Dövlət qurumu
Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Son tarix 02 mar 2026 - [email protected]
Dövlət sektorunun institusional tələblərini və eyni zamanda struktur daxilində formalaşan layihə və xidmətlərin kommunikasiya və bazar yanaşmasını dərk edən, strateji düşüncəli və yaradıcı lider axtarırıq.
Bu vəzifə, dövlət qurumunun ictimai imicinin, reputasiyasının və kommunikasiya xəttinin peşəkar səviyyədə idarə olunması ilə yanaşı, qurumun fəaliyyətindən irəli gələn marketinq və ictimai əlaqələr fokuslu təşəbbüslərin vahid strategiya çərçivəsində formalaşdırılmasını nəzərdə tutur.
Əsas vəzifə öhdəlikləri:
- Marketinq, ictimaiyyətlə əlaqələr və kommunikasiya strategiyasının hazırlanması və icrasına rəhbərlik etmək;
- Dövlət qurumunun brend mövqeləndirilməsi, ictimai imici və reputasiyasının idarə olunmasını təmin etmək;
- Media, ictimaiyyət, tərəfdaşlar və maraqlı tərəflərlə peşəkar əlaqələrin qurulması və idarə edilməsi;
- Kommunikasiya kampaniyalarının, layihələrin və ictimai tədbirlərin planlaşdırılması və icrası;
- Rəqəmsal platformalar və kommunikasiya kanalları üzrə fəaliyyətə nəzarət;
- Tabeliyində olan komandanın idarə olunması, fəaliyyətinin koordinasiyası və inkişafı;
- Kommunikasiya fəaliyyətinin effektivliyinin qiymətləndirilməsi və nəticələrin təhlili.
Namizədə tələblər:
- Marketinq, ictimaiyyətlə əlaqələr və ya kommunikasiya sahəsində minimum 5+ il iş təcrübəsi;
- Azı 2–3 il rəhbər vəzifədə (şöbə, bölmə və ya komanda səviyyəsində) təcrübə;
- Dövlət və ya böyük institusional strukturlarla iş təcrübəsi üstünlükdür;
- Strateji düşüncə, analitik yanaşma və güclü planlama bacarığı;
- Yaradıcı ideyalar formalaşdırmaq və onları icraya çevirmək qabiliyyəti;
- Yüksək kommunikasiya və təqdimat bacarıqları;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü yanaşma.
Təklif etdiyimiz imkanlar:
- Dövlət qurumunda strateji və təsir gücü yüksək rəhbər vəzifə;
- İctimai əhəmiyyətli layihələrdə iştirak imkanı;
- Peşəkar və strukturlaşdırılmış iş mühiti;
Əgər siz dövlət mühitində PR və marketinqi klassik yanaşmadan kənar, müasir və nəticəyönümlü şəkildə qurmağı bacaran liderlərdənsinizsə, bu vakansiya sizin üçün uyğundur.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.











