Dövlət qurumu
Hüquq, insan resurslarının idarə edilməsi, sənəd dövriyyəsi və ictimaiyyətlə əlaqələr departamentinin müdiri
Son tarix 01 okt 2025 - [email protected]
İş yeri: Zəngilan, Ağalı
Vəzifə funksiyaları:
- Xidmətdə hüquq, insan resurslarının idarə edilməsi, sənəd dövriyyəsi və ictimaiyyətlə əlaqələr şöbələrinin işinin təşkilinin və təkmilləşdirilməsinin həyata keçirilməsini təmin etmək.
- Hüquqi işlərə metodik rəhbərlik, iddiaların qəbul edilməsində, əsaslandırılmış cavabın hazırlanmasında iştirak etmək;
- Qayda və təlimatlara uyğun olaraq işçilərin inzibati və maddi məsuliyyətə cəlb edilməsi haqqında sənədlərin rəsmiləşdirilməsində hüquqi dəstək vermək;
- Başqa bölmələrin sorğusu əsasında, Xidmətdə müxtəlif əmr və digər normativ sənədlərin hazırlanmasını təşkil etmək, qüvvədə olan sənədlərə dəyişikliklər etmək və qüvvəsini itirənlərin ləğv edilməsi haqqında təkliflər hazırlamaq;
- Xidmətin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, daxili normativ aktlara hüquqi rəy vermək;
- Xidmətdə kargüzarlıq, sənəd dövriyyəsi və arxiv işinin təşkilinin və təkmilləşdirilməsinin həyata keçirilməsini təmin etmək;
- Xidmətdən xaric olan sənədlərin tələb olunan formada, qaydada tərtib olunmasını, göstərilən ünvanların düzgünlüyünü yoxlamaq, müvafiq səhvlər aşkar edildikdə səbəbləri göstərilməklə sənədi Xidmətin müvafiq strukturlarına geri qaytarmaq;
- Xidmətin fəaliyyəti ilə bağlı ictimai tədbirləri, PR aksiyalarını və digər tədbirləri keçirmək;
- Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, mediadan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;
- Xidmətdə hüquq, insan resurslarının idarə edilməsi, sənəd dövriyyəsi və ictimaiyyətlə əlaqələr şöbələrinin işinin təşkilinin və təkmilləşdirilməsinin həyata keçirilməsini təmin etmək.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Hüquq sahəsi üzrə ali təhsil;
- Müvafiq sahə üzrə minimum 8 il iş təcrübəsi;
- Dövlət qurumlarında iş təcrübəsi olanlara üstünlük veriləcək;
- Yüksək səviyyədə kompüter və ofis proqramları barədə biliklər.
Əmək şəraiti:
- İşin icrası üçün lazımi şərait təmin olunur
- Qanunvericiliklə müəyyən edilmiş qaydada mükafatlandırma nəzərdə tutulur.
- İldə 3 dəfə bir vəzifə maaşı qədər mükafat;
- 5 günlük iş həftəsi (həftəiçi iş rejimi).
Müraciət etmə qaydaları:
Xahiş olunur CV-lərinizi e-poçtun mövzu (“subject”) hissəsində “Departament müdiri” qeyd etməklə Müraciət Et düyməsində yerləşən mail adresinə göndərəsiniz.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.