Dövlət qurumu, Publik Hüquqi Şəxs
Hüquqşünas (baş mütəxəssis)
Son tarix 17 may 2026 - [email protected]
İş barədə məlumat:
- Şöbə: Hüquq şöbəsi
- İş yeri: Bakı
- İş şəraiti: Standart- ofis
- İş rejimi: 5 günlük 09:00-18:00
Namizədə tələblər:
- Təhsil: Ali təhsil (Hüquq ixtisası üzrə);
- Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 3 il təcrübə;
- Dil bacarığı: Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
- Kompüter bacarığı: MS Office-yaxşı səviyyədə.
Digər tələblər:
- Dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Azərbaycan Respublikasının Konstitusiyasını,
- “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununu;
- Azərbaycan Respublikası Prezidentinin 06 oktyabr 2023-cü il tarixli, 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş əsasnamələrini yüksək səviyyədə bilməli;
Vəzifə öhdəlikləri:
- Normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək və onları tərtib etmək;
- Hüquqi sənədlərə və layihələrə dair rəy və təkliflər vermək;
- Şöbəyə daxil olan müraciət və sorğuları qanunvericiliyə uyğun şəkildə cavablandırmaq;
- Satınalma müqavilələrinin hazırlanmasını və hüquqi baxımdan düzgün tərtibini təmin etmək;
- Struktur və bölmələrin iş fəaliyyətində ortaya çıxan hüquqi məsələləri qanunvericilik çərçivəsində həll etmək;
- Dövlət orqanları və ictimai təşkilatlarla yazışmalar aparmaq;
- Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabları hazırlamaq.
Müraciət qaydası: Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Hüquqşünas-baş mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.














