Dövlət qurumu
Qastronomiyanın inkişafı üzrə mütəxəssis
Son tarix 10 fev 2025 - [email protected]
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu.
İş barədə məlumat:
- Səlis şifahi və yazılı Azərbaycan və İngilis dili bilikləri;
- Güclü ünsiyyət, kommunikasiya və araşdırma bacarığı;
- Dünya qastronomiyasının inkişaf trendlərinin norma və standartları haqqında ümumi anlayış;
- Regionlarda milli mətbəx haqqında müfəssəl məlumat ;
- Turizm məhsulunun inkişafına yaradıcı yanaşma texnikası;
- Orta menecment səviyyəsində 3 illik iş təcrübəsi;
- Yüksək korporativ nizam-intizam.
Namizədin görəcəyi işlər:
- Menecerinin müvafiq mövzuda tapşırdığı bütün layihələrin icrasında aktiv və vaxtlı-vaxtında iştirak;
- Tapşırıqların icrası zamanı komanda ilə birgə hərəkət edə bilmək bacarığı.
Əlavə qeydlər:
- Əmək haqqı müsahibə nəticəsində müəyyən ediləcək.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron poçt ünvanına email-in mövzu hissəsində “Qastronomiyanın inkişafı üzrə mütəxəssis” yazaraq göndərə bilərlər.