Dövlət qurumu
Hüquqşünas
Son tarix 30 yan 2026 - [email protected]
Təcili olaraq aşağıdakı şərtlər üzrə “Hüquqşünas” tələb olunur.
Vakansiya haqqında
- İş yeri: Dövlət qurumu
- İş saatı: Həftədə 5 gün 40 saat olmaqla
- İşə başlama tarixi: Təcili
- Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək.
Vəzifə öhdəlikləri
- Tikinti sahəsi üzrə bağlanan mülki, kommersiya və podrat müqavilələrinin hazırlanması, hüquqi ekspertizası və müşayiəti;
- Müqavilə öhdəliklərinin icrasına hüquqi nəzarətin həyata keçirilməsi;
- Tikinti fəaliyyəti ilə bağlı normativ-hüquqi aktların təhlili və tətbiqi;
- Dövlət orqanları, podratçı və subpodratçı təşkilatlarla hüquqi yazışmaların aparılması;
- Mübahisəli halların hüquqi təhlili və risklərin qiymətləndirilməsi;
- Hüquqi rəy və arayışların hazırlanması.
Tələblər
- Hüquq ixtisası üzrə ali təhsil;
- Minimum 3 il iş təcrübəsi;
- Müqavilələrin (podrat, satınalma və s.) hazırlanması və təhlili üzrə praktiki bacarıqlar;
- Azərbaycan Respublikasının mülki, tikinti və satınalma qanunvericiliyini yaxşı səviyyədə bilmək;
- Analitik düşünmə, məsuliyyətlilik və operativ qərarvermə bacarığı;
- Yazılı və şifahi hüquqi ünsiyyət bacarıqları;
- Azərbaycan dilində səlis yazmaq və danışmaq.
Zəhmət olmasa CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə göndərin.
CV-ləri göndərərkən başlıq yerinə “Hüquqşünas” qeyd etməyi unutmayın.











