Dövlət qurumu
Strateji planlaşdırma və inkişaf məsələləri üzrə baş mütəxəssis
Son tarix 05 apr 2026 - [email protected]
İş şəraiti:
- İş saatları: 09:00-18:00
- İş yeri: Bakı şəhəri, Nəsimi rayonu
Əsas funksiyaları:
- Təşkilatın hüquqi məsələlərlə bağlı ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə yerli və beynəlxalq təcrübənin öyrənilməsi üçün araşdırmalar aparmaq, yeni layihələrə dair təşəbbüslə çıxış etmək;
- Konsepsiyaların və normativ sənədlərin layihələrini, tövsiyə xarakterli sənədləri hazırlamaq, onların qəbul edilməsi prosesini koordinasiya etmək;
- Təşkilatın fəaliyyəti çərçivəsində hüquqi layihələrə və tövsiyə xarakterli layihələrə dair rəylərin hazırlanmasını təmin etmək;
- Normativ sənədlərin, həmçinin tövsiyə xarakterli sənədlərin səmərəliliyinin təhlili və icra səviyyəsinin monitorinqini aparmaq, bu istiqamətdə nəzarət və koordinasiyanı təmin etmək;
- Görülən işlərə dair dövrü hesabatları və gələcək fəaliyyətlərə dair təklifləri hazırlamaq, bu məqsədlə digər məsul bölmələrlə işi koordinasiya etmək;
- Maraqlı tərəflərlə işin təşkili, o cümlədən görüşlər keçirmək, sorğular və məsləhətləşmələr aparmaq, nəticələri təhlil edərək aidiyyəti üzrə təqdim etmək;
- Təşkilatı yerli və beynəlxalq əməkdaşlıq platformalarında təmsil etmək;
- Bölmənin fəaliyyət istiqamətləri üzrə digər zəruri işləri həyata keçirmək.
Vəzifə tələbləri:
- Hüquq, beynəlxalq hüquq, dövlət idarəetməsi üzrə ali təhsil (xaricdə təhsil arzuolunandır);
- Normativ hüquqi akt layihələri ilə iş üzrə praktiki təcrübə;
- Layihə idarəetməsi üzrə beynəlxalq sertifikatın (PMP və ya ekvivalenti) olması üstünlükdür;
- Yüksək məsuliyyətlilik, proseslərin izlənilməsi və risklərin idarə edilməsi bacarığı;
- Mövcud və yeni proseslərin sənədləşdirilməsi, və prosedurların səmərəliliyinin artırılması üzrə araşdırmalar aparmaq bacarığı;
- Layihələr üzrə təhlil aparmaq, iş axınları hazırlamaq və fəaliyyətləri koordinasiya etmək bacarığı;
- Güclü analitik düşünmə, nəticəyönümlülük və problem həll etmə bacarığı;
- Yüksək şifahi və yazılı ünsiyyət bacarıqları, komanda ilə effektiv işləmək qabiliyyəti;
- Azərbaycan dili – səlis;
- İngilis dili – B2 səviyyəsində;
- Rus dili – B1 səviyyəsində.
Əmək haqqı: Müsahibə əsasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir.).
Göstərilən tələblərə cavab verən namizədlərin öz CV-lərini email-in mövzu hissəsində “Strateji planlaşdırma və inkişaf məsələləri üzrə baş mütəxəssis” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.












