Dövlət qurumu
Satış üzrə mütəxəssis
Son tarix 28 may 2025 - [email protected]
Vəzifə öhdəlikləri:
- Kənd təsəffüfatı texnikalarının və mineral gübrələrin satışının həyata keçirilməsi;
 - Potensial müştərilərin müəyyən edilməsi və cəlb edilməsi;
 - Müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə əlaqələrin qurulması;
 - Bazarın, rəqiblərin araşdırılması və tələbatın müəyyənləşdirilməsi;
 - Yeni müqavilələrin bağlanması üçün potensial müştərilərlə görüşlərin təşkili və təqdimatların keçirilməsi;
 - Potensial müştərilərlə qiymət təkliflərinin razılaşdırılması;
 - Razılaşdırılmış satış şərtləri üzrə müqavilələrin bağlanması;
 - Korporativ satışın icrası üçün lazımi müqavilə və sənədlər toplusunun hazırlanması;
 - Satışla bağlı məlumatların müvafiq proqram təminatlarında qeyd edilməsi;
 - Satışın artırılması üçün mövcud müştərilərlə münasibətlərin qorunması və məhsullarla bağlı müxtəlif təkliflərin hazırlanması;
 - Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması;
 
Tələblər:
- Satış sahəsində (aqrar sahə) təcrübə mütləqdir;
 - Yüksək təqdimat bacarığı;
 - Potensial bazarları analiz edə bilən;
 - Fəal və işə planlı yanaşma bacarığı olmalı;
 - Korporativ görünüşlü, ünsiyyətçil, işgüzar və səlis danışıq qabiliyyətli.
 
Biz Sizə təklif edirik:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
 - Həftədə 5 iş günü ;
 - Əmək haqqı: müsahibə əsasında
 
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Satış üzrə mütəxəssis” qeyd etməyiniz xahiş olunur.


            
                            
                            
                        

                
                
                
                
                
                
                
                
                
                
                
                







