkə inzibatçısı) qeyd edin.