Dövlət qurumu
Baş mühasib
Son tarix 17 apr 2026 - [email protected]
İş barədə məlumat:
- Əmək haqqının hesablanılması və ödənilməsi, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək;
- Məzuniyyət, xəstəlik vərəqələrinin və son haqq-hesabın hesablanması;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclər smetasının hazırlanmasını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkili və nəzarət edilməsi;
- Maliyyə hesabatlarını (balans hesabatı, mənfəət və zərər hesabatı, pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlamaq;
- Əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
- ƏDV, Mənfəət, DSMF, Statistika, hesabatların hazırlanması və aidiyyatı orqanlara göndərilməsi;
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin saxlanılmasını təmin etmək;
- Müəssisənin vergi risklərini hesablamaq və rəhbərliyə bu barədə hesabatları zamanında təqdim etmək;
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki :Tam iş günü (5 gün);
- İş saatları: 09:00-18:00;
- Əmək haqqı: qarşılıqlı razılıq əsasında.
Vəzifə tələbləri:
- Təhsil: Ali təhsil (Maliyyə və mühasibatlıq sahəsi üzrə);
- İş təcrübəsi: 1 ildən az olmayaraq;
- Peşəkar mühasib sertifikatı (PMS).
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına email-in mövzu hissəsində “Baş mühasib” yazaraq göndərə bilərlər.












