Dövlət qurumu
Böyük məsləhətçi
Son tarix 07 fev 2026 - Müraciət et
İş şəraiti
- İş yeri: Dövlət qurumu
- İş rejimi: Tam ştat, həftəlik 5 günlük iş rejimi (iş saatları: 09:00–18:00)
Vəzifə öhdəlikləri:
- Tabeliyində olan qurumların büdcələrinin hazırlanması və təsdiq edilmiş büdcələrin icrasına aylıq nəzarətin həyata keçirilməsi
- Dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan qurumlar, həmçinin dövlət proqramları üzrə büdcə layihələrinin zəruri arayış və izahlarla birlikdə hazırlanmasına nəzarət edilməsi
- Dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarət edilməsi və bununla bağlı müvafiq hesabatların hazırlanması
- Dövlət orqanlarından daxil olan sorğuların cavablandırılması və tələb olunan hesabatların hazırlanması
- Büdcə risklərinin müəyyən edilməsi və onların azaldılması üzrə optimallaşdırma təkliflərinin verilməsi
- Rəhbərliyin tapşırıqlarına uyğun olaraq hesabat və təqdimatların hazırlanması
Namizədə tələblər:
- İqtisadiyyat, maliyyə və əlaqəli ixtisaslar üzrə ali təhsil
- Büdcə və/və ya maliyyə sahəsində minimum 3 il iş təcrübəsi
- Dövlət büdcəsi və büdcə sistemi üzrə qanunvericilik bilikləri
- Dövlət büdcəsinin planlaşdırılması, icrası və hesabatlılığı üzrə praktiki təcrübə
- Maliyyə analizi sahəsində bilik və bacarıqlar
- Çoxsaylı qurumlarla koordinasiyalı və paralel şəkildə işləmək bacarığı
- MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət qurmaq, kənar təşkilatlarla rəsmi yazışmalar aparmaq bacarığı
- Rəhbərlik üçün təqdimatlar və qısa analitik arayışlar hazırlamaq bacarığı
Üstünlük verilən keyfiyyətlər:
- ACCA (F3, F7 və s.) sertifikatlarının mövcudluğu
- Dövlət qurumlarında iş təcrübəsi
- İngilis dili biliyi
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “Böyük məsləhətçi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.










